No one can change the past. The only thing we can do is strive to make up for our mistakes.Because in so doing..we can find the way back to our path. And once we have found our path, we can move on from our past mistakes toward a brighter future.
Zaman sizi qısqanır, o sizin qızılgüllərinizə və zanbaqlarınıza hücum edir. Rənginiz solacaq, yanaqlarınız çökəcək, gözləriniz dumanlanacaq... Nə qədər ki, sizinlədir, gəncliyinizin qədrini bilin, onu anlayın... Yaşayın! Öz gözəl həyatınızı yaşayın!
Yu huanın "Yaşamaq" adlı bu əsəri sadə və oxunar, amma kifayət qədər təsirli bir dillə yazılıb. Əsər boyunca həyatın hər cür keşməşli yollarından keçən qoca Fugui öz həyat hekayəsini danışır. Bilmirəm nədəndir, amma sona yaxın əsəri oxumaqda çətinlik çəkdim. Bəzilərimiz həyatda hər hansı bir uğursuzluqlarla və ya digər çətinliklərlə üzləşdikdə onlara qarşı aciz hiss edirdik, yaxınımızı itirdikdə sarsılırıq və sadəcə davam etmək istəmirik. Elə buna görə Fuguinin həyat hekayəsini dinlədikcə təəccüblənməmək olmur. Axı necə bu insan qarşılaşdığı bütün uğursuzluqlardan, həyatda ona dəyərli olan hər kəsi bir-bir itirdikdən sonra necə belə yaşamağa davam edir?
Bundan əlavə, Yu Hua Fuguinin sadəcə həyat hekayəsinin ifadəsi ilə kifayətlənmir, belə ki yazıçı o dövrdə Çinin daha geniş ictimai-siyasi mənzərəsini şərh etmək üçün onun həyat hekayəsindən istifadə edir. Belə ki müəllif kommunist rejiminin qüsurlarını və çatışmazlıqlarını ifşa edir, siyasi təlatümlərin və sosial dəyişikliklərin insan həyatına təsirini təsvir edir.