İnsan ömrü boyu,görəsən, neçə vidalaşma yaşayır? Uşaqlıqla,yeniyetməliklə,gəncliklə,sağlamlıqla,səbirlə,ümidlə vidalaşmalı olursan, bunların içində,məncə,ən ağırı-sevdiyin insanlarla vidalaşmaqdır. Fiziki baxımdan qopa bilərsən, amma qəlbin onlarla heç vaxt vidalaşmır. Bu,mümkün deyil.
Ümid insanın boğazına bağlanan sonsuz ip kimidir. İnsan bu ipin onu sürükləməsinə könüllü razı olur. Çünki bu,insanı həyata, yaşamağa bağlayan böyük bir qüvvədir.
Cənnəti də,cəhənnəmi də insan yaradır. İnsan bunu başa düşürmü? Bax məsələ budur. Hər birimiz əvvəl-axır yaddaşımızın quyusuna enməli oluruq. Daha orda nəyi xatırlamalı, nəyi dərk etməliyik, bu hər kəsin özünə görə dəyişir. Hə,çətinə düşəndə Allahı axtarırlar, bəs çətinə düşənə qədər harda idilər? Məsələ budur...