96 syf.
·
Puan vermedi
Minnətdaram, minnətdaram..
Əsərdə Vasya adlı bir gəncin başlamamış bitən və məhvoluşunun səbəbi olan səadətindən bəhs edilir. Vasya dostu ilə kiçik bir mənzildə yaşamaqdaykən bir gün dostuna aşiq olduğu və evlənəcəyi xəbəri ilə gələr.Onun yaxşı işi, yaxşı dostu və onu sevən sevgilisi var. Məhz bu yaxşılar da onun bir neçə gün içində sonunu gətirir. İnsan səadətindən dəli
Zəif ürək
Zəif ürəkFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 04,102 okunma
144 syf.
10/10 puan verdi
·
10 günde okudu
Ne güzeldinn be
Bu kitabı o qədər zövqlə mütaliə etmişəm ki; dərinlik, zəriflik və pişiklərin fəlsəfəsi Varlığın Pəncə Yüngüllüğü: Pişik Fəlsəfəsi “ İnsan olmaq oxumaqla başlayıb, oxuduğunu doğru anlamaqla davam edər, kamilliklə başa çatar. “ - bu sözü sevdim və kitabı oxuduqca hər dəfə xatırladığım bir alıntı oldu. Pişiklər cəmiyyətdə ‘sadiq olmayan’ bir heyvan kimi tanınır amma mən heç də elə deməzdim. Ümumiyyətlə, heyvanlara qarşı çox həssas birisiyəm. Və bu kitabda, əziz John heyvanların əslində həyatın hər anını harmoniya ilə yaşayan və həmişə xoşbəxtlik tapan varlıqlar olduğundan bəhs edir. Müəllif ilk başlarda, pişiklərdən giriş versə də daha sonra bir balaca fəlsəfəyə giriş edir; əzizim Montaigne, Schopenhauer, Spinoza kimi filosofların gözü ilə həyatın mənasını və pişiklərə olan yanaşmalarını da qeyd edib. Və onların fikrincə, pişiklər hər günü son günmüş kimi yaşayıb heç bir narahatlığa yol vermədən günü başa vurur və xoşbəxt olurlar. Təsəvvür edirsiniz, bəzi ustad müəlliflərə belə yazmaqları üçün ilham verən, məhz həmin pişiklər olub. Necə də özəldir, deyilmi ? Və bu kitabla bir daha pişiklərə aşiq oldum. Və hörmətli insanlar, xahiş edirəm, pişikləri gördüyünüz yerdə ayağınızla vurmaq ya da güya ayağınızla sığallamaq kimi davranışlara kənara qoyun, onlara qayğı və diqqət göstərin, əlinizlə başlarını oxşayın çünki bu da bir terapiyadır, fikrimcə.. həm də ən özəlindən. Xülasə; oxuyacaq olanlar gözəl mütaliələr vəə kedice kalın
Kedi Felsefesi
Kedi FelsefesiJohn Gray · Domingo Yayınevi · 2022398 okunma
Reklam
64 syf.
·
Puan vermedi
Tam zamanında oxumuşam dediyim tək-tük kitablardan.
İlk incələməm gözləmədiyim halda bu kitab üçün qismətmiş,bundan əvvəl oxuduğum əsərlər ağır olduqları üçün onlara incələmə yazmaq ,həqiqətən ,vaxt istəyir.Bəlkə də,həqiqətən ,özümüzün də bilmədiyimiz halda təsadüfən əsər oxuyuruq və oxuduqdan sonra “tam da ehtiyacımız olan,tam zamanında”dediyimiz əsər olduğunun fərqinə varırıq.Bəlkə də incələmə etməyimin başlıca səbəbi də elə bu idi.Əsər öz yazıldığı dövrə görə yanaşsaq,həqiqətən o dövr üçün qadının azad düşünə bilmə ehtiyacına təməllər bu əsərdən atılır deyə düşünürəm.Salomenin ilk oxuduğun kitabı idi,əsərin dili axıcıdı.Əsər gənc qızın aşiq olması ilə başlayır,o qədər böyük aşiq olur ki,hətta öz həyat amallarını geri plana atacaq dərəcədə.Əslində bu gənc qız olduqca azadlıq düşkünüdür,öz idealları uğruna.Əsərin əvvəlindəki qız eşq üçün azadlığını qurban verəcək dərəcədə olsa da,əsərin sonunda artıq öz amalları üçün eşqdən vazkeçən bir qızı görürük.Oxuduğum ən gözəl əsəri idi,deyə bilmərəm təəssüf ki,bəyənməyənlər də ola bilər ,amma mənim bəyəndiyim yazıçının xanımlara çatdırmaq istədiyi ideya idi.Hər kəs oxuya bilər,amma xüsusən xanımlara şiddətlə tövsiyə edirəm.
Arayışlar
ArayışlarLou Andreas-Salomé · Türkiye İş Bankası Kültür Yayınları · 20218,7bin okunma
·
Puan vermedi
Məcnun Leylini sevirdisə niyə sonda onu rədd etdi? Get, get sən həmin Leyli deyilsən.. Çünki Məcnun eşqinin elə bir mərtəbəsinə ucalmışdı ki, sevgisini ilahiləşdirmişdi. Leylini sevə-sevə onsuz yaşamağa o qədər öyrəşmişdi ki, real həyatdakı Leyliyə yox, öz xəyalında yaratdığı Leyliyə aşiq olmağa başlamışdı , bəlkə də, xəyalı ilə hər gün danışırdı, dərdləşirdi. İnsan bəzən qovuşa bilməyəndə xəyalında yaradır o insanı, və xəyalında sevir, onu özü üçün o qədər idealaşdırır ki, realdakı insan heç vaxt o qədər mükəmməl və müqəddəs ola bilməz.. Əgər qovuşsaz bütün o illüziya, ideal eşq , mükəmməl insan təəssüratı dağılıb gedəcək. İnsan bunun baş verəcəyini içdən-içə bilir əslində , bundan qorxduğu üçün də realda qaçır sevdiyi insandan, çünki bilir yaxınlaşsa, o onun təsəvvüründəki ideal insan olmayacaq, ona görə içdən-içə deyirsən ki, get, Leyli, sən o sən deyilsən..
Leyli və Məcnun
Leyli və MəcnunFuzuli · Gənclik,1991 · 01,963 okunma
82 syf.
9/10 puan verdi
·
6 günde okudu
ƏZİZİM DEKART
Ax Dekart.. ən sevdiyiniz fəlsəfə baxışı hansıdır? Mən də sevdiklərimdən biri də, məhz Dekartdır. Əzizim Dekartın ümumi 6 bölümdən ibarətdir və hər bölümdə fərqli anlayışlardan bəhs edib; Yaxşı, necəmi ? Məsələn; 1-ci bölümdən nə qədər çox nə oxusaq da, ( məktəb və s.) yenə də bir şeylərin üzərində düşünmək qədər çox şey öyrətməyəcəyini çıxartmaq olar. Və ilk başdan dünyanı və qanunlarını anlamalı olduğumuzu. 2-ci bölümdə daha çox öz metodlardan bəhs edir; və deyir ki, bir mövzu haqqında sadecə tək bir mənbədən öyrəniriksə, heç zaman onun həqiqətinə gedib çata bilməyəcəyik. 3- cü bölümdə isə “vəhdət” anlayışından bəhs edir. Təsəvvür edin ki, düşünürsünüz və düşüncənizi ( və ya hissinizi) davranışınıza yansıdıb doğru insan olmağınızı tamamlayırsınız. İş belə olanda növbəti bölümdə metafizika məsələsinə toxunur və Ruh və Tanrı anlayışlarının gerçəkliyini vurğulayır. Hətta bunu “ Dolayısıyla mükemmel Tanrı, herhangi bir geometri göstergesi kadar vardır ve kesindir.” sözü ilə açıqlayır. Təsbit kimi təsbiiit səhifələr irəlilədikcə Tanrının varlığını bir az daha astrologiyadan misallar gətirərək izah etməyə başlayır və ən sonda da niyə bu mövzunu qələmə aldığından bəhs edir vəə vəəə bu Dekart’a yenidən aşiq olmaq səbəbim oldu • Fəlsəfə sevənlərin mütaliəsini tövsiyə edirəm və növbəti paylaşıma qədər ədəbiyyatla qalın ’
Yöntem Üzerine Konuşma
Yöntem Üzerine KonuşmaRené Descartes · İş Bankası Kültür Yayınları · 20202,708 okunma
176 syf.
·
Puan vermedi
Rus ədəbiyyatından sevgi hekayəsi. Hekayənin əsas məğzi belədir: Ata öz 17 yaşında olan oğlunu hərbi xidmətə göndərməyi qərara alır. Ailə varlı və güclü olması səbəbindən oğlu vecsiz biri kimi böyüyür və ata bunu nəzərə alaraq onun həyatda bərkiməsini və sınanmasını istədiyi üçün oğlunu uzaq və çətin şəraiti olan bir qalaya göndərir. Gənc oğlan
Kapitan qızı
Kapitan qızıAleksandr Puşkin · Qanun nəşriyyatı · 029,7bin okunma
Reklam
394 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.