“Bizim ruhumuz Allaha doğru getmək istəyir. Düzdür, har xalq düşünür ki, onun ayrı Allahı var. Amma mənim fikrimcə bütün peyğəmbərlərin səsi ilə vəhy edən varlıq - Allah - birdir. Buna görə mən İsaya, Musaya, Konfutsiye, Budda va Məhəmmədə də inanıram. Biz hamımız bir Allahdan törəmişik və babdan keçib onun yanına qayıdacağıq. Bunu xalqa bildirmək lazımdır. Ona elan etmek lazımdır ki, nə qara var, nə də ağ, çünki qarada ağ, ağda da qara vardır. Buna görə məsləhət görürəm: gəlin elə iş görməyək ki, dünyada kiməsə zərər dəysin, çünki biz hər bir insandayıq, hər bir insan da bizdə var.”