Kitab o qədər mükəmməl yazılıb ki, qadınların yaşadığı bu halların yazıçı tərəfindən bu qədər incəliklə işlənməsi,səhifələri oxuduqca kitabdan insanın ürəyinə işləməsi...Sadəcə iki günə bitirdim.
Bu insanlar həqiqətən varmış kimi Əsmər'ə acıdım,Eyvaz'a nifrət etdim.Əslində buna göz yuman İsrafil kişi və Əsmərin valideynləri,bu dəhşətli həyatı başladan Lamiyə, yanlış etdiyini bilə-bilə həmcinsinə bunu edən Cəmalə də Eyvaz qədər günahkar idi..
Əslində bu insanlar həqiqətən var,hər yerdə.. Susan Qadın
Susan QadınElhan Elatlı · Xan Nəşriyyatı · 2022570 okunma
Bəli, sadəcə susurmuş. Sadəcə?.. Yox, bu heç də sadə məsələ ola bilməzdi. Sürəkli xəyanətlə qarşılaşan, təhqirlərə məruz qalan, qüruru incidilən bir qadın su- sarsa, bu, artıq təhlükədən xəbər verirdi.