Bu romanla Heminquey oxucuya onu aşılayıb, inandırır ki, pislik uzun müddət davam edə bilməz, əvvəl-axır faşizm üçün də əcəl zəngi çalınacaq. Bundan başqa əsərin finalında həm də ölümün hər şeyə son qoyması təəssüratı yaranır. Yəni, insan bütün çabalarına rəğmən sonda gec-tez əcəl zənginin vahiməli əks- sədasını duyur.
Heminquey yaradıcılığını çox sevirəm. Sevməyimin səbəbi isə bütün əsərlərində özünəməxsus yazıçı dili və eyni zamanda realist olmasıdır. Romanda məni ən çox təsirləndirən Robeort Cordanın Mariyanı ölümdən çəkindirmək istərkən söylədiyi sözlər oldu...
" İndi sən burdan gedəcəksən, dovşancığım. Amma mən də səninlə gedəcəm. Nə qədər ki, birimiz yaşayırıq, o vaxtacan hər ikimiz yaşayacağıq. Əgər sən getsən, deməli, mən də gedəcəm. Bəyəm sən bilmirsən ki, belədir? Birimiz olan yerdə ikimiz də varıq. Axı sən ağıllı qızsan, yaxşı qızsan. Sən hər ikimizin yerinə gedəcəksən, həm öz yerinə, həm də mənim yerimə. Sən axı indi həm də mənsən... İndi sən tez və sakitcə çox-çox uzaqlara çıxıb gedəcəksən və bizim hər ikimizi özünlə aparacaqsan... İndi sən həm də mənsən... Məndən nə qalacaqsa, o sənsən... Qalx...”
Heminquey'in bütün əsərlərində olduğu kimi bu əsəridə oxucu da "heç də müəllifin xəyal məhsulu deyil də, sanki real bir həyat hekayəsidir," kimi fikirlər formalaşdırmağa imkan verir.
Romanda amerikalı, cavan ispan dili müəllimi, Robert Cordanın İspaniya da vətəndaş müharibəsində partizan dəstələrinə köməyindən danışılır. Düzdür, Robert 'in xarakteri haqqında mənfi və ya müsbət fikirlər eşitmişəm, lakin onu da qeyd edim ki, bu fikirlərin çoxu müsbət yönümlüdür və mən də Robert ilə "tanış olduqdan" sonra doğrudan da tərifə layiq obraz olduğunu düşündüm. Hətta, düşünürəm ki, bir kişidə olması gərəkən xüsusiyyətlər məhz Robert də birləşmişdi. Robertin,