Kuyucaklı YusufSabahattin Ali
Sabahattin Alinin oxuduğum ikinci kitabı idi.Yazım stilini,təsvirlərini və kitablarında Anadolunun insanlarından, həyatdan hekayələr olmasını çox sevirəm. Kitab bizi hər səhifəsində başqa bir hadisəyə sürükləyir və maraq sona qədər davam edir.Kitabda insanların hər cür əxlaqsızlığını obrazlarda görürük.
Tək mənfi cəhəti məncə kitabın ikinci hissəsidə olmalı idi,çünki oxucunun xəyalgücünə buraxılan(bu halları çox sevirəm çünki özüm necə istəsəm davam etdirə bilirəm,lakin ardını Sabahattin Alinin dilindən oxumağıda çox istərdim) çox şey var idi məncə,ən əsasıda sonu...
(Spoiler.Spoiler.)
Bu əsərdə biz Kuyucak kəndindən olan Yusufun uşaqlıqdan yetkinliyə kimi olan həyatını oxuyuruq,onunla yaşayırıq. Ta uşaq vaxtı yaşadığı travmadan sonra,övladlığa götürülməsi,öz kəndini tərk etməsinin nəticələrindən biridə çox sakit,öz daxilində yaşayan biri olması idi.Övladlığa götürülən ailədə babası-Salahattin,"anası" Şahinde və ögey bacısı Müəzza ilə yaşamağa başlayır.Bu ailədə Salahattin beyə və Müəzzaya ayrı bir hörməti,sevgisi olur.
Yusuf romantik və mərd biri kimi böyüyür amma hər zaman bir boşluq, hiss edilir onda. Yalnızca bu boşluğu Müəzza ilə olanda hiss etmir, təkcə onunla olduqda içindəki hissləri açıqca yaşaya bilirdi.
Yusuf başından keçən hadisələrlə-Kübra və anası,Salahattin beyin borcuna görə Müəzzanın Şakirlə evləndirilmə fikri,Ali-yə borca qarşılıq Müəzzanı vermək onun bəzi hissləri haqqında gərçəyi öyrənməsinə kömək etdi.
Əsərdə məncə Kübra və anasına daha çox yer verilmək istənmiş amma daha sonra fikirdən dönülmüşdü.Çünki, onlar birdən-birə Yusufun həyatından çıxır və birdaha görqşəcəklərini deyir,ammbir saha qarşımıza çıxmırlar.
Müəzza ilə Yusufun söhbətləri, söz demədən belə birbirini anlamaları, həsrət və sevgi hissləri o qədər təsir edirki