"Bahar mehi" sənədli romanı İlkin Rüstəmzadənin ən son nəşr edilən, mənim isə onun yaradıcılığından oxuduğum ilk əsəri idi.
Əsər dahi fars şairi Sədinin şeiri ilə başlayır.
Görəsən, indi necədir
Bağçamın vəziyyəti?
Söylə, ey bahar mehi.
...
İlkin bəyin "facebook"dakı paylaşımlarından kitabı oxuyan şəxslərin yaşanmış bir həyat olduğuna dair heyrət dolu şərhlərini görürdüm.
Açıqcası qəribə gəlmişdi, kitabı oxuyanların yuxarı-aşağı hamısının fikirlərinin üst-üstə düşməsi.
Bitirdikdən sonra, heç bir şərhin şişirdilmədiyinin, hətta zəif qaldığı qənaətinə gəldim. Çox təsirli idi və bir o qədərdə bu yaşanmış hadisənin qəhrəmanının ölmədən yazıçı ilə görüşünə, hadisələri ona nəql etməsinə sevindim.
Roman İranda da oxunması üçün mütləq ən qısa zamanda fars dilinə tərcümə edilməlidir.
"Bahar mehi" Cənubi Azərbaycan və İran tarixinin indiyədək gizli qalmış ən möhtəşəm, hüznlü və ağrılı hekayəsindən bəhs edir. Əsər real hadisələr əsasında qələmə alınmışdır.
06.05.2023-cü il
Lənkəran kitab sərgisi
Yazıçı və şair qonaqlar: Şərif Ağayar, Fəxri Uğurlu, Salam Sarvan, Şəhriyar Del Gerani və İlham Əziz.
Mən sərgiyə əsas İlham Əzizi görmək üçün getmişdim. Amma hamısının çıxışı, söhbəti maraqlı idi. Maraqlı olmamaq üçün səbəb yox idi, 5 nəfər qələm əhli, 20 nəfərə qədər də onları bilən, tanıyan oxucu kütləsi.
İlham Əziz 2017-ci ildən yaradıcılığa başlayıb. İlk kitabı "Şimşəkdən sonra" hekayələr toplusudur. Kitabda yazıçının yaradıcılığında fərqləndirilən 10 hekayəsi yer alıb.
Kitabda olan aşağıdakı sual isə bir qədər düşündürür.
"İnsan bu yaşda, bu zəmanədə heç nə etmirsə, niyə yaşayır?"
Portia Nelson - “Beş Kısa Fasılda Otobiyografi”
I.
Sokakta yürüyorum.
Kaldırımda derin bir çukur.
Düşüyorum içine. Kayboluyorum. Çaresizim.
Benim suçum değil.
İçinden çıkmam epey zaman alıyor.
II.
Aynı sokakta yürüyorum.
Kaldırımda derin bir çukur.
Yine görmüyorum. Yine içine düşüyorum.
Aynı yerde olduğuma inanamıyorum.
Benim suçum değil.
İçinden çıkmam yine zaman alıyor.
III.
Aynı sokakta yürüyorum.
Kaldırımda derin bir çukur.
Orada olduğunu görüyorum, yine de içine düşüyorum.
Bir alışkanlık. Benim suçum. Nerede olduğumu biliyorum.
Hızla çıkıyorum.
IV.
Aynı sokakta yürüyorum.
Kaldırımda derin bir çukur.
Çukurun etrafını dolanıyorum.
V.
Başka bir sokaktan yürüyorum.
Günahımı boynuma götürməkdən qorxduğum bütün hərəkətlərimi şeytanın ayağına yazır və öz-özümə tüpürmək əvəzinə, haqsızlığa, təsadüfün pəncəsinə keçdiyimə görə özümə bəraət qazandırır, mərhəmət, imdad istəyirdim. Əzizim, axı şeytanın burada nə günahı? Şeytan bizim qürurumuzun, kütlüyümüzün uydurmasıdır... Bərk ayaqda qaçmaq üçün yol qoyur, bunu uydururuq. İçimizdə heç bir şeytan yoxdur. İçimizdə acizlik və iradəsizlik var... tənbəllik var... İradəsizlik, cahillik və bunların hamısından da qorxulu bir şey—həqiqətin üzünə dik baxmaq qorxusu var...