Bir ara riyaziyyatla məşğul olmaq istədim və 1828 ci ilin yayında Barmuta gedib riyaziyyatı dərindən öyrənmək üçün müəllim tutdum, ancaq müəllim kütbeyin olduğundan riyaziyyatdan aldığım biliklər çox zəif idi. Məşğələlər cəbrin əsasında dayanan prinsiplərin hansı məna daşıdığını anlamaq gücündə olmadığı üçün məndə ikrah hissi oyadırdı. Səbirsizlik edib bu prinsipləri dərindən öyrənmədiyimə görə sonradan təəssüfləndim, çünki riyaziyyatı öyrənməklə heç olmasa onun ilkin prinsiplərini az da olsa, qavraya bilərdim və mənə elə gəlir ki, belə biliklərə yiyələnən insanlar ağılları üçün əlavə bir silah (extra sense) əldə edirlər. Ona görə də bu sahədə elementar riyaziyyatdan artıq nəsə öyrənmək bacarığım olmayıb.