Nuray Dadaşlı

Azərbaycan üçün!
10/10
·144 syf.··
Beğendi
·
2023 13. kitabı
Təsəvvür edin.. Qarşınızda qaranlıq bir qapı vardır. Qapını açmaqla siz ən böyük cəsarəti işlətmiş olursunuz. Tarixin kuliminasiya səviyyəsinə çatmış dövrünü izləməyə, müəllif sizi vadar edəcək. O, müəllif ki 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Bəli, bəli unutdurulmağa çalışan şəxs. Məmməd Əmin Rəsulzadə! Mehmet Emin Resulzade "Əsrimizin Siyavuşu" əsəri Əsrimizin Siyavuşu özündə nəinki tarixi hadisələri, həmçinin müəllifin emosional arzu-istəklərini, humanist düşüncələrini,milliyətçilik fikirlərini, Bütöv Azərbaycan arzusunu bir yerdə cəmləşdirir. Məmməd Əmin Rəsulzadənin "Şahnamə"(Firdovsi Firdevsi) ilə Əsrimizin Siyavuşu -Azərbaycan Xalq Cümhuriyyətinin hadisələrini eyniləşdirib,oxuculara bu formada çatdırması əlbət ki, özünəməxsus forma yaradır. "Şübhəsizdir ki,bir gün həqiqət parıldayacaq"-deyirdi Məmməd Əmin Rəsulzadə! Etdiyin işlər üçün, bütöv və müstəqil Azərbaycan üçün,bu gün üçün çox sağol! Axı, sən bizə bu dövləti,bu torpağı vəsiyyət etmisən! Necə ki, sən deyirdin: "Əvət,ey vətəndaşlar! Və dolayısıyla sizlər,ey gələcək nəsil,ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var.Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki:-Bir kərə yüksələn bayraq bir daha enməz!" Kitabı oxuyarkən keçirdiyim hissləri heç bir cür izah etmək mümkün deyildir. Hansı ki,bu hislər bir daha mənə səni tanıdığıma sevindirir. Səni unutmayacağima,unutdurmayacağima vadar edir. Əminəm ki,bir gün görüşəcəyik. O,zaman sənə çoxlu suallarım olacaq, əfəndi! Ruhun şad olsun! Mehmet Emin Resulzade Əsrimizin Siyavuşu
1000k
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Qanun Nəşriyyatı · 062 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Benim çiçeğimin eşi benzeri yok
10/10
·112 syf.··
Beğendi
·
2023 12. kitabı
Buz gibi hissettim kendimi yine, onarılmayacak, geri getirilemeyecek bir şeylerin sezgisiyle. Onun gülüşünü bir daha hiç duymayacak olmayı kaldıramayacağımı biliyordum.. Balaca Şahzadə! Antoine də Saint-Exupèry'nin Antoine de Saint-Exupéry bizlərə hədiyyə etdiyi mükəmməl bir əsər. Görəsən,Balaca Şahzadə öz dünyasına qayıda bildi? O, tərk etdiyi gülünü bir daha gördümü? Onun qayğısına qalaraq,ona zaman ayıraraq onu var etdimi? Tülkü Balaca Şahzadəyə deyirdi:"Gülünü senin için önemli kılan,onun için harcamış olduğun zamandır.." Əsər uşaq ədəbiyyatına aid olsa da, 7-77-yə hamı oxuya və uşaqlıq aləminə geri qayıda bilər.. Bəlkə də Exupery bunu istəyirdi. Uşaqlığını yaşamayanların,bu kitabi oxuyaraq uşaq olmalarını. Tövsiyə edirəm ki, "Balaca Şahzadə" Küçük Prens əsərini oxuyarkən The Little Prince(2015) animasiya filminə də baxasınız. O,zaman bir daha bu kitabın təsirindən çıxa bilməyəcəksiniz. Sizdə,Balaca Şahzadənizi axtaracaqsınız.The Little Prince animasiya filmi mənə "1984";"Matrix" kimi əsərləri xatırlatdı. Həyatınızı yaşayın. Ulduzları izləyin. Gün batımını sevin. Nəhayət, öz gülünüzə zaman ayırın. Bəlkə də bu gül bir daha həyatınızda olmayacaq. Sonra isə Balaca Şahzadənizi axtarın. Onu necə axtaraq? Balaca Şahzadəni necə görək? Əlbəttə ki, ürək ilə! "İnsan yalnız yüreğiyle doğruyu görebilir Asıl görülmesi gerekeni gözler göremez" Necə ki,Exupery əsərin sonunda deyirdi:Çok dikkatli bakın ki, eğer bir gün Afrika'daki çöle yolunuz düşerse tanıyabilesiniz. Bu noktaya geldiğinizde lütfen acele etmeyin. Yıldızın tam altında biraz durun. Ve eğer gülen, altın saçlı, sorularınıza yanıt vermeyen küçük bir adamla karşılaşırsanız, onun kim olduğunu biliyorsunuz. Eğer böyle bir şey olursa, ne olur beni de rahatlatın; döndüğünü haber verin bana... Sevgilə qalın! Antoine de Saint-Exupéry Küçük Prens Nuray Dadaşlı
Küçük Prens
Küçük PrensAntoine de Saint-Exupéry · Can Çocuk Yayınları · 2015279,7bin okunma
Winston məni tək qoyma..
10/10
·352 syf.··
Beğendi
·
2023 11. kitabı
Ah,George Orwell.. George Orwell Winston Smith'in tərəddüdlü həyatından bəhs edən "1984" 1984 bizi düşündürməyə vadar edir. Nə vaxt ki,biz düşünməyi kəsəcəyik. Nə vaxt ki, bizlər canlandırmağa son qoyacağıq.. George Orwell George Orwell əsərində hər bir obyekti qarşı-qarşıya qoymaqla təzad yaradır. Başlıca sual yaranır.Həqiqətən də,onlar bizim düşüncəmizi ələ keçirə bilərlərmi? Axı,Julia Winstona demişdi: "Bunu başaramazlar," "Başaramayacakları tek şey bu. Sana istedikleri her şeyi -her şeyi- söyletebilirler ama inanmanı sağlayamazlar. İçindekileri değiştiremezler." "Evet," dedi Winston biraz daha umutluydu artık. "Evet, haklısın. İçindekileri değiştiremezler. Eğer insan olmanın yeterli olduğunu hissediyorsan sonucu ne olursa olsun onları yenmişsin demektir." Ancaq bu olduqca müəmmalıdır. Ancaq əsərin sonlarında biz həqiqətən də bunu müşahidə edib, sualımıza cavab tapa biləcəyik. Əsəri oxuyarkən, hadisələri beynimdə canlandırarkən təəccüblənir,sevinir, nifrət hissi bədənimi alovlandırır... Müəllif öz sözləri ilə müharibənin fəlakət olduğunu bildirir: "Savaşın asıl amacı her şeyi yok etmektir.." Winstonun daxili dünyası,onun Juliaya xəyanət etməməsini sanması,O Brien ilə olan münasibət, Nifrət Qışqırığı bu totalitar ölkəni bizə tanımağa bir daha vadar edir. Totalitar sistemin kukla oyuncaqlarıyıq. Hansı ki,bizi özümüz yox,sistem idarə edir. İplərimiz isə onların əlindədir.Bizim keçmişimizi,indiki zamanımızı, gələcəyimizi məhz onlar yazır: "Geçmişi kontrol eden,geleceği de kontrol eder: Şimdiyi kontrol eden, geçmişi de kontrol eder.." Kitabı oxuyarkən üzüldüyüm,kövrəldiyim, düşündüyüm məqamlar həddindən artıq olduğu üçün sanki 1984-cu ildə yaşadım.. Bəlkə də Winstonun günahına mən də şərik olmuşam. Axı,onun sirrini bilirdim. O sirr isə sadəcə 1 cümlədən ibarət idi: KAHROLSUN
Düşünce
1984George Orwell · Can Yayınları · 2023199,9bin okunma
Görünməz Adam olsaydınız, nə edərdiniz?¿
10/10
·232 syf.··
Beğendi
·
2023 10. kitabı
Uşaq vaxtı "Görünməz Adam" haqqında çox fikirləşər və "Görünməz Adam"olsa idim "nə edərdim?!" sualına cavab tapmaq istəyərdim. George Well'in H. G. Wells bu kitabı sizi xəyal dünyasına aparmaqla yanaşı, başqa bir insana çevrilən insan haqqında məlumat verəcək. Hansı ki,bu şəxs nəinki etdiyi səhvləri anlayir, hətta etdiyi səhvlərə bəraət qazandırır.. Kitabı oxuyarkən 1) The Holman və 2)The Invisible man(1933) filmlərinə baxıb,bunlar haqqında ortaq və fərqli nəticələri əldə etmək qərarına gəldim. Ortaq nəticə isə ondan ibarət idi ki, görülməz insana çevrilən şəxs həm fiziki, həm də mənəvi olaraq dəyişikliyə uğrayır.. Sanki o iradəsinə tabe olmur, nifrət hissi, dünyanı ələ keçirmək hissi,eqoluq hissi onun beynini/qəlbini tam ələ keçirib. Ancaq H. G. Wells bizə bir şeyi də bildirmək istəyirdi. Insanoğlu özü üçün dəyərli saydığı əşya/canlı/mükafat vs. üçün daim mübarizə aparar ,onu əldə etdikdə isə onun üçün mübarizə bitmişdir. Görünmez Adam :-Şüphesiz görünmezlik bunları elde etmemi sağlıyordu, ama elde ettiğim zaman onların tadını çıkarmamı da imkânsız kılıyordu. Griffy'in deyir:Görünmez bir adam, güçlü bir adamdır..( Görünmez Adam) Görülməz Adam olmasanız belə güclü olun! Ancaq bir dəqiqə! Bəlkə aramızda, görülməz adam var və o hal-hazırda bunu oxuyur?¿ Sevgi ilə qalın!
1000k
Görünmez AdamH. G. Wells · İthaki Yayınları · 201910,5bin okunma