Qara Xəfiyyə

Qara Xəfiyyə
@_faracov_
Bu metin Azerice dilinden otomatik olarak çevirilmiştir. Orjinali Göster
Bir gün gerçeklerin ortaya çıkacağına şüphe yok Memmed Emin Resulzadeh
Milli Aviasiya Akademiyası- Hüquqşünaslıq 2/4
Azərbaycan, 2 Eylül
460 okur puanı
Ağustos 2022 tarihinde katıldı
224 syf.
9/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
"...Yusif çarpayıya tərəf bir-iki addım atdı. Baxdı. Lakin sadəcə arxadan onun uzun qara saçlarını görə bildi. Hiss olunurdu ki, xəstədir. Hər vəchlə üzünü görməyə çalışdı. Günlərdir villanın qarşısında gözləyirdi. İndi yaranmış şans bir də onun əlinə düşməyəcəkdi. Otağın digər tərəfinə keçdi. Lakin yenə xəstənin üzünü görə bilmədi. Yorğan onun sifətini tamam örtmüşdü. Yusif üzünü qadına tutub soruşdu: -Qızınızın neçə yaşı var?- Suala cavab almamış arxadan gələn qəfil qışqırıq səsindən diksindi. Arxaya çöndü. Çarpayıda uzanmış qız qorxunc nəzərlərlə ətrafa baxırdı. Dağılmış saçları, çuxura düşmüş gözləri dəhşət saçırdı. Yusif həyatında çox psixi xəstə görmüşdü, lakin bu qızın gözlərini heç kimdə görməmişdi..."
Qan Haqqı
Qan Haqqı
Müşfiq Abbasov
Müşfiq Abbasov
Qan Haqqı
Qan HaqqıMüşfiq Abbasov · Qanun Nəşriyyatı · 20223 okunma
Reklam
160 syf.
8/10 puan verdi
·
Beğendi
·
12 günde okudu
"...İşini bitirən kilsə xidmətçisi qrafinya dö Sen-Fiakra baxdı. Üzündəki ifadədən tərəddüd etdiyi görünürdü. Həmin an Meqre hərəkətə keçdi. İkisi də qadına yaxınlaşdı. Qrafinyanın əlləri ilə örtdüyü üzünə baxmağa çalışaraq onun bu cür hərəkətsiz qalmasına təəccüblənirdilər. Görüntüdən həyəcanlanmış Meqre qadının çiyninə toxundu. Elə həmin an qadının bədəni boşluqda müvazinətini itirdi və yerə düşərək hərəkətsiz qaldı. Qrafinya dö Sen-Fiakr ölmüşdü. Meyiti kilsə xidmətçisinin otağına aparıb cərgə ilə yan-yana qoyulmuş üç stulun üstündə uzatdılar. Kilsə xidmətçisi həkim gətirmək üçün tələsik kilsədən çıxdı. Meqre buradakı vəzifəsinin qeyri-rəsmi olduğunu unutmuşdu. Odur ki, keşişin həyəcan dolu baxışlarını ona sual və şübhə dolu ifadə ilə zilləməsinə əvvəlcə məna verə bilmədi. -Siz kimsiniz?- keşiş dayana bilməyib soruşdu,- siz burada... -Cinayət İşləri üzrə İdarədən komissar Meqre..."
Georges Simenon
Georges Simenon
Komissar Meqre/Sen-Fiakrın Cinayət İşi
Komissar Meqre/Sen-Fiakrın Cinayət İşi
Komissar Meqre/Sen-Fiakrın Cinayət İşi
Komissar Meqre/Sen-Fiakrın Cinayət İşiGeorges Simenon · Qanun Nəşriyyatı · 20185 okunma
296 syf.
9/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
"...Nikolay düşüb maşının qapısını açdı. Rinat adəti üzrə pencəyinin düyməsini bağladıqdan sonra maşından endi. Anzor dönüb onlara baxırdı. Yaxınlıqdan yaşlı bir qadın keçirdi, əlində ərzaq dolu torba vardı. Rinat bir addım yana çəkilib Nikolayın arxasına keçdi. Nikolay da yaşlı qadına yol vermək üçün bir addım geri çəkildi. Onlar bir xətt boyunca dayanmışdılar. Elə bu vaxt atəş açıldı. Nikolay heyrətlə atəş açanlara tərəf baxdı və yavaş-yavaş yerə sərildi. Sinəsində iki qan ləkəsi əmələ gəldi və ləkələr sürətlə böyüməyə başladı. Rinat qolunda güclü bir zərbə hiss etdi, qeyri-ixtiyari aşağı əyildi. Anzor silahını çıxartdı və çığıraraq Rinata dedi ki, Nikolayın yanında yerə uzansın. Yenə bir neçə dəfə atəş açıldı. Rinat korlanmış pencəyinə baxdı. Əvvəlcə yalnız pencəkdə açılan və onu tamamilə yararsız hala salan dəliyə görə məyus olmuşdu. Sonra dəliyin ətrafına yayılan ləkəni gördü və əlini vuranda bunun qan ləkəsi olduğunu anlayıb təəccübləndi..."
Çingiz Abdullayev
Çingiz Abdullayev
Oliqarxın Varisi
Oliqarxın Varisi
Oliqarxın Varisi
Oliqarxın VarisiÇingiz Abdullayev · Teas Press · 029 okunma

Okur Takip Önerileri

Tümünü Gör
80 syf.
7/10 puan verdi
·
3 günde okudu
"...Amma sizdən sonra başqası gəlib, qocanı görüb və mümkündür ki, həmin şəxs ötən bütün müddətdə sizi izləyib. O qocanın ölümünü istəyən adam olub, incik düşüb hiddətləndiyinə, qəzəbləndiyinə görə, deyil, müəyyən bir niyyətlə qocanı qətlə yetirib. Çox güman ki, bu zaman o vəsiyyətnaməni nəzərdə tutub. Axı məhz o sizdən sonra qocanın yanında olub və onu öldürüb, daha sonra ayaqlarını üzəngiyə ilişdirib və atı vurmağa başlayıb ki, artıq ölmüş qocanı sürüsün. Əgər o keçdiyi cığırda unudub qoyduğu nəsə olmasa idi, əlbəttə, hər şey yaxşı ola bilərdi..."
William Faulkner
William Faulkner
Tüstü
Tüstü
Tüstü
TüstüWilliam Faulkner · Qanun Neşriyat · 2016113 okunma
368 syf.
10/10 puan verdi
·
Beğendi
·
45 günde okudu
"...Yaşamaq istəmirəm sürünüb dizin-dizin, İstəyirəm ən uca zirvələrə mən qonam. Xəfif sakitliyini neyləyirəm dənizin. Onun qasırğasına, dalğasına vurğunam. Qoy döysün yağış məni, boran məni, qar məni, Həyatın boranları daim yaşadar məni. İstəmirəm həyatım sakitcə bir otaqda gəlib-keçsin lal kimi... İstəyirəm
Seçmə Şeirlər
Seçmə ŞeirlərBahtiyar Vahabzade · Qanun Nəşriyyatı · 20226 okunma
Reklam
Reklam
48 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.