☞Mehdi Quliyev☜

☞Mehdi Quliyev☜
@Mixaylo313
İyyəkə nəabudu və iyyəkə nəstəin. (Yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik)
AGF
Fitness
Baku, Azərbaycan
Baku, Sumqayıt, 10 Eylül 2000
61 okur puanı
Nisan 2022 tarihinde katıldı
İblis
Dəryalərə hökm etmədə tufan, Səhraları sarsıtmada vulkan, Sellər kibi aqmaqda qızıl qan, Canlar yaqar, evlər yıqar insan...
Sayfa 6 - Qanun Nəşriyyatı·Kitabı okudu
Alıntı
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?

☞Mehdi Quliyev☜

, bir kitap okudu
10/10
·112 syf.·
Beğendi
·
2025 5. kitabı
Hüseyn Cavid
9.1/10 · 1.102 okunma
Böyük Qardaş sizə baxır!
10/10
·424 syf.··
2025 4. kitabı
·
16 günde okudu
·
Okunma: 10 Şubat 2025 14:00
Romanda nəzərə çarpmayan çoxlu sayda detal yazıçının həyatı ilə səsləşir. Məsəlçün, romanın baş qəhrəmanı Uinston Smitin otağının nömrəsi olan 101 rəqəmi əslində Oruelin ikinci dünya müharibəsi illərində BBC-də işləyərkən böyük sıxıntı ilə oturduğu otağının nömrəsidir. O, həmçinin BBC-də arxivlərin saxtalaşdırılmasının və kütlənin idarə edilməsinə yönəlmiş yalan məlumatların yayılmasının da şahidi olmuşdu. Müəllifə görə insanı totalitarizmin köləsinə çevirmək üçün, onun təbiətini dəyişdirən uzun müddətli, çətin bir əməliyyata ehtiyac var. Oruel diktaturların yorulub-usanmadan yenidən və yenidən tətbiq etdiyi bu əməliyyatı seyr etməkdən zövq alır. O insan təbiətini idellaşdırmır. Əslində hamımızın içində bir Böyük Qardaş oturub, fürsət ələ keçən kimi, istər polis, istər məmur, istər təhlükəsizlik işçisi kimi başqalarını izləməyə, tabe etməyə, idarə etməyə çalışır. Hər bir insanı sındırmaq mümkündür, amma buna görə insana nifrət etmək lazım deyil. İnsan təbiəti, hakimiyyətə, totalitarizmə və aqressiyaya yönümlüdür, amma bu bir müddət sonra əyləncəsini itirir, maraqsız, zövqsüz bir şeyə çevrilir. Oruelin bütün deməyə çalışdığı budur, əvvəl-axır absurd vəziyyətə çatan diktatura nəyə lazımdır ki? Əsərə gəldikdə, Uinston Smit adlı bir şəxs, 1984-cü ildə, azadlığın olmadığı, insanların dövlətin əmrləriylə və onun nəzarətində yaşadığı bir ölkədə – Okeaniyada yaşayır. Hakimiyyət prollardan başqa bütün insanları, xüsusilə də partiya üzvlərini manqurtlaşdırır. Onlar Böyük Qardaşın istədiyi kimi yaşayır, onun dediyi kimi düşünürlər. Uinston isə hələ də azad düşünmək qabiliyyətini itirməmişdir. Azad düşünmək isə ən ağır cinayət – fikir cinayəti sayılır. Tezliklə özü kimi azad düşünən bir xanımla tanış olur və onlar o dövrə zidd olan bir eşq macərası yaşayırlar. Bundan sonra isə
Edebiyat & Roman
1984George Orwell · Qanun Nəşriyyatı · 2024200,4bin okunma

☞Mehdi Quliyev☜

, bir kitap okudu
10/10
·424 syf.··
16 günde okudu
·
2025 4. kitabı
George Orwell
8.5/10 · 200,4bin okunma
İdealizmin qurbanı olan səfillər padşahı
9/10
·96 syf.··
Beğendi
·
2025 3. kitabı
Oqtay sosial və mənəvi problemlərin yükünü çiynində daşıyan bir insandır. O, əzilən xalqın nümayəndəsidir, amma eyni zamanda öz şəxsi həyatında da çarəsiz bir məhkumdur. Oqtay zəngin və zadəgan təbəqəsinin mənəvi çürüməsinə, onların riyakar və saxta dəyərlərinə qarşı çıxır, lakin bunun əvəzində yalnızlıq və iztirab qazanır. Onun idealları ilə həyatın acı reallıqları arasındakı uçurum onu getdikcə daha da dərin bir böhrana sürükləyir. Oqtayın fədakarlığı, onun inqilabi düşüncəsi, bəlkə də çox yüksək və idealist idi, amma əsərin sonunda biz görürük ki, bu idealizm reallığın sərt qayalarına çırpılır. Cabbarlı bu əsərdə həm də cəmiyyətin ikili standartlarını açıq şəkildə göstərir. Sərvət və güc, insanları qəddar edir, sevgini əmtəəyə çevirir, məsum duyğuları belə alver predmetinə çevirir. Oqtayın faciəsi insanlığın faciəsidir. Əsərin sonunda Oqtayın ölümü bir məğlubiyyət kimi görünə bilər. Amma bu, həqiqətən də, onun məğlubiyyəti idimi? Axı, Oqtay öz inamına, prinsiplərinə xəyanət etmədi. O, varlıların, riyakarlığın, ikili həyat yaşayanların tərəfinə keçmədi. Bu mənada onun ölümü onun mənəvi qələbəsidir. O, cəmiyyətin içində əyilməkdənsə, öz prinsipləri ilə birlikdə ölməyi seçdi. Bu gün də Oqtay kimi insanlar var – dəyişmək istəyən, amma cəmiyyət tərəfindən əzilən, yolunu tapanadək ya tərk edilən, ya da sıradan çıxarılan insanlar. Cabbarlı "Oqtay Eloğlu" ilə insan duyğularının, sevgisinin və idealizminin bir toplum qarşısında necə sınağa çəkildiyini göstərir. Hər dövrün öz Oqtayları var. Bəs, sizcə, kimdir müqəssir? :)
Edebiyat
Oqtay EloğluCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2021567 okunma