Tarlan A. Latif

8/10
·119 syf.··
Beğendi
·
2021 92. kitabı
·
10 saatte okudu
·
Okunma: 04 Ekim 2021 21:12
Daşnaksütyun- görüləsi bir iş qalmadı (Erməni baş nazirinin etirafları) : Hovanes Kacaznuni Hovanes 1918 mayın 28-i yaradılan (erməni tarixində ilk dövlət) Ermənistan Respunlikasının ilk baş naziri olmuş və Yerəvanı paytaxt elan etmişdir. Memarlıq oxuyub, Bakıda çalışıb və Daşnaksütyun partiyasının ən vacib üzvü olub. Kitab adından da görüldüyü kimi, ermənistanın dövlətçilik ənənələrinin olmayışından (daha çox gürcülər və azərbaycanlılar dövlət qurumlarında fəaliyyət göstərirdi), mənəvi yoxsulluqdan, Rusiyaya “böyük qardaş” münasibətinin arxasında gizlətdikləri ikiüzlülükdən, törətdikləri soyqırımdan, əsassız torpaq iddialarından, ermənilər tərəfindən qəbul olunan ağılsız siyasi qərarlardan bəhs edir. Yuxarıda sadaladığım mövzulara qərəzsiz yanaşdığı və həqiqətləri gün üzünə çıxartdığı üçün ermənilər tərəfindən sevilmir və adıçəkilən kitabı tapmaq imkansızdır. Taleyin ironiyasıdır ki, 1920-ci ildə bolşeviklər tərəfindən süquta uğradıldıqdan sonra həbs olunur, 1921-ci ildə azad olunaraq ölkəni tərk edir, 1925-də ölkəyə qayıdır. 1937-ci ildə Represiya qurbanı kimi həbs olunur və növbəti il həbsdə vəfat edir. Maraqlısı odur ki, Hovanes 1915 qondarma erməni “soyqırım”ında türklər qədər daşnaksütyunu da günahkar hesab edir, hətta türklərin bu qərarırının doğru olduğunu, müqabilində imzalanan müqavilələrlə də ermənilərin “böyük- dənizdən dənizə ermənistan” iddiasını tamamilə yer üzündən sildiyini qeyd edir. Daim güclü tərəfə meyil edən, məğlub olduqda zavallı və zərərçəkən roluna bürünən, qonşu (həmsərhəd) dövlətlərlə danışıqlar aparmaq əvəzinə müharibəyə sığınan ermənistan siyasətini tənqid edir ❗️ Tarix təkərrürdən ibarətdir: ermənilər onda da Rusiyadan gözlədikləri dəstəyi almadıqda onları xain adlandırıb düşmən kəsilirdilər. Bu isə özü-özlüyündə dostluqları və
Azerbaycan
Taşnak Partisinin Yapacağı Bir Şey YokOvanes Kaçaznuni · Kaynak Yayınları · 2008119 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
9/10
·751 syf.··
Beğendi
·
2021 93. kitabı
1. Mərc! #obama qeyd edir ki, insanlar iki qrupa bölünür; yalnız özü üçün yaşayanlar; və bunun əksini edib başqaları üçün yaşayanlar. Əsas sual isə- sən necə insan olmaq istəyirsən?dir. #barackobama uşaqlığından anasının “kitab oxu və öyrəndiklərini mənimlə bölüş” təşviqindən sonra mütaliəni adətə çevirib və çoxlu qiraətlə məşğul olub. Həyatının dönüm nöqtəsi isə #chicago ‘da olub, belə ki, orda həm #michelleobama ilə tanış olub, həmçinin kilsədə çalışmağa başlayıb. Beləliklə, insanları dinləməyin, empatiya qurmağın, rədd cavabı almağı təcrübə edərək vacibliyini anlayıb. İlk dəfə isə böyük kütlə qarşısında çıxışı 2004-cü ilin iyul ayında DNC-də baş tutub və xüsusilə də #nuclearnonproliferation (nüvə silahlarının qarşısının alınması müqaviləsi) ilə maraqlanırdı. Və əsas sual- prezidentliyə namizədliyini irəli sürsün yoxsa yoX? idi❕ 2. Bəli biz bacarırıq! Debatlarda və seçki kompaniyası müddətində suallara uzun-uzadı və mürəkkəb cavablar vermək onun əsas düşməni idi. Lakin əsas olan suallara cavab vermək yox, lazımi mesajı ötürməkdir❕(uğurlu prezidentlərin müsahibələrinə nəzər yetirsəniz, görərsiniz ki, hər bir sualdan mesaj ötürmək vasitəsi üçün istifadə edirlər) çünki insanlar emosiyaları ilə hərəkət edirlər, faktlara uyğun yox. Onun fikrincə, ümumi vizyonun və məqsədin olması, gündəlik uğursuzluq və nailiyyətlərə diqqət etməkdən daha vacibdir. Əsərdə #barackobama ‘nı həm siyasətçi, həm də ata kimi yaxından tanıyırıq. Əsər siyasi mövzular ağırlıqlı olsa da, ailəsindən daha nostaljik hisslərlə yazır. Əsərdə 2009-cu ildə layiq olduğu Nobel Sülh Mükafatından da yazır və qeyd edir ki, onun siyasi kimliyi reallığa əsasən çox şişirdilib. Yalnız Amerikanın iqtisadi vəziyyətini düzəltməsindən fəxrlə danışır. Demokrat olan #barack inandırmağa çalışır ki, demokratiya
Biyografi
A Promised LandBarack Obama · Crown Publishing Group · 20209 okunma

Tarlan A. Latif

, bir kitap okudu
9/10
·751 syf.··
Beğendi
·
2021 93. kitabı
Barack Obama
7.3/10 · 9 okunma

Tarlan A. Latif

, bir kitap okudu
8/10
·119 syf.··
Beğendi
·
10 saatte okudu
·
2021 92. kitabı
Ovanes Kaçaznuni
8.5/10 · 119 okunma
8/10
·142 syf.··
Beğendi
·
2021 86. kitabı
·
5 günde okudu
·
Okunma: 07 Eylül 2021 11:00
Doğan Cüceloğlunun qələmə aldığı #başıragötürenaile kitabı daha çox imtahan ərəfəsində uşaq sahibi olan valideynləri hədəfləsə də, ümumi olaraq övladla münasibət, onun seçim və həyatına müdaxilə, üslub və özgüvən kimi bir çox vacib mövzuları özündə əks etdirir. Daimi olaraq valideynə övladına seçim imkanı tanımalı olduğunu, onun həyatını özünün yaşamalı oluğunu vurğulayır. Unutmamaq lazımdır ki, övladın həyatı ona məxsusdur, valideynin yarımçıq qalan arzularının reallaşacağı ikinci şans deyil. İmtahan, universitet oxumaq insanın həyatında mühim rol oynasa da, xatırlamaq lazımdır ki, uğur təkcə bundan asılı deyil. #cüceloğlu təhsil həyatında uğurun heç də iş və ailə həyatında uğuru sığortalamadığını qeyd edir. Odur ki, valideyn çox diqqətlə qərar verməlidir, o övladının təhsildə, işdə, yaxud ailə həyatında uğurlu olsun? Yoxsa hamısı birlikdə həyatda? Son olaraq qeyd edim ki, övladdan olan gözlənti reallığa əsaslanmalıdır. Çünki, gözlənti daha sonra niyyətə və tələbə çevrilir. Bu isə uşağın potensialından artığıdırsa təhlükəli ola bilər. Bəs siz hansı pedaqoqun/psixoloqun kitablarına müraciət edirsiniz?
Ebeveynlik
Başarıya Götüren AileDoğan Cüceloğlu · Remzi Kitabevi · 20214,560 okunma