arzu

arzu
@arzuhasanova
Social Psychology
Baku State University
Baku
20 Mayıs 2001
59 okur puanı
Mart 2023 tarihinde katıldı
10/10
·320 syf.··
Beğendi
·
2024 4. kitabı
·
19 günde okudu
·
Okunma: 25 Mart 2024 00:00
Bəzi kitabların oxuma zamanı vardır, bəzi yolların başında oxunulmalı olanlar. Bu kitab isə elədir ki, heç vaxt bu kitaba gec qalınmaz, yeniyetməykən də oxuyanda çox şey öyrənmək olar, gənclik illərində də, evlilikdən öncə də, övlad dünyaya gətirəndə də, onu böyüdəndə də, bəlkə, 60 yaşında olanda da. Əsas olan özümüzü, bizi kəşf etməyə maraqlı olduğumuz zamana təsadüf etsin. Doğan Cüceloğlu hər şeyi öz ifadəsi ilə desəm - "sevgi dili" ilə izah edir ki, ən sərt sərhədləri olan insanlara da təsir edə biləcəyini düşünürəm. Bir az xəritə kimi bir kitab idi mənim üçün. Əlavə olaraq, kitabın sonunda film, kitab, hətta musiqi tövsiyələri var, hər tərəfi ilə çox gözəl idi️️..
Var mısın?Doğan Cüceloğlu · Kronik Kitap · 202137,7bin okunma
1000Kitap Kullanıcısı isimli okura yanıt verildi
arzu
🥰
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Eğer bir "insan kadın", eşinden başka bir "erkekle" "insan insana" konuşamıyorsa, yani insan olma halini toplum içinde yaşayamıyorsa, o toplumda derin bir ilişki fakirliği var demektir; üzerinde düşünmek gerekir. Bu ortam kadını da erkeği de insan olarak fakirleştirir ve bu fakirliğin acısını toplumun tümü çeker.
Sayfa 160·Kitabı okudu
Elza isimli okura yanıt verildi
arzu
eynən, çox acıverici haldır, təəssüf ki..
10/10
·176 syf.··
Beğendi
·
2023 28. kitabı
·
9 günde okudu
·
Okunma: 21 Aralık 2023 18:53
İlk növbədə belə bir kitab tövsiyə etdikləri üçün Fatime AbdullayevaFatime Abdullayeva, @Akko1994, @foreveryoungg təşəkkür edirəm. 4 ay əvvəl demişdilər, mən indi oxuya bildim. Həqiqətən uzun müddətdi yaşayaraq kitab oxumamışdım. Buna ən məhşur klassiklər də daxildi. Bununla da birmənalı anladım ki, bu tərz kitabları ( Bilinmeyen Bir Kadının MektubuBilinmeyen Bir Kadının Mektubu, Beyaz GecelerBeyaz Geceler ) çox sevirəm. Sabahattin AliSabahattin Ali nin yavaş-yavaş digər kitablarını da oxumaq qərarına gəldim. Hekayəyə gəldikdə, ən başından kitabın bitməyinə 30-40 səhifə qalana qədər qadına əsəb olmuşdum. Kişi yazıçılar qadın baş rolları adətən vəfasız, qorxaq, dönük xarakterdə yazırlar deyə düşünürdüm ki, Marie Puder məni təəccübləndirdi. Bu səfər Raifin acizliyinə, avamlığına, "vur təpəsindən al əlindən" sözünə uyğun xarakterinə nifrət etdim. Gözəl sevdi, fəda etməyə hazır idi başqası üçün özünü. Bəs özü üçün? Özü üçün özünü fəda etməkdən aciz bir insan necə həyatda tutuna bilər? Bunu sonda bir qızı olduğunu bildiyində belə davam etdirdi. Kitabın dili elədir ki, insanı elə təsirinə salır ki, Marie Puderi mən sevirəm sandım. Mənim eşqimdən qaçırmış sandım. Həyəcanlandım, kədərləndim. Öz sevdiyimi itirdim sonda. Mənim eşqim, hekayəm yarımçıq qaldı sanki. Yəqin ki, bu fikrimi çoxları təsdiqləməyəcək, xüsusən də xanım oxucular. Amma mənə görə qadınlar əksər hallarda eşqlərində paxıl olurlar, sırf qarşılarındakı üçün 1 qram belə dəyişməsinlər deyə qəlbən, mənliyi ilə sevən oğlanlardan qaçırlar. Nəymiş kiməsə görə dəyişmək acizlikmiş, gözünü aç bir bax gör, qarşındakı da dəyişmirmi? Mənə görə ən gözəl eşq iki tərəfində fədakarlıq etdiyi, özündən bir parça qurban verdiyi eşqdir. Sevdiyini olduğu kimi qəbul etməksə, ona dediyin ən böyük yalan, bir ömür edəcəyin bir xəyanətdir.
Aşk - Edebiyat - Roman
Kürk Mantolu MadonnaSabahattin Ali · İş Bankası Kültür Yayınları · 2023375,8bin okunma
Fatima Mhrremova ♡ isimli okura yanıt verildi
arzu
NəimiNəimi öz həyatımızdan yola çıxaraq, ümumiləşdirmə etmək uyğun nəticə vermir, ümid edirəm qarşına könlüncə insanlar çıxar🥰

Eynən, hətta evlilik bir yana, sevgili olduqları gündən sanki, qız yenidən dünyaya gəlir kimi qaydalar qoymağa başlayır çoxusu, nömrəni belə dəyişdirməlisən, oğlan dostları keçdim, bəzi qız dostlarının oğlan dostları ola bilər deyə onları belə sildirirlər. Məndən əvvəl belə geyinmişdin, amma daha geyinməyəcəksən, özləri isə olduğu kimi davam edirlər həyatlarına. Azərbaycan reallığında əksər münasihətlərdə belədi, təəssüf ki.