Nana bir dəfə demişdi ki, hər bir qar dənəciyi dünyada dərd çəkən bir qadının ahıdır. Bu ahlar göyə qalxıb buluda çevrilir, sonra da beləcə xırda zərrələrə bölünüb yerə qayıdır. Bizim kimi qadınların çəktikləri əzabı xatırlatmaq üçün qayıdır. Bax, beləcə, başımıza yağan hər şeyi səbirlə, dözümlə qarşılayırıq.