Nuray

Nuray
@Everythingoes
İnandığın yolda sapasağlam yürümen gerek
Azerbaycan
8 Eylül 1997
67 okur puanı
Ocak 2019 tarihinde katıldı
Puan vermedi·142 syf.··
Beğendi
·
2022 14. kitabı
Kitab imtahan ərəfəsində hər bir valideynin bilməsi gərəkən vacib məqamlara işıq tutur. Yazarın dediyi kimi "hər valideyn övladını sevir". Lakin bəzi valideynlər özləri də bilmədən uşaqların məktəb, universitet uğurunu düşünərkən, iş, sosial, ailə münasibətlərindəki uğuru unudur. Ən vacib uğur "yaşam uğurudur". Bunun üçün uşaqda hədlər, mesuliyyət, sevgi, özgüvən bilinci inkişaf etməli, uşaq özünün duyğu və düşüncələrini tanımağı bacarmalıdır. Və həmçinin yazar bir insanının həyat üçün gərəkli olan təməl ehtiyaclarını 4 qrupa (yaşamaq üçün ehtiyaclar, öyrənmə ehtiyacı, münasibətlər qurma ehtiyacı və dəyərlərin, inancların olması) bölərək, onların heç birinin digərindən üstün olmamasını və hər birinə eyni qədər önəm verməli olmağın vacibliyini vurğulayır.
Psikoloji
Başarıya Götüren AileDoğan Cüceloğlu · Remzi Kitabevi · 20214,555 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi·300 syf.··
Beğendi
·
2022 15. kitabı
·
1 saatte okudu
·
Okunma: 13 Aralık 2022 20:35
Bədən dili sözlərdən daha təsirli və doğrudur. Çünki limbik beyin hadisələrə avtomatik olaraq reaksiya verir. Bu kitabı bir dəfə oxuyan artıq qarşı tərəfin hərəkətlərindəki rahatliğı, gərginliyi, özgüvəni və ya özünəimansızlığı, xoşbətliyi, huzursuzluğu hiss edə bilər. Kitabda şübhəli şəxsin davranışlarında yalan olub-olmadığını almaq üçün dəyərli taktikalar verilir. Qarşı tərəfin heyacanlı olması onun həmişə yalan danışması və ya nəyisə gizlətməsi anlamını vermir. Bunun üçün dindirən şəxs şübhəli şəxs üçün rahat şərait yaratmalı, ara məsafəsinə diqqət etməli və suallarında yarğılayıcı və günahlandırıcı ifadələrə yer verməməklə hər sual sonrasi şübhəlidə yaranan bədən hərəkətlərinə diqqət etməlidir. Düzgün suallar secməklə həmin suallar arasındakı sabit müddəti gözləməlidir. Kitabda həmçinin bəzi üz ifadələri, əl-qol hərəkətləri, ayaq və bədən hərəkətlərinin də izahı verilir.
Psikoloji
Beden DiliJoe Navarro · Alfa Yayıncılık · 20086,2bin okunma
Puan vermedi·116 syf.··
2023 2. kitabı
"Bir delinin hatira defteri"nde müdirin qızına aşıq olan gəncin kasıblığı ucbatından nakam olan məhəbbətibdən danışılır. Həmçinin dövlət başçısı seçilmiş şəxsin gənci öz idarəçilik məqsədləri üçün başına isti su tökməsi və s. kimi məsələlər verilir ki, bununla dövlət idarəçilik sistemindəki yanlış idarəçilik prinsipləri pislənilir. "Burun" adlanan ikinci hissəsində birden bire burnu yox olmus birinin acilari, iztirablari verilir. O burnunu tapmaq ucun elan belə vermek isteyir, bunu guluncle qarsilayirlar, burnunu tapib veren polisə boyuk mebleg verir, lakin bu defe de burnu yapisdira bilmir. Bir gun ayilir ki burnu yerindedir. Bu eser heyatda bir anda bedbextciliyn ve bir anda xosbextciliyin bas vere numunəsidir. "Palto" adlanan üçüncü hissədə isə kasib məmurun palto tikdirmek üçün min bir eziyyətlə pul toplamasindan danışılır. Sonra isə bu palto oğurlanir, lakin general onun şikayətini nəzərə almayaraq axtaris etmir. Bundan sonra məmur ölür və ölü bədən həmin genaraldan paltonu alir. Burda əsas movzu kasibin söz haqqinin olmamasi, məmurun haqsizligi hesab olunur.
Edebiyat
Bir Delinin Hatıra Defteri (Palto ve Burun Öyküleriyle)Nikolay Gogol · Kızıl Panda · 20231 okunma
Puan vermedi·256 syf.··
Beğendi
·
2021 10. kitabı
~Kullanmadiktan sonra göğsümüzü dolduran hisler ve kafamızda kımıldayan düşünceler neye yarardı? ~İçimizde şeytan yok...İçimizde aciz var... Tembellik var... İradesizlik, bilgisizlik ve bunların hepsinden daha korkunç bir şey: hakikatleri görmekten kaçmak itiyadı var... Əsər kiçik sujet xəttinə malik olmağına baxmayaraq müasir cəmiyyətlə səsləşən bir sıra vacib məqamlardan bəhs edir. Əsərin baş qəhramanı olan Ömər həyatı boyunca sadə, rahat həyat yaşıyıb ve heç vaxt özü və insanlar qarşındakı vəzifələrinin məsuliyyətini dərk etmeyib. O həyatı çox mənasız hesab edir. Ömər həyatında onun uğrunda ölməyə dəyər biri olduğu halda anlamlı olacağını düşünən xəyalpərəst biridir. Bir gün həyatı boyunca unuda bilməyəcəyi bir qızı-Məcidəni görür ve həyatının mənasını tapdığını, artıq hər şeyin gözəl olacağını düşünür... Ondan fərqli olaraq Məcidə realistdir. Yaşadığı ailəvi çətinliklərindən çox üzgün olduğu bir dövrdə Öməri tanıyır və onu həyatının "qəhrəmanı" olaraq görür. Evlənmələrinə baxmayaraq çox çəkmir, hər ikisi də birlikdə yaşamağın mümkünsüz ve çətin olduğunu anlayır. Əsərdə özünü tapmamış, öz məsuliyyətlərini bilməyən birinin mənəvi çöküşünün şahidi oluruq. Bütün bunlara görə Ömər sevdiyi qadını yarı yolda qoyur. Ömər sevib xoşbəxt olacağını düşünür, lakin bu möhkəm duyğuların təsirindən onun mənəviyyatının zəifliyi üzə çıxır, axırda həyata, içindəki "şeytana" yüklədiği səhvlərin elə özünün səhvləri olduğunu görür...
Roman
İçimizdeki ŞeytanSabahattin Ali · Yapı Kredi Yayınları · 2019208,8bin okunma
Puan vermedi·54 syf.··
Beğendi
·
2020 9. kitabı
Kendinizi yalniz, konusacak kimsesi olmayan düsünüyorsaniz bu kitap size göre. Akici ve hisleri derinlemesine yansitan bir eser. Berger egitimi için şehir deyişir, onu zor günler bekler. Arkadaş edinmeye çalışır, fakat onunla da kafa dengi olmayınca yine yalnızlaşir. Bir kızla tanış olub tam hayata tutunduğunu zann eder, ama yine hüzün dolu sonla karşılaşır...
KızılStefan Zweig · Aperatif Kitap Yayınları · 201936,9bin okunma