Aysha Qadimova

152 syf.
8/10 puan verdi
·
Read in 28 days
“Bütün hayvanlar eşittir, amma bazı hayvanlar öbürlerinden daha eşittir.” Povest kənardan heyvanlar arasında baş verən üsyanı əks etdirən alleqorik əsər kimi görünsə də, əslində müəllifin burada Çarizm dağıldıqdan sonra yaranan SSRİ-ni, Stalini və onun qurduğu sosialist quruluşu satirik atəşə tutduğu açıq-aydın hiss edilir. Elə bu səbəbdən də kitabın satışı, oxunması bir müddət qadağan edilmişdi. Buradakı heyvanlar müxtəlif sosial sinifləri - insanları simvolizə edir. Onların üsyanı isə soyuq müharibə dövründəki oktyabr çevrilişinin bənzətməsidir. Bu üsyan əslində xoşbəxt sonluq kimi görünsə də, sonun başlanğıcı olur. Avtoritar rejimin necə xalqı əsarətdə saxlaması və əhalinin cahilliyindən sui-istifadə etməsi göz önündədir. Yəni öz azadlıqlığını müdafiə etməyən, öz gücündən xəbərsiz, liderlərini sorğulamayan xalqın sözdə azadlığının heç bir mənası yoxdur. Heyvanların bütün hüquqlarının çeynənməsinə rəğmən hələ də etiraz edə bilməmələrinin səbəbləri kitabı oxuduqdan sonra sizə məlum olacaq. Oruell bu əsəri ilə insanların heç vaxt bərabər şəkildə yaşaya bilməyəcəyini bir daha sübut edir.
Hayvan Çiftliği
Hayvan ÇiftliğiGeorge Orwell · Can Yayınları · 2020247.6k okunma
Reklam
448 syf.
10/10 puan verdi
·
Read in 121 days
Bu kitabı oxuduğum müddət ərzində mənə verilən ancaq bir sual var idi: Niyə hələ də oxuyub bitirməmisən? Yeganə kitab idi ki, onu oxumağım nə az nə çox 4 ay çəkdi və şəxsi inkişaf kitablarına marağım olmasa da oxuduqca sıxılmadım. Səbəbi isə hər səhifəsində öyrəndiyim hər bir məlumatı nöqtə-vergülünə kimi insanlar üzərində müşahidə edərək praktika edib öyrənməyə çalışmağım idi. Kitabda sevdiyim məqam digər şəxsi inkişaf kitabları kimi yersiz təkrarlara yol verilməməsidir. Bundan əlavə, kitabda izah edilən hər jest və mimika şəkillərlə oxucunun beyninə tam aydın şəkildə, daha dərindən yeridilir. Kitabdan çıxardığım nəticə odur ki, nə qədər istəyirsiz o qədər işinizin peşəkarı, mütəxəssisi olun, amma yenə uğura gedən yolun 60 faizi bədən dilindən keçir. Fikrimcə, kitabı bir dəfə oxumaq bəs etmir, növbəti aylarda yenidən oxumağı düşünürəm.
Bədən Dili
Bədən DiliAllan Pease · Qanun Nəşriyyatı · 2016295 okunma
96 syf.
7/10 puan verdi
·
Read in 12 hours
Günlərin birində bir nəfər gəlib ölüləri dirildəcəyini vədd edir və millət topluca sorğusuz sualsız bu vəddlərə inanır, hətta bunun uğrunda az qala mənliyindən kimliyindən çıxır, nəyi var hər şeyini qurban verir, hətta ailəsini belə. Əslində əsərin adı satirik məna daşıyır, çünki Cəlil Məmmədquluzadənin bu əsərinin mövzusu ölülərlə bağlı olsa da o əslində gerçək ölülərin yerin altında yox üstündə yaşadığını göstərmək istəyib. Üzərindən bir əsr keçib amma əsər hələ də aktuallığını qoruyur və növbəti illərdə də qoruyacaq.
Ölülər
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 0763 okunma

Reader Follow Recommendations

See All
96 syf.
8/10 puan verdi
·
Read in 6 days
“belki de insan en büyük utancı kendine en yakın hissettiklerine karşı duyar” Kitabda qorxunun hiss etdirdiyi qeyri-müəyyənlik duyğusunun ilk öncə insan ruhuna, daha sonra isə onun davranışlarına qarşı təsirindən və bunun ölüm düşüncələrinə qədər yüksələ biləcəyindən bəhs olunur. Əsər o qədər axıcı və o qədər realist dildə yazılıb ki, kitabın 95 səhifə olmasına baxmayaraq baş obrazın hiss etdiklərini dibinə qədər yaşadım. Stefan İrene’nin keçirdiyi bütün hiss və həyəcanları o qədər anlaşıqlı dildə yazıya töküb ki, adam lap etmədiyi günahın vicdan əzabını çəkir baş obrazla birlikdə. Hətta deyə bilərəm ki həssas biri olduğum üçün bir az psixologiyama əks-təsir göstərdi. Oxuduğum müddət ərzində hətta Stefanın əsərlərini oxumağı sonlandırmağı belə düşündüm. Ona görə də kitaba psixoloji cəhətdən hazır, güclü hiss etdiyiniz zaman başlamağınızı məsləhət görərdim. Amma kənardan yenidən baxdıqda indi dərk edirəm ki, həqiqətən buna dəyərdi çünki kitab bir daha gözümün açılmasına səbəb oldu. Əslində çox şey yaza bilərəm, o qədər təsiredici məqamlar var ki. Amma spoiler verməkdən çəkinirəm deyə ancaq və ancaq oxumağınızı məsləhət görərdim. Xoşbəxtlik axtarıram deyə-deyə gözünüzün dibində olan əsl xoşbəxtliyi görməzdən gəlməyin, necə deyərlər, bir əldə iki qarpız tutmağa çalışmayın, sonda ayılacaqsız ki, hər ikisindən məhrum olmusuz və artıq həqiqətən gec olacaq. Onu da qeyd edim ki əsər nə qədər dramatik olsa da sonu çox gözlənilməz bitir.
Korku
KorkuStefan Zweig · İndigo Yayınları · 2018103.4k okunma
268 syf.
8/10 puan verdi
·
Read in 20 days
(çıkkılı spoiler) Oxuyarkən daxilinizdə şahmat oyunu təəssüratı yaradan bir əsər düşünün, hər gediş sonrası insanda dərin şübhə yaradan qısa və axıcı başlıqlar. Əsər dünyada o qədər tanınmasa da öz ölkəsinin şedevri sayılır, Düzünü desəm kitab gözləntilərimi geridə qoydu, yəni mən daha primitiv bir süjet düşünmüşdüm, lakin oxucu əsərin sonunun
Don Kasmurro
Don KasmurroMachado de Assis · TEAS Press · 201954 okunma
Reklam
216 syf.
9/10 puan verdi
·
Read in 28 days
Kitabda həyat hekayəsi bir birindən tamamilə fərqli olan 4 nəfərin zamanda səyahət təcrübəsindən bəhs olunur. Kimisi onu tərk edən sevgilisinə qarşı çıxmaq üçün, kimisi Alzheimer xəstəsi olan həyat yoldaşının xəstələnmədən öncə ona yazdığı məktubu oxumaq üçün, kimisi ölümündən sonra son dəfə bacısı ilə görüşmək üçün, kimisi də heç vaxt tanımaq şansı olmadığı qızını görmək ümidi ilə özünü bu riskə atır. Lakin zaman məhduddur, qəhvə soyuyana kimi. Süjet xətti bir qədər bəsit olsa da müəllifin ötürmək istədiyi ideya tamamilə aşkardır, insan həyatının hər anını elə doya doya yaşamalıdır ki dönüb geriyə baxdığında peşmanlıq çəkib təəssüflənməsin. Bundan əlavə, məncə, hadisələr 4 nəfərin yox, bir nəfərin üzərində cərəyan etsəydi daha təsirli olardı məncə, birinə hələ tam alışmamış digər obrazın həyatına keçid olunması adamı əsəbləşdirir.
Before the Coffee Gets Cold
Before the Coffee Gets ColdToshikazu Kawaguchi · Picador Publishing · 20195.6k okunma
400 syf.
8/10 puan verdi
·
Read in 7 days
Əsərin yazıldığı dövr, ailə-məişət probelemləri, milli-mənəvi dəyərlərin qorunması uğrunda mübarizə - hər biri bizim ədəbiyyata xas olduğu üçün çox tanış və doğma gəldi. Əsəri oxuduqca müəllifin Stalin və onun siyasətinə, kommunizmə qarşı nifrət açıq-aşkar hiss olunurdu. Bundan başqa kitab fantastik süjetlə yazılsa da oxuduqca göz önündə canlanan kosmik səhnələrlə müəllif insanların hələ də sülh və əmin-amanlıq içində yaşaya bilməməsi problemini gizli şəkildə bildirməyə çalışıb. Əsərin adına gəldikdə isə: baş obraz Yedigeyin can dostu Qazanqapın dəfnində göz önündən film kadrları kimi keçən həyatı göz önündə canlanır. “Əsrə bərabər gün” də məhz odur. Əsərdə mənə ən toxunan məqam Manqurt əfsanəsi, Abutalıb və ailəsinin bir-birinə bağlılığı və onların aqibəti oldu. Sovet sisteminin təhsil adamlarını hədəf alması və neçə-neçə günahsız insanların bada getməsini xatırladıqca bir daha onlara nifrət etdim.
Gün Var Əsrə Bərabər
Gün Var Əsrə BərabərCengiz Aytmatov · Qanun Nəşriyyatı · 201545.8k okunma
248 syf.
8/10 puan verdi
·
Read in 12 days
Sağlığında layiq olduğu dəyəri görməyən və tənqid ojlunan yazıçının bu əsəri ilə ölümündən sonra viral olması və hər kəsin marağına səbəb olması bəlkə də kitabından sonra ona istinad edən filmin çəkilməsi olur məncə. Kitabda ruhunu gözəlliyi uğruna qurban verən gənc yeniyetmənin acınacaqlı faciəsindən bəhs olunur. Əsərin 80-ci illərdə yazılmasına və bir neçə dəfə sansürlənməsinə baxmayaraq qaldırılan problemlər və təsvir edilən narssizm, canilik, cinayət, əxlaqsızlıq və s. hələ də aktualdır. Lakin yenə də müəllifin ziddiyyətli obraz Lord Henrinin dilindən aşılamağa çalışdığı bəzi fikirlərlə razılaşmıram. Portret əslində Dorianın sənət naminə fədakarlığından sonra itirdiyi vicdanını təmsil edir və sonda portretlə birlikdə nəinki ancaq onun gözəlliyi, həm də bütün kimliyi məhv olur. Bildiyim qədəri ilə Oskar Uayld əsərini bu məktubla tamamlayır: Bezil mənim şəxsiyyətimi əks etdirən obraz, Lord Henri cəmiyyətin məni necə gördüyünü əks etdirən obraz, Dorian Qrey isə özümü necə görmək istədiyimi əks etdirən obrazdır. Deep note: Müəllifi gözümdən salan əsas məqam onun qadınlara ciddi münasibət bəsləməməsi oldu.
Dorian Qreyin Portreti
Dorian Qreyin PortretiOscar Wilde · Qanun Nəşriyyatı · 201973.6k okunma
112 syf.
7/10 puan verdi
·
Read in 3 days
Düzünü desəm, entomofobiyası olan biri olaraq əsəri oxuyub bitirməkdə çətinlik çəkdim. Qısahəcmli bir əsər olan Çevrilmə surrealist bir əsərdir və kənardan primitiv məzmuna malik görünsə də kitab onu dərindən oxuyanları çox düşündürür. Əsər baş obraz Gregorun bir səhər yuxudan böcək olaraq oyanması ilə başlayır. Bu ailənin faciəsinin başlamasına da məhz bu səbəb olur, müəllif bu əsərdə ailə münasibətləri çərçivəsində bütün cəmiyyətin bəlasını təsvir edib. Yəni həqiqətən də cəmiyyətin köləlik sisteminə tabe olmadıqda, üzərimizə yüklənən yersiz məsuliyyətdən boyun qaçırdıqda və gündəlik nizama tabe olmadıqda hər kəs – ən yaxın bildiyimiz ailəmiz belə bizdən rahatlıqla vaz keçə bilərmi? İnsan cəmiyyətin maraqlarını təmin etmədikdə böcək kimi kənara atılar, ona bəslənən hörmət, rəftar və hətta sevgi belə yoxa çıxa bilər.
Dönüşüm
DönüşümFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 2022223.7k okunma
272 syf.
9/10 puan verdi
·
Read in 34 days
Bunu psixoloji kitab zənn edib almışdım, amma ki, oxuduqca əsərin şəxsi inkişafa yönümlü olduğunu kəşf etdim. (P.s: şəxsi inkişaf kitab həvəskarlarından deyiləm) Deməli müəllif bu kitabda insanları 4 rəng üzrə bölür və hər bir rəng bir-birindən fərqli 4 davranış tipini xarakterizə edir. Bir də bu bölgüyə daxil olmayan 5ci tip insanlar da var ki, müəllif onları psixopat adlandırır. Kitabın əsas məğzi isə psixopatların digər rəngləri hansı yollarla manipulasiya etməsindən, onların istismarına qarşı görülə biləcək əks tədbirlərdən ibarətdir. Kitabda sevdiyim məqamlar əsərin tamamilə məişət dilində yazılması və həmçinin müəllifin davranış stereotiplərini izah edərkən real həyat təcrübələrindən istifadə etməsi oldu. Bütün bunlar müəllifin çatdırmaq istədiyi mesajı daha rahat şəkildə anlamama kömək etdi. Lakin eyni cümlələrin dəfələrlə təkrarı ürəyimi sıxdı. Qeyd edim ki kitab hələ nə türk dilinə, nə də ki bizim dilə tərcümə edilib.
Surrounded by Psychopaths
Surrounded by PsychopathsThomas Erikson · St. Martin's Essentials; Reprint Edition · 20207 okunma
Reklam
80 syf.
9/10 puan verdi
·
Read in 2 hours
Janrı romantika olan əsərləri təhlil etmək mənə çox çətin və həssas gəlir adətən, ona görə də bu kitabın təhlilində öz fikirlərimə yox, kitabın mövzusuna yer verəcəm. Əsərdə bir qızın kiçik yaşlarından etibarən bir gəncə vurğunluğundan və onun yolunda öz həyatını bütünlüklə alt-üst etməsindən bəhs olunur, Ən acınacaqlı tərəfi isə yüngül həyat tərzi keçirən bu gəncin onun nəinki adını, hətta üzünü belə xatırlamaması və hətta deyərdim ki, heç tanımaması olur. Kitabda o qədər incə məqamlar var ki, bəzən qadının dəli olduğunu düşündürür, bəzənsə sadəcə acındırır. Birtərəfli sevgi üstündə qadının öz kimliyini, mənliyini bu dərəcə alçaltması, fikrimcə, qəbuledilməzdir. Bəlkə də qadının ilk növbədə öncəliyi həmin gənc yox özü olsaydı, bütün bunlar başına gəlməyəcəkdi.
Yad Qadının Məktubu
Yad Qadının MəktubuStefan Zweig · Qanun Nəşriyyatı · 2018225.7k okunma
680 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 30 days
Saatlarca və səhifələrcə bu kitab haqqında danışa bilərəm. İlk baxışdan sadə məişət romanı təsiri bağışlasa da əsər oxunduqca adamı ağuşuna alır, hətta bağlılıq yaradır. Oxuduqca heç bitirməmək keçir ürəyindən. Bunu vurğulayaraq qeyd etməliyəm ki, əsərin möhtəşəm olduğundan xəbərdar idim, lakin bu qədər şedevr olması, hətta həyatımda dönüş nöqtəsi yarada biləcəyi heç ağlımın ucundan belə keçmirdi. Müəllif hisslərini o qədər səmimi, anlaşıqlı dildə yazıya töküb ki, buna məftun olmaq və rəğbət bəsləmək əldə deyil. Bəlkə də mən şişirdirəm, amma bu kitab bütün hisslərimi iliyimə kimi yaşadan ilk kitab oldu. Yeri gələndə güldürdü, yeri gələndə ağlatdı, yeri gələndə hətta o qədər əsəbiləşdirdi ki, kitabı yarı saxladım. Amma daha çox təəcübləndirdi. Çünki demək olar hər səhifəsi əvvəlkindən daha böyük bir şok yaşadırdı. Ceynin nə qədər həssas və sakit təbiətli olsa da, bir o qədər inadkar və qətiyyətli olması, qərarlılığı və dönməzliyi, Mister Roçesterin isə nə qədər sərt və çətin xasiyyətli olub daxilən saf və yumşaq qəlbli olması və bütün buna baxmayaraq hər ikisinin bir-birinə güzəştə getməsi və empatiya qurması bu iki obrazın ziddiyyətlərini tamamlayıb və birləşdirib. Öncə də qeyd etdiyim kimi, bu haqda saatlarla danışa bilərəm, amma bəzi məqamlar var ki onları içimdə saxlamağı daha üstün tuturam, bundan sonra minlərlə fərqli əsər oxusam da bu kitabın yeri və yaşatdığı hisslər məndə həmişə ayrı qalacaq və inanmıram ki bundan sonra da belə möhtəşəm əsərə rast gəlim.
Ceyn Eyr
Ceyn EyrCharlotte Brontë · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 031.4k okunma
192 syf.
7/10 puan verdi
·
Read in 9 days
Əsər avtobioqrafikdir və ilk başlarda marağıma səbəb olsa da hadisələrin ağır gedişatı elə ilk səhifələrdən mənə məlum idi. Bəlkə də bu kitabı oxumağım yanlış bir zamana təsadüf edib, amma müəllifin oxucuda yaratmaq istədiyi təəssürat məndə yaranmadı, müəllifin ötürmək istədiyi fikir mənə müəmmalı qaldı və sanki boş bir söz yığını oxudum. Və onu da qeyd etmək istəyirəm ki nə qədər intihara meyilli olsa da bir o qədər həyata bağlı olan bu yazıçının aşıladığı xoşbəxtlik anlayışı ilə qəti şəkildə razılaşmıram.
Xoşbəxt Ölüm
Xoşbəxt ÖlümAlbert Camus · Qanun Nəşriyyatı · 20194,856 okunma
97 syf.
9/10 puan verdi
·
Read in 6 days
Mini klassikalar çox vaxt diqqətimi cəlb etməsə də bu əsər məni yanıltdı və ilk dəfədir ki, belə yığcam əsərlərdən biri məndə geniş təsəvvürlər yaratdı. Əsəri oxuduqca özümü asanlıqla obrazların yerinə qoyub onlarla bir yaşayırdım hər epizodu sanki. Ümumiyyətlə bu roman Zweigin intihardan öncə yazdığı son əsəridir və kitabda onun verdiyi psixoloji savaş açıq-aşkar şəkildə özünü biruzə verir. Müəllif bir növ ikinci dünya müharibəsində keçirdiyi sarsıntıları qələmə almağa çalışıb. Həqiqətən də heçlikdən xilas olmaq üçün tutunduğumuz ən kiçik ümid qığılcımı gözləntilərimizi doğrultmayıb bizi daha dərin boşluqlara düçar edə bilirmiş.
Şahmat
ŞahmatStefan Zweig · Qanun Nəşriyyatı · 2019238.1k okunma
448 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 30 days
Bəlkə də çoxunuza məlum olan bu kitabın təhlilinə hardan başlayıb necə bitirəcəyimi bilmirəm. Məncə Hüseyninin ən şedevr əsəri məhz elə bu əsərdir. Kitab eyni yol kəsiyində tamamilə iki fərqli həyat yaşayan uşaqların - Əmir və Həsənin dostluğu fonunda Əfqanıstanın müharibə dövründən, həmçinin o dövrdə baş verən dəhşətlərdən və əhalinin çıxılmaz vəziyyətindən bəhs edir. Əmir və Həsənin arasındakı dostluq bağı isə bildiyimiz dostluqlardan deyil, Əmirin uşaqlıqda buraxdığı səhvlər onun bir ömür boyu vicdan əzabı ilə yaşamasına səbəb olur. Bəs o bu peşmanlıqlardan yaxa qurtarıb vicdanı susdurub rahatlana biləcəkmi? Ən son nə vaxt bir kitabı oxuyub bitirdikdən sonra belə boşluğa düşdüyümü xatırlamıram. Oxuyub bitirsəm də baş verənlərin mənfi enerjisi hələ də üzərimdədir. Mental cəhətdən özünüzü hazır hiss etdikdən sonra oxumağınızı və oxuduqdan dərhal sonra isə əsərin eyniadlı filminə baxmağınızı tövsiyə edirəm.
Çərpələng Uçuran
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011165.2k okunma
87 syf.
7/10 puan verdi
·
Read in 23 days
Dəhşətli sirr Stefan Zweigin oxuduğum ilk əsəridir. Doğrusu dillər əzbəri olan digər əsərləri qala-qala yazıçının dəsti-xəttinə bu əsərlə başlamaq məncə yanlış seçim idi. Kitabı pisləmirəm, amma hadisələrin ağır və ləng gedişatı, həmçinin müəyyən çevrədən kənara çıxmaması məni istər-istəməz qıcıqlandırırdı. Əsərin mözvusuna gəldikdə isə əsərdə Baronun arzuladığı qadına sahib olması üçün həmin qadının öz oğlundan - Edgardan istifadə etməsindən bəhs olunur. Edgar da uşaq xisləti ilə ona inanır, lakin uşaqlığının son günlərini yaşadığından xəbərsizdir. Kitabda çatışmayan cəhətlər çox idi fikrimcə, məsələn əsərdə Edgarın atasına daha çox yer verilməli idi, onun necə biri olması haqqında təəssürat yaranmadı məndə, demək olar ki onun haqqında heç bir nüans qeyd olunmamışdı. Və məncə əsərin sonu daha fərqli bitə bilərdi, çox quru sonluq idi.
The Burning Secret
The Burning SecretStefan Zweig · Karbon Kitaplar · 201742.2k okunma
Reklam
8/10 puan verdi
2 ildən sonra ilk dəfə idi ki milli ədəbiyyatımızı oxuyurdum, əsər mənə abituriyent olduğum zamanlar hazırlıq yoldaşlarımla rollu şəkildə oxuduğumuz pyesləri xatırlatdı :’) Həmin dönəmdə yazıldığı üçün əsərdə sovet dövrü ənənələrinə də yer verilmişdir və burada qadın azadlığına qoyulan məhdudiyyətlər, onlara cəmiyyətdə yer verilməməsindən bəhs edilir və yazıçı Sevil obrazının timsalında bu mübarizəyə necə qalib gəlməsini qələmə alıb. Həmin dönəmdə qadının kişilərlə oturub-durmağı, rus dilində danışması və həmçinin yüksək təbəqə nümayəndəsi olması onun cəmiyyət tərəfindən qəbul olunması üçün yetərli səbəbdir. Hadisələrin gedişatının hələ də aktual olması isə əsəri daha da oxunaqlı edir. Yeri gələndə güldürür, amma bu satirik gülüşdür.
Sevil
SevilCafer Cabbarlı · ŞƏRQ-QƏRB · 1928341 okunma
382 syf.
8/10 puan verdi
·
Read in 35 days
5 dəqiqəlik də olsa doğru düzgün söhbət etməklə yanlış anlaşılmaları kökündən həll etmək əvəzinə hər zaman qürurumuza sığınırıq, həyatımızda olanların qədrini vaxtında bilmək varkən hər zaman onları birdəfəlik itirdikdən sonra başımız daşa dəyir və onda dərk edirik əslində gözümüzdə böyütdüyümüz hər kiçik problemin onların varlığının yanında heçnə olduğunu. Kitab o qədər möhtəşəm idi ki, sıradan görünsə də hər sətrini hiss edərək oxudum və sonunda necə ağladımsa hələ də təsirindən çıxa bilməmişəm. Sadəcə kitabın sonunun gözlənilməz olması məni qismən sevindirsə də Entoninin aqibəti müəmmalı qaldı. Spoiler vermək istəmirəm, amma ki demək olar ki kitabda baş verənlər incə düşünülmüşdü, hər bir məqam gözlənilməz və həyəcanlı idi. Kitab o qədər axıcı idi ki bəlkə də imtahanlar olmasaydı birdəfəyə oxuyub bitirmişdim.
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0840 okunma
255 syf.
7/10 puan verdi
·
Read in 24 days
Qanun nəşriyyatı yenə başdansovdu tərcümələri ilə öz sözünü deyir, kaş elə əsərin originalını oxuyardım. Düzdü, hər nə qədər kitabın sonu məni təəccübləndirsə də heç sevmədim kitabı. Detektiv əsərlərini sevməsəm də bu janra qarşı məndə həvəsi oyadan belə müəllifdən gözləntilərim böyük idi, sağ olsun janrı sevdirən də o oldu, bu janrdan soyudan da
Əlifba Sırası ilə Qətl
Əlifba Sırası ilə QətlAgatha Christie · Qanun Nəşriyyatı · 20185.2k okunma
235 syf.
6/10 puan verdi
·
Read in 12 days
Bu kitabı oktyabrda rəfiqəmin tövsiyəsi ilə oxumuşdum, nə yalan deyim o qədər də sevmədim, məncə yazarın reklamı və sevənləri çoxdur deyə kitabları da bir o qədər sevilir, süjet xəttini bəyənməsəm də, “altından xətt çəkiləsi” cümlələr çox idi, müəllifin fikirləri müasir dövrün ən aktual məsələləri ilə üst-üstə düşürdü, kaş onun kitabında təsvir etdiyi həyat realda da eynilə elə olsaydı: özbaşınalıqlar, alçaldılmalar və cinayətlərdən uzaq…
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,595 okunma
140 syf.
6/10 puan verdi
·
Read in 32 hours
Əsər haqqında uzun-uzadı yazmaq istəmirəm. Mənə görə sadəcə vaxt itkisidir. Düzü, əsərin ilk səhifələrini oxuduqca kitabı sevəcəyimi düşünmüşdüm, lakin daha sonra hadisələrin primitiv şəkildə irəliləməsi ürəyimi sıxmağa başladı. Əsərin sonu isə yarımçıq şəkildə qələmə alınmışdı sanki, daha əhatəli şəkildə təsvir edilə bilərdi
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014537 okunma
455 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 15 days
Min Möhtəşəm Günəş
Roman müəllifin “Və dağlardan səda gəldi” əsərindən sonra oxuduğum ikinci romanıdır. Müharibə dövründə qadınların keşməkeşli həyat yolu, onlara verilən işgəncələr, erkən nigahların acınacaqlı sonu kimi bu və digər problemlər tam açıq şəkildə qələmə alınıb. Kitabın bəzi səhifələrini oxuduqca tüklərimin necə biz-biz olduğunu xatırlayıram, təsirlənməmək qeyri-mümkündür. Sadəcə kitabda sevmədiyim iki məqamı da qeyd etmək istəyirəm. İlk öncə elə ilk səhifələrdən yazıçı vətəninə bağlı olduğunu açıq şəkildə hiss etdirir, lakin kitabda siyasətə, hakimiyyət dəyişikliklərinə bir qədər üstünlük verilməsi bir müddət sonra oxucunu yorur. Sevmədiyim ikinci məqam isə Leyla və Tariqin illər sonrakı görüşünün belə quru təsvir edilməsi idi, məncə o daha təsirli şəkildə qələmə alına bilərdi. Həmin görüşdən sonra məncə Tariq Leylanın ərinin necə qəddar biri olduğunu Rəşidin və bu görüşdən xəbər tutduqdan sonra Leylanın başına gətirəcəklərini təxmin edib onun Rəşidlə üz-üzə gəlməsinə mane ola bilərdi.
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013101.1k okunma
Reklam
376 syf.
10/10 puan verdi
·
Read in 14 days
Ölmədən öncə mütləq oxunmalı kitablardan
İlk öncə onu qeyd etməliyəm ki, bu müəllifin oxuduğum ilk əsəridir. Uzun müddətdir ki, oxumağı planlaşdırdığım, amma heç cürə başlaya bilmədiyim kitablardan biri idi. Düzünü desəm, oxumağa başlamamışdan kitaba qarşı gözləntilərim çox böyük idi. Amma kitabın ilk səhifələrindəki sabit süjet xətti, təkrarlanan eyni məzmunlu dialoqlar ürəyimi sıxmağa başlamışdı deyə heç cürə davam edə bilmirdim. Lakin oxuduqca adam fərqinə varır ki, oxumadığı üçün çox şey itirib. Əsərin süjet xətti geniş olmasa da müəllif sitatlarını və sözlərini elə peşakarlıqla seçib ki, obrazlar tam aydın şəkildə insanın beynində canlanır. Ailə sevgisindən məhrum olanların, yaxınlarını itirərək psixoloji sarsıntılar keçirənlərin, həyata qarşı üsyan edərək ümidsizliyə qapılanların, həyatın monotonluğundan şikayət edənlərin mütləq oxuması lazım olan kitabdır məncə. Kitabın sonunun əvvəlcədən təsəvvür oluna bilən olmasına baxmayaraq oxucular sanki kitabı oxuduqca obrazlarla birlikdə yaşayırlar olanları və sözlərin elə həssalıqla seçilməsi istəmsizcə də olsa onları gözyaşlarına qərq edir. Və əminəm ki, bundan sonra da müəllifin digər əsərlərini də oxumağa davam edəcəm.
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,698 okunma