Görəsən yadına düşürəmmi heç?
Adımı eşitsən karıxırsanmı?
Bayırda çiskinli yağış yağanda,
Sən də mənim kimi darıxırsanmı?
Görəsən könlünə düşdüyüm zaman,
Mən sənin yuxuna gəlirəmmi heç?
Yəqin maraqlıdır sənə əhvalım,
Mən özüm necəyəm bilirəmmi heç?
Nüsrət Həsən