Freud və Adler ' dən fərqli olaraq , Viktor Franklın düşüncələri gələcəyə yönəlikdir. Logoterapiyanın banisidir. Öz keşmişimizə , travmalarımıza yönəlmək son dönəmlər populyardır. Düzdür, bunlar da lazımdır. Amma hər etdiyimiz adi şeylərin keçmişlə əlaqəsini tapmaq, onları sağaltmaq yorucudur ve bəzən fayda vermir. Amma Viktor Frankl deyir ki, gələcək üçün bir hədəfin olsa , o sənin keçmişini sağaldar. Burda sevginin önəmin vurğulayır. Fədakarca sevmənin önəmini. Bu iş ola bilər , bir insan ola bilər, hətta insanın özü belə ola bilər. Fədakarca sevmək sənin həyatına məna qatır, yaşama enerjini artırır. Viktor Frankl nazi toplama kampından sağ çıxanlardandır. O xəstəlikdən, aclıqdan ölməmə səbəbini öz həyat yoldaşına olan sevgisi, ona qovuşacağını xəyal etmək ( həyat yoldaşı toplama kampında ölür və bunu eşidəndə xəstələnir )və işinə olan sevgisində görür. İşinə olan sevgisi onu yaşadır . Həyatının anlamını tapmağın( ya da yaratmağın) önəmini , həyatın anlamının individual olduğunu , iradə və məsuliyyətin önəmini çox gözəl təsvir edir. Və əziyyətlərə qarşı verdiyimiz reaksiyaların önəmini göstərir. Amma gərəksiz əziyyət çəkən insan mazoxiztdir. Anlam əziyyətə rəğmən mümkündür. Problemləri, əziyyətləri rahat burax onlarla dalga keç. Çünki İnsan zənn etdiğindən daha az zeki amma zənn etdiğindən daha güclüdür.