Kitab oxumaq… Heç vaxt görmədiyin bir insan üçün darıxmaqdır…
instagram.com/muhur205?igsh=M...
https://1000kitap.com/gonderi/273585763
https://1000kitap.com/gonderi/274014995
"Elgün Quliyev - universitetin tarix fakültəsini bitirib. Müharibəyə gedəndə yaxınlarına, "Tarix müəllimi işləyə bilmədik, bəlkə, tarix yazdıq" - deyibmiş. Şuşa döyüşlərində ağır yaralanıb. Yaralarını sarımaq istəyən həkimə, “Sən yüngül yaralılarla məşğul ol, mən artıq zirvəyə qalxıram" - deyərək bir neçə dəqiqə sonra şəhid olub."
Cinayət və Cəza mütaliə sevgimi alovlandıran, məni daimi oxumağa sövq edən kitabdır. İlk dəfə 15 yaşım olanda kitabxanadan götürüb oxumuşdum və o yaş üçün ifadə edə bilməyəcəyim qədər çox sevmişdim. Bu on il ərzində saysız kitablar oxudum, “şah əsər” sayılan neçə-neçə klassikalarla tanış oldum, amma heç biri mənim üçün Cinayət və Cəza olmadı desəm, yalan olmaz.
Oxuduğum ilk kitab deyildi, amma ədəbiyyat və kitab sevgimi oyadan ilk kitab idi. On il sonra qəşəng cümlələrinin tez-tez qarşıma çıxması səbəbilə yenidən, bu dəfə türkcə oxumaq istədim. Azərbaycan dilindəki nəşrinin keyfiyyətini xatırlamıram; o vaxt nəşriyyat və tərcümə mövzusunda məlumatsız idim. Amma bu nəşr - Suç ve Ceza - o qədər gözəl idi ki... Sanki kitab məhz bu dildə, bu cümlələrlə yazılıbmış kimi.
Mənim sevimli Rodyam... Yaxşı ki, yenidən oxudum. 10 il keçsə də, bu kitab hələ də mənim üçün “ən” imiş.🩶
Bəli, yenə bir kitabın sonuna gəldik.
Etiraf etməliyəm ki, kitabı adına və üz qabığına görə bəyənmişdim, nəhayət əldə etdim və çox həvəslə oxudum.
Oxuduğum romantik əsərlərə tam sürətilə çatmasa da, sevdim. Və yaxşı ki, də oxudum.
Ən azı yeni qələmlə tanış oldum. Müəllifdən oxuduğum ilk əsər idi. Sözsüz ki, yenidən müraciət etməyi fikirləşirəm.
Ən çox incələmə yazmağı ona görə düşündüm ki, Varis Yolçuyev çox incə dəqiqliklə işləyib əsəri. Əsər boyu müxtəlif zamanlarda müxtəlif insanların həyatından elə məharətli ardıcıllıqla yazıb ki, həqiqətən dəyərli yazıçımıza əhsən düşür.
İlk başda insanın beyni yanır: " Noldu bunları axrı? Bitməmiş başqası başladı?"
Amma bu belə deyil. Oxuduqca insana hər şey aydın olur.
Bu arada əsərdə elmi araşdırmalara yol verilməsi əsərin keyfiyyət göstəricisini dəfələrlə artırır.
Ənənələrə sadiq qalaraq kitabdan bir neçə misra:
Ayrı düşdük aylar ötdü, il oldu.
Könlüm sənsiz bir çağlayan sel oldu.
Bağça saldım, gönçə açdı, gül oldu.
Neyçün səni bəs unuda bilmirəm?...
Salam, hər kəsə. Artıq ikinci kitabım olan "Darmadağın" ı istəyənlər PDF formasında oxuya bilərlər. Sadəcə rəydə bu istəyinizi yazmağınız kifayətdir. Göndərəcəyəm. DarmadağınQarmaqarışıqNəimi