Salam! Bir ayın daha sonuna gəldik 🤗
Oxuduğum kitabları bu formada paylaşım etmək üçün darıxmışdım 🥹
Bu ay mənim yenidən kitab oxumağa başladığım ay oldu. Həm reading slump'da olduğum üçün, həm də məşğul olduğum üçün çox kitab oxuya bilmirdim. Bu səbəbdən bu ilki kitab oxuma hədəfimdə az kitab oxumağı planlaşdırdım. Gərək yay ərzində daha çox kitab oxuyum ki, hədəfimi tamamlaya bilim 😂
Bu ayın ortalarından etibarən yenidən kitab oxumağa başladım və 3 kitab - 817 səhifə oxuya bildim 💕
1. Min Möhtəşəm Günəş ~ 10 ⭐
2. Get Gözətçi Təyin Et ~ 7 ⭐
3. Deniz Duası ~ 6 ⭐
Vəə beləliklə iyun ayının sonuna gəldik 🦋 Ümid edirəm gələn ay daha çox və daha gözəl kitablar oxuyaram 🤍✨
Hər kəsə xoş oxumalar! 🫠
Salam! Bir ayın daha sonuna gəldik 🤗 Bu ay mənim üçün qarışıq bir ay oldu. Bu qarışıqlığın arasında 3 kitab oxuya bildim, 1 kitabım isə növbəti aya qaldı. ( Martin Eden ) Bu ay uzun müddətdir oxuduğum 2 kitabı - İnsanlığın Yıldızının Yükseldiği Anlar və Oblomov bitirdim 😌 Uzun müddətdir ki, Oblomov kitabını oxuyurdum və bu ay həmin kitabın bitiş ayı oldu, həmin kitabı oxuyub bitirdim. Yenə az kitab oxumağıma baxmayaraq yenə də özümü bu ay oxuduğum kitablar üçün məmnun hiss edirəm. Təbii ki, daha çox kitab oxumaq istəyərdim, amma nə edək belə oldu 🌿 Və bir azda Mecburiyet kitabı haqqında demək istəyirəm. Mecburiyet kitabı bu ay oxuduğum kitablar arasından ən çox mənə təsir edən kitab idi, çox amma çox bəyəndim, oxumayan hər kəsə tövsiyə edirəm, mütləq oxumalıdırlar 📚🌷Və belə, keçən ay belə oldu, ümid edirəm, sentyabr ayında daha çox kitab oxuyacağam, artıq kitablarımı planlaşdırmışam ki, hansı kitabları oxuyacağam. Ümid edirəm, hər birini oxuya biləcəyəm 🌸🌷💖✨
1. İnsanlığın Yıldızının Yükseldiği Anlar ~ 8 ⭐
2. Mecburiyet ~ 10 ⭐
3. Oblomov ~ 9 ⭐
Və iyul ayı bitdi. Artıq avqust ayındayıq. Mən də həmişəki kimi hər ayın sonunda "hansı kitabları oxudum", "neçə kitab oxudum" kimi paylaşımlar edirəm, çünki bu cür paylaşımlar çox diqqətimi çəkir, bu cür videoları izləməyi və s. çox sevirəm. Bunun üçün də mən də belə edirəm, hər ay oxuduğum kitabları qeyd edirəm və ayın sonunda həmin ayı təhlil edirəm. Bu ay 6 kitab oxumağı hədəfləmişdim, lakin bunlardan dördünü oxuya bildim. İnsanlığın Yıldızının Yükseldiği Anlar və Oblomov kitablarını təəssüf ki, bu ay bitirə bilmədim, lakin mənim üçün problem yoxdur, avqust ayında bitirəcəyimi ümid edirəm 🌸🎀📚
1. Fyodor DostoyevskiBəyaz Gecələr 8 ⭐
2. Haruki MurakamiUyku 9 ⭐
3. Stefan ZweigŞahmat 9 ⭐
4. Ferit EdgüNijinski Öyküleri 6 ⭐