Lyanna

Oxuyun.Oxudun
10/10
·188 syf.··
Beğendi
·
2023 111. kitabı
Həyatımızda ən az bir dəfə də olsa "başqa ölkədə yaşasaydım əgər..." deyə dayanıb düşündüyümüz anlar olmuşdur.Mən də düşünmüşəm.Məsələn Kanadada doğulsam həyat daha mı başqa olardı? Daha mı asan çatardım indi əlim yetməyən yerlərə? Yazıçı bu kitabıyla suallarıma cavab verdi əslində Kitab biri Siciliyada,digəri Kanadada,3-cüsü də Hindistanda yaşayan 3 qadının bir birinə dolanan yaşam hekayəsindən bəhs edir(kitabın adının hardan gəldiyini anladınız deyə düşünürəm) "Coğrafya kaderdir" deyib yəqin ki,beyninizdə bu qadınları ən xoşbəxtindən ən bədbəxtinə doğru sıraladınız.Və yenə yəqin ki,ən bədbəxti Hindistanda yaşayan oldu:) Haqsız da sayılmazsız əslində.Hindistandaki yaşam şərtləri haqqında hardasa məlumat sahibiydim və şükür edirdim ki, Hindistanda doğulmamışam. Kitabda(və daha sonrasında etdiyim kiçik araşdırmalarda)ölkədəki kasta sisteminin hələ də ən qədim zamanlarda olduğu qədər möhkəm və effektiv,qadınlarınsa bu aşağı təbəqənin ən aşağısında yer alacaq qədər dəyərsiz və ucuz sayıldığını dəhşətlə öyrəndim.və artıq Hindistanda qadın olaraq doğulmadığım üçün şükür edirəm. Amma bütün bunlarla İtaliyada və ya Kanadada yaşayanı daha xoşbəxt saymaq düzgündür mü? Xeyr əlbəttə.Hər kəs daha tündü ilə qarşılana qədər öz həyatını qaranlıq sayır. kitabda bir qadının sosial mühitdə,iş və ailə həyatında,sevgi münasibətlərində-xülasə,demək olar ki,hər sahədə ölkə,yer,mədəniyyət fərq etmədən qarşılaşdıqları çətinlikləri və bu çətinlik qarşısındaki öhdəliklərini mükəmməl şəkildə əks etdirilir.Və kitab oxucuya göstərir ki,güclü qadın dedikdə ağla ilk gələn stiletto ayaqqabı,mükəmməl dırnaqlar ,tək qulaqda airpod,əldə şirkət sənədləriylə maşınına doğru addımlayan mükəmməl görünüşlü qadın ola bilər.Lakin ağla gələnlər bununla bitməməlidir. Güclü qadın yorğun gözlərlə
Saç ÖrgüsüLaetitia Colombani · Yan Pasaj Yayınevi · 202017,7bin okunma
Reklam

Lyanna

, bir kitap okudu
10/10
·188 syf.··
Beğendi
·
2023 111. kitabı
Laetitia Colombani
8.5/10 · 17,7bin okunma

Lyanna

, bir kitap okudu
1/10
·288 syf.·
2023 110. kitabı
"Son zamanlarda gördüğüm kabuslarda o kadar çok parçaya ayrılıyorum ki geri kalan kısmımı bir araya getirince beni tekrardan oluşturmaya yetmiyor. "
İnsan ve Duygular
Kitabı bitirmiş oxucular üçün:)
10/10
·247 syf.··
Beğendi
·
2024 3. kitabı
Bu incələmə kitabın məzmunu haqqında deyil.Kifayət qədər yazıldığını düşünürəm. Bəyənib-bəyənməməyim haqqında da deyil.Oxumayan beş-üç nəfər qalmışdıq onsuz. Sadəcə oxuduqdan sonra beynə axın edən düşüncələr haqqında təxmini təsəvvür yaradacaq bir iki şey yazmaq istədim. Düşünməyi tam olaraq nə zaman buraxdıq? Keçmiş dövr haqqında məlumat sahibi deyiləm amma kitab tapa bilən insanların onları oxuduqlarını bilirəm ən azından.Müasir dövrdə həyatımız artıq daha rahat, boş vaxtımız isə daha çox olduğu halda niyə daha məşğul birinə çevrilmişik? Nə ilə qarışıb başımız? İtirdiyimiz məlumdur,bəs qarşılığında nə qazanırıq? Bəlkə gəlib evimizi kitablarımız qarışıq yandırmırlar(çünki onların yerinə bunu biz edirik onsuz) Amma heç var etmədiyimiz kitabların yoxlugunun necə fərqinə vara bilərik ki? Nə vaxtsa var idilər bəlkə,artıq onların yerini şəxsi inkişaf kitabları,cildli macəra və ya bol şəkilli, az hərfli fantastik kitablar,bir nəfəsdə tarix,10 addımda fəlsəfə,sənət 101 və s tutub. Mən oxumuram mı bunları?? Oxuyuram təbii ki.Fəlsəfə 101 -i oxuyuram məsələn.Ona görə ki,kimsə hardasa mağara alleqoriyasının kimə aid olduğunu soruşsa "Platon" deyə bilim.Beləcə məni intellektual biri sanacaqlar.Ta ki kimsə yerindən qalxıb "bəs Platon bu bənzətməylə nə demək istəmişdi tam olaraq" deyə soruşsa iki cümlədən artıq deyə biləcəm mi görəsən? Oxuduğum kitabda da iki cümlədən artıq yazılmamışdı.Dayanıb düşünməmişdim də heç... Vaxtım az idi axı.Ediləcək işlərim var idi.Oxunacaq başqa kitablar... Və ya bir nəfəsdə tarix məsələn.Ölkənin hansı döyüşlərdən,hansı müharibələrdən,hansı soyqırımlardan,hücumlardan,böhranlardan keçdiyini bil.Niyəsinə isə qarışma. Harda səhv etdik? Nə etməliyik ki eyni şeylər yenidən başımıza gəlməsin? Bu suallar sənlik deyil.Sən cəmiyyətin danışılana sorğulamadan
Edebiyat
Fahrenheit 451Ray Bradbury · İthaki Yayınları · 2017108,4bin okunma