“Əgər bir qadının səsini duymaq istəyirsinizsə, bu kitabı oxuyun. Oxuyun ki, susqunluqla danışan bir xalqın ağrısını eşidəsiniz…”
Mən bu kitabı oxumadım. Bu kitabı duyğularımla yaşadım.
Mən bu kitabı oxuyarkən Məryəm oldum, hansı ki sevgiyə, içindəki səsə həsrət qalan bir qadın oldum.
Mən bu kitabı oxuyarkən Leyla oldum, hansı ki məhv olan bir şəhərdə öz uşaq saflığını itirən bir qadın oldum.
Bəzən ikisinin ortasında susub qaldım. Çünki onlar bir xalqın əzabının aynası, qadınların səsi idilər.
Allahım, bu necə bir kitab idi. Mən bu kitabı oxuyarkən keçirmədiyim hiss qalmadı. Xalid Hüseyni öz ölkəsinin, öz millətinin dərdini necə belə gözəl, təsirli açıqlayıb, belə bir kitab yazıb. İnana bilmirəm həqiqətən.
Hər bir cümləni, hər bir abzası, hər bir səhifəni oxuyarkən hadisələri düşünürdüm, Məryəm və Leylanın yaşadıqlarını düşünürdüm. Özümü onların yerində düşünürdüm, özümü onların yerinə qoyurdum. İlahi onlar necə də güclü qadınlardırlar. Mən onların yerində olsam, bəlkə də dayana bilməzdim.
Həqiqətən də, Məryəm və Leyla bütün qadınların səsidirlər.
Əsərdə Əfqanıstanı darmadağın edən müharibənin qurbanı olan iki Əfqan qadınından - Məryəm və Leyladan, onların həyatından, yaşadıqlarından bəhs edir. Məryəm və Leyla tamam iki fərqli uşaqlıq keçirmiş qadındırlar. Məryəm kasıb, yoxsul bir ailədə "harami" olaraq dünyaya gəlmiş bir qız, Leyla isə mehriban, sevgi ilə böyümüş bir qız.
Amma onların həyatını birləşdirən bir hadisə olur. Bu müharibədir.
Müharibə, müharibə... Kaş dünyada müharibə deyilən bu anlayış olmasaydı... Kaş əvvəldə də, bu gündə də müharibə deyilən bir anlayış olmasa idi, kaş müharibə adını heç çəkməsək...
Bu gündə gördüyümüz bu müharibə Məryəm və Leylanın həyatına böyük təsir göstərir. Onlar çoox