Etiraf edirəm,kitab oxumaq qədər əyləncəli bir şey yox imiş! İnsan kitab oxumaq xaricində hər şeydən tez sıxıla bilər. Özümə aid bir ev sahibi olduğumda, belə böyük bir kitabxanaya sahib olmasam lənətə gələrəm.
Jane Austen~"Qürur və Qərəz" kitabından
Və elə tərzdə də irad tutursan ki, guya bunun günahı yalnız məndədir, guya sükanı başqa səmtə döndərsəydim, hər şey də başqa cür olardı, sənin burda zərrə qədər də günahın yox imiş..
Atama Məktub, Franz Kafka
İşıq xəstə gözləri necə incidirsə, xoşbəxtlik də xəstə könülləri elə sızıldadır. Xəstə gözlər kimi, xəstə könüllər üçün də qaranlıqdan yaxşı dərman yoxdur!
Çalıkuşu, Reşat Nuri Güntekin
Qalxıb getmək istəyirsən, ancaq hara?
Qalmaq istəyirsən, ancaq niyə?
Sevinməyin üçün hər şey var, ancaq qəmlənirsən.
Hər şeyin var, ancaq yenə də nəsə istəyirsən, nəsə çatışmır.
Demək istəyirsən, bilmirsən nəyi.
Ürəyin doludur, bilmirsən nə ilə.
Bir çox şeyi etmək istəmirsən, ancaq lazımdır.
Qəlbin sevir, ancaq bilmirsən kimi.
Həqqiqətdir, ancaq şəkk edirsən.
Sanırsan ki, xoşbəxtsən.
Bəs göz yaşları niyə?
Yaşayırsan, ancaq bilmirsən nə üçün.
Ətrafın adamlarla doludur, darıxırsan yenə.
Rövşən Abdullaoğlu- Relslər Üzərində Uzanmış Adam.