Bir dəfə atam soruşdu. Bir sürü qoyun bir sürü qurda qalib gələ bilər ? Dedim ki yox .Dedi əgər qurdların başında qoyun , qoşunlarında başında qurd olarsa , bilər .
"Nağıllara inanmıram, çünki nağıllar həmişə yaxşı sonluqla bitir. Real həyatda isə bu belə deyil..."
Kaş ki bu nağıl da yaxşı sonluqla bitərdi ,Zaur...
Bir Ovuc torpaq...
Roman çox böyük ustalıqla yazılıb ,hisslər mükəmməl şəkildə oxucuya çatdırılır. Sevgi ,nifrət, vətənpərvərlik, vətən həsrəti ...Sujet xətti o qədər maraqlıdır ki, birnəfəsə oxudum. Oxuyun
Bilirsən, mən niyə instrumental musiqini dinləyirəm? Çünki burada səni qəlibə salan sözlər yoxdur, yalnız musiqi var. Sən onu necə dərk edirsənsə, qavrayırsansa, o qədər də o, sənə yaxınlaşır. Bugünkü ovqatını, keçmiş xatirələrini musiqiyə ötürüb onu özünə doğmalaşdırırsan. Mahnılarda isə sənin heç bir improvizənə ehtiyac qalmır. Axı onların sözləri var. Bu sözlər nə barədədirsə, sən onları dəyişə bilmədiyin üçün musiqini məhz bu sözlərin çivəsində qavramağa məhkumsan...