"Hər xırda istəyimiz bizim üçün böyükdür. Qəribə də burasıdır ki, bəzən istədiyimizi əldə edəndən sonra əvvəlki marağımız tamamilə itir və onları lazımsız bir əşya kimi kənara tullayırıq. Elə bil dünənə kimi bunun uğrunda mübarizə aparan biz deyildik. Gəl indi özünü başa düş".
"Bəzi vaxtlarda tək qalmaq istəyirsən. İstəyirsən, yanında heç kim olmasın. Ancaq belə anlarda da beyninə çağırılmamış qonaq kimi daxil olan fikirlər buna imkan vermir.