Kamran İsazade

Kamran İsazade
@Kamran_Isazade
Eskişehir Osmangazi Üniversitesi
Bakü
Bakü, 13 Aralık 1996
394 okur puanı
Ocak 2020 tarihinde katıldı
Bitməsini istəmədiyim başqa bir kitab.
10/10
·240 syf.··
Beğendi
·
2022 17. kitabı
·
7 günde okudu
·
Okunma: 04 Mayıs 2022 11:31
"Derde Deva Randevu No.2" Kitab 10 dahi insanlarla Murat Menteşin dialoqundan ibarətdir. Murat Menteş zamanda səyahətlər edərək bu insanlarla görüşür və onlara müxtəlif suallar verərək maraqlı cavablar alır. Bu cavablar həmin insanların kitablarında qeyd etdiyi və ya müsahibələrində bildirdiyi fikirlər, başqa insanların həmin şəxslər haqqında qeyd edilən düşüncə və xatirələri əsasında yazılıb. Kitab ancaq dialoqdan və karikaturadan ibarətdir. Çox axıcıdır. Bir kitabda bir neçə kitab oxumuş kimi hiss etdim. Mütləq şəkildə bu seriyanın 1 və 3-cü hissələrini də alacam. Şiddətlə tövsiyə edəcəyim bir kitabdır. Həm əyləndim, həm suallarıma cavab tapdım, həm də başqa müəlliflərlə tanış oldum. Xoş mütaliələr!
Edebiyat
Derde Deva Randevu 2Murat Menteş · Alfa Yayıncılık · 20191,774 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
10/10
·680 syf.··
Beğendi
·
2021 2. kitabı
·
9 günde okudu
·
Okunma: 16 Ocak 2021 14:17
"Var olan tek sır, bir sır olduğunu düşünen insanların olmasıdır." deyib Fernando Pessoa ya da Álvaro de Campos, Alberto Caiero, Ricardo Reis, Bernardo Soares. Pessoa kitablarını, düşüncələrini, təhlillərin, şeirlərini müxtəlif adlarla yazmışdır. Əslən portuqaliyalı olan müəllifin original dildə sadəcə bir kitabı nəşr edilib. Ölümündən sonra isə ardında qoyduğu 25-27 min səhifə əlyazmaları qalıb. Octavia Pazın da dediyi kimi, "Şairlerin yaşamöyküsü yoktur; onların yaşamöyküsü, yapıtlarıdır." Sağlığında heç bir yerdə məşhur deyilkən, ölümündən sonra milyonların tanıdığı və sevdiyi Pessoa. Necə böyük şəxsiyyət... Kafka kimi yalnızlıqdan bəhs edən Pessoanı ondan fərqləndirən ən böyük xüsusiyyəti isə Pessoanı yalnızlıq anlayışını cəmiyyətdə mövcudluğunu davam etdirən ayrı-ayrı fərdlərin üzərində yox, məhz öz daxilində göstərməyə çalışmasıdır. Həm də ədəbiyyatçı, ədəbi tənqidçi olması isə düşüncələrini yazarkən ona xüsusi bir rəng qatıb. "Huzursuzluğun Kitabı" Pessoa tərəfindən yaradılmış və öz həyatını ifadə edən bir şəxsdən bəhs edir. Zaman-zaman bu yaradılan obrazla Pessoanın yer dəyişdiyini görürük. Yəni kitabdakı bu qurma obraz, məhz Pessoanın özüdür. Pessoa 1913-cü ildən etibarən bu kitabı yazmağa başlamış, amma heç vaxt bir kitab halına gətirməmişdir. Ölümündən sonra sandığında çıxan əlyazmalar toplanmış və bir kitab halına, yəni "Huzursuzluğun Kitabı" halına gətirilmişdir. "Öyleyse kim kurtaracak beni var olmaktan? Hayatımı toprağa veriyorum." Yaşadığı dövrlərdə daha çox şair kimi tanınmasına baxmayaraq, tapılan əlyazmalarında daha çox düşüncələr, fəlsəfə mövzusunda yazdığı məlum olub. Çox dərin, düşünməyə vadar edən, depressiv bir havası var. Oxuduqca təsirləndiyim, özümü tapdığım və bitdiyi üçün məyus olduğum bir kitab oldu. Hər cümləsi haqqında ayrıca kitab
Edebiyat
Huzursuzluğun KitabıFernando Pessoa · Can Yayınları · 202514,5bin okunma
10/10
·464 syf.··
Beğendi
·
2021 38. kitabı
·
5 günde okudu
·
Okunma: 02 Eylül 2021 12:17
"Hər yazarın bir şah əsəri var" deyirlər. Bəlkə də elədir, bunu inkar edə bilmərəm. Markus Zusak daha çox hamımıza "Kitap Hırsızı" romanı ilə tanışdır. Kitabını oxuyan və filminə baxan biri kimi deyə bilərəm ki, həqiqətən də, möhtəşəm idi. O dövrün ağır, çirkli, barut dolu havasını oxuyarkən hiss etmişdim. "Hiç kimse sıradan değildir" kitabı isə çox insan tərəfindən bəyənilməsə də, deyəsən, qəribə bir şəkildə mənim daha çox xoşuma gəldi. Kitab həm macəra romanı, yeri gəldikdə detektiv, bəzən isə şəxsi inkişaf təəssüratı bağışladı məndə. Çox axıcı idi. Gec bitsin deyə əlimdən gələni etdim, amma olmadı . Əsas obrazımız, 19 yaşında Ed Kennedy, taksi sürücüsü işləməkdədir və 3 yaxın dostu var. 4 sıradan insan. Həyatlarında baş verən hər şey, hər birimizin başına gələ biləcək bir şeydir. Ta ki... Ed Kennedy bankda kredit ödəməyə çalışarkən oğruluq hadisəsi olur və oğrunun tutulmasında yaxından iştirak edir. Bundan sonra isə bütün həyatı dəyişir. Evinə üzərində mesajlar olan oyun kartları gəlməyə başlayır və bunları etmək məcburiyyətində qalır. Kartların kim tərəfindən göndərildiyi, orda yazılanları niyə etmək məcburiyyətində qaldığını bilmir, amma hər dəfəsində fərqli hadisə ilə qarşılaşır və həll etməyə çalışır. Zaman-zaman güldürən, bəzən üzücü hadisələrin baş verdiyi, bəzən isə detektiv formada davam edən bir kitab idi. Müəllifin verməyə çalışdığı mesaj isə kitabı daha da gözəl edirdi. Xoş mütaliələr!
Edebiyat
Hiç Kimse Sıradan DeğildirMarkus Zusak · Martı Yayınları · 20206,2bin okunma
DİQQƏT! SPOİLER OLA BİLƏR.
10/10
·574 syf.··
Beğendi
·
2021 3. kitabı
·
15 günde okudu
·
Okunma: 31 Ocak 2021 22:31
Adətən, kitabların görünüşünə önəm verməsəm də, bu kitabın üzü və adı mənim diqqətimi çox çəkmişdi. Almazdan əvvəl müəllif haqqında bir qədər araştırma etdim və nə qədər təsirli bir həyatı olduğunu gördüm. "Belə təsirli həyatı olan bir şəxs, mütləq ki, kitabında da bunu hiss etdirəcək" deyə düşünüb almışdım kitabı. Yanılmadım da. Kitab bir qədər avtobioqrafik xarakter daşıyır. Baş rol obrazımız müharibənin ortasında ona verilən vacib əmri yerinə yetirmək yerinə müharibənin ən kritik anında olduğu yeri tərk edir (Ferdinand Celine real həyatda özü də müharibə zamanında tez-tez oranı tərk etməyi və ya qaçmağı düşünüb. Yaralandıqdan sonra həkimlik və yazarlıqla məşğul olub və bunu kitabda da göstərib). Müharibənin olmadığı bir yerə getmək, düşüncələrindən qaçmaq və xoşbəxtliyi tapmaq üçün daimi bir axtarışa çıxır. Ferdinandın müharibə haqqında düşüncələri, davranışları, sevdiyi qadınlarla olan dialoqları, getdiyi yerlərdə insanların ona qarşı düşüncələri, bir sözlə, mükəmməl göstərilib. Əsas da, Lola obrazı ilə Ferdinand arasında olan dialoqları kitabı oxuduğum müddət ərzində əvvəlki səhifələrə qayıdıb dəfələrlə oxumuşdum. Çox az tanınan və mağazalarda çox az qarşıma çıxan bir kitabdır. Müharibə mövzusunda kitablara, fəlsəfəyə, psixoloji düşüncələrə marağınız varsa, şiddətlə tövsiyə edirəm. "Ruhumu başımdan atıp kurtulmayı denemek istiyorum..."
Edebiyat
Gecenin Sonuna YolculukLouis Ferdinand Celine · Yapı Kredi Yayınları · 20265,1bin okunma
10/10
·309 syf.··
Beğendi
·
2021 36. kitabı
·
4 günde okudu
·
Okunma: 12 Ağustos 2021 16:45
"Eğer bu dünyayı Tanrı yarattıysa ben Tanrı'nın yerinde olmak istemezdim; bu çaresizlik, bu acılar kalbimi kırardı." Bu kitabda ən sevdiyim alıntı, məhz bu oldu. Alain de Bottondan oxuduğum ilk kitab idi və müəllifin stilini, görüşünü, fəlsəfəsini çox bəyəndim. Kitab daha çox antik dövrdən müasir günümüzə qədər mövcud olan fəlsəfi fikirləri izah etmək xarakterlidir. Kitab altı bölümdən ibarətdir və hər bir bölümdə bəlli bir filosofun həyatıyla, fəlsəfi düşüncələriylə dolğun şəkildə tanış oluruq. Bununla yanaşı olaraq, müəllif hər bölümdə öz fəlsəfi düşüncələrini də əlavə edir. Kitabda görürük ki, əsrlər əvvəl yaşamış olmalarına baxmayaraq, o dövrlərdə formalaşmış fəlsəfi düşüncələr günümüzdə də aktualdır. Schopenhauerin "Kitaplarım ve düşüncelerim benden sonra sevilecek" fikri isə onu göstərir ki, kitabdakı adı çəkilən altı filosofun hər biri öz dövrlərində çox da sevilən biri olmayıblar. Dili sadədir, axıcıdır. Ən qəliz fikirlər belə anlaşılacaq formada tərcümə edilib. Fəlsəfi kitab olmasına baxmayaraq, bəzi cümlələr lazımsız şəxsi inkişaf kitablarından qat-qat çox iliklərimizə qədər təsir edir. Xoş mütaliələr! Not: İlk təhlilim idi. Həvəsim olsa, əvvəl oxuduğum və çox sevdiyim kitablar haqqında da paylaşım edəcəm.
Felsefe
Felsefenin TesellisiAlain de Botton · Sel Yayıncılık · 20224,255 okunma