•Ən çətini ilk addımı atmaqdır. Sonrası asan olacaq•
10/10
·336 syf.··
Beğendi
·
2026 1. kitabı
Spoiler xəbərdarlığı: Marc Levy-nin “Üfüqün Əks Tərəfi” kitabı mənim üçün sadəcə bir sevgi hekayəsi deyil, həm də 2-ci həyat, dostluq, fədakarlıq, ağıllı düşüncə və gələcəyə yönəlik planlar haqqında dərin bir təcrübə təqdim edir. Hekayənin ən təsirli, möhtəşəm tərəfi sevginin beyində, xatirələrdə və duyğularda yaşamasıdır. Kitab göstərir ki, bədən, fiziki görünüş və zaman heç biri maneə ola bilməz – əgər beyində duyğular varsa, sevgi hətta başqa bir bədəndə də davam edir. Hop və Coşun keçirdiyi proses, bu ikinci həyatda duyğularının eyni qalması və sevginin heç itməməsi… dərin emosional təcrübə Kitabın digər təsirli tərəfi, mənim üçün, bu üç tələbənin savadlı və gələcəyə yönəlik düşüncələri, öz üzərlərində həyata keçirdikləri layihələr və iradəli qərarlarıdır. Onların bu riskləri dəyərləndirmə bacarıqları, cəsarətli hərəkətləri oxucuya heyrət və emosional zövq verir. Coşun sevgisi üçün öz həyatını riskə atması…oxucuya insan beyninin və duyğularının gücünü, qərarların nəticələrinin həyat üzərindəki təsirini hiss etdirir. kitabı oxuyarkən sanki hadisələrin içindəymiş kimi hiss edirdim, xarakterlərin hər cür emosiyasını yaşayır – heyrət, qorxu, sevgi, ümid və bəzən göz yaşı. Kitab yalnız hekayəni təqdim etmir; onu yaşadır, düşündürür və hiss etdirir. Nəticə: “Üfüqün Əks Tərəfi” mənim üçün sadəcə oxumaq deyil, həm də yaşamaq və hiss etmək təcrübəsi oldu. Sevginin, dostluğun, fədakarlığın və insan ağıllılığı ilə cəsarətinin dərinliyini anlamaq istəyən hər kəs üçün mütləq oxunmalı bir kitabdır. -Bəs Coş kimdir? -Mənim üfüqümün əks tərəfi.
Üfüqün Əks TərəfiMarc Levy · Qanun Nəşriyyatı · 2018330 okunma
8/10
·198 syf.··
2026 15. kitabı
Doğuldum. Bunu necə düzəldə biləcəyimi bilmirəm. Heç bir razılaşma imzalamadım; sadəcə özümü burada, nəfəs alarkən tapdım. İlk nəfəs bir fəryad idi – kaş ki, sonuncusu olsaydı. Var olmaq bir yükdür. Daşınmalı bir məcburiyyət. Və siz, gülümsəyən insanlar, buna necə dözürsünüz? Sanki bir şənlikmiş kimi davranırsınız... Saxta bir ziyafətin maskalarıyla gəzirsiniz. Mən maskamı çoxdan atmışam; üzüm, yorğunluğun çılpaq xəritəsidir. Yuxuya gedə bilmirəm. Gecələr, bir cinayət ortaqlığı kimi gəlir. Qaranlıq, düşüncələrimi daha da itilədir. Hər sakitlik, doğulduğum anın səs-küyünü xatırladır. O ilk xəyanəti: həyata gətirilmə. Anam ağladı, mən ağladım. Bəlkə də o an başa düşməliydik: bu, bir səhvdir. Zaman, bir yara izidir. Keçmiş, çiynimdə daşıdığım bir cəsəddir. Gələcək isə, sadəcə bu cəsədin qoxusunu dəyişəcək. Tərəqqi? Bir aldadıcılıq. Tarix, bir dəlidən eşitdiyimiz, heç bir dərsi olmayan bir hekayədir. Bəşəriyyət heç nə öyrənmədi; sadəcə əzab çəkməyin yollarını çeşitləndirdi. Bəzən Tanrını düşünürəm. Bəlkə də o da yuxuya gedə bilmir. Bəlkə də o da doğulmağın əngəlliyini hiss edir. Və ya bəlkə də, o sadəcə bir fikir idi – bizim ən amansız ixtiramız. Ona dua etmək, heçliyə məktub yazmaq kimidir. Cavab gəlməyəcək. Üstəlik, gəlsə də inanmazdım. Yazıram. Niyə? Bəlkə də sözlər, bu yükü yüngülləşdirən yeganə şeydir. Bir fəryadı cümlələrə çevirmək. Ağrını gözəlləşdirmək. Əngəlliyi sənətə çevirmək. Bəlkə də yazmasaydım, çoxdan... Amma yox, "çoxdan" olmazdı. Sadəcə başqa bir sakitlik olardı. İnsanlar sevgidən danışır. Başqa bir bədəndə itmə cəhdi. Başqa bir yükdə rahatlıq axtarışı. Amma təmas belə tənhalığı unutdurmur; sadəcə təxirə salır. Hər təmas, ayrılığın bir təcrübəsidir. Hər "salam", bir "sağol"un kölgəsindədir. Doğulmaq, onu daşıyacaq bir çiyin axtarır. Mən o çiyinəm.
Felsefe
Doğmuş Olmanın Sakıncası ÜstüneEmil Michel Cioran · Metis Yayıncılık · 20192,889 okunma
Reklam
7/10
·224 syf.··
2026 12. kitabı
Gedirəm. Addım atmaq, düşünməkdir. Hər addım bir sual, bir cavab, bir səssizlik. Yol deyil əsas olan, getməkdir. Çatmaq dərdi yoxdur; burda, indi, bu addımdayam. Ayaqlarım yeri, yer məni soruşur. Zaman düz xəttdə axmır; hər addımda bir az keçmiş, bir az gələcək indiyə qoşulur. Yaddaşım, addımlarımın açdığı yoldadır. Tənhayam. Amma bu tənhalıq, dünyanın bütün səs-küyündən təmizlənmiş bir dialoqdur. Özümlə və ətrafımla. Bir ağac gövdəsi, bir daş, uzaq bir quş səsi... Hamısı bu səssiz söhbətə qoşulur. Düşüncə, sözlərdən əvvəl bədəndə başlayır. Ürəyin ritmi, nəfəsin sürəti, əzələlərin gərginliyi. Bədən düşünür. Mən, bu hərəkətin özüyəm. Sadələşirəm. Şəhərlərin, işlərin, "olmaq məcburiyyəti"ndən doğan yük çiynimdən düşür. Geriyə nə qalır? Nəfəs. Addım. Baxış. Bu qədər sadə və bu qədər nəhəng. Getmək, özünü daşımaqdır. Bütün varlığınla, bütün məsuliyyətinlə. Azadlıq da elə burdadır; başqa heç bir vasitəyə, heç bir icazəyə möhtac olmadan, var ola bilməyin ən təməl halı. Bəzən addımlar, sözlərin deyə bilmədiyini daşıyır. İçimdəki bulanıqlıq, ritmlə aydınlaşır. Bir şey "anlaşılmaz", amma "gedilər". Bilgi, ayaqaltından yuxarı sızır. Məntiq deyil, bu hissdir. Yol göstərməz, özü yol olar. Zaman dəyişir. Saatlarla ölçülməz olur. Bəzən bir təpəyə qalxmaq bir ömür sürür, bəzən saatlar bir nəfəsdə keçər. Keçmiş, addımlarımın izində; gələcək, növbəti dönüşdə gizlidir. Tək həqiqi zaman, ayağın yerə dəydiyi o sonsuz "an"dır. Dayanmaram. Çünki dayanmaq, düşüncənin donmasıdır. Axsama, dayanma deyil, ritmin hissəsidir. Getmək, tarazlıqda olmaq deyil, tarazsızlığı davamlı düzəltməkdir. Eynilə yaşamaq kimi. Çatmaq deyil, yolda olmaq əhəmiyyətlidir. Yol məni çağırmır, mən getdikcə yol oluram. Geriyə dönüb baxıram. Qoyub getdiyim izlər deyil, keçdiyim anlar. Getmək, özünü geridə
Felsefe
YürümeOruç Aruoba · Metis Yayınları · 20192,733 okunma
Puan vermedi·320 syf.·
2025 12. kitabı
Qidalar haqqında məlumatlı olmağı vacib amillərdən biri sayıram. Kitab bizə GMO, qida sənayesindəki gizli pul oyunlarını və.s çox açıq və aydın şəkildə izah edir. Ətrafımda bilirik onsuzda yediyimiz hər şey ziyandı prizması ilə baxan insanlar çoxdu.. onlarla razılaşıram. (çünki hazırda tam sağlam qidalanmaq mümkünsüz kimi bir şeydi) Lakin nə gəldi yeyərək sağlam düşüncəyə malik biri ola bilməyəcəyimizi dərk edirəm və maksimum daha diqqətli olmağa çalışıram. Çünki nə deyiblər? “Sağlam bədəndə, sağlam ruh olar” Ps. Özüm də sağlam qidalanmıram lakin bunun üçün çalışıram bəlkə də gələcəkdə vegan ya da vegetarian olaram nə bilmək olar :D
Dünyada Gıda Terörüİsmail Tokalak · Ataç Yayınları · 201478 okunma
7/10
·192 syf.··
Beğendi
·
2025 122. kitabı
·
3 günde okudu
·
Okunma: 05 Ağustos 2025 23:13
Sevgisiz ailə – sevgisiz cəmiyyət deməkdir. Cümləyə necə başlayacağımı bilmirəm... Çünki bu kitab bir roman deyil, sevgisizlikdən doğan zülmün səsidir. Sevgi, insanın hava, su qədər ehtiyac duyduğu tək amildir. Xüsusilə ailədaxili sevgi, insanın gələcəkdə necə bir varlıq olacağını formalaşdırır. Məncə, qızların həyatı atalarına, oğlanların həyatı isə analarına bağlıdır. Uşaq kimə nə qədər sevgi ilə toxunursa, gələcəkdə sevgini ona görə verir və ya əsirgəyir. Bu kitabda da ana sevgisindən məhrum böyüyən Oki, qadınlara qarşı duyduğu nifrəti və zəhərli güc hissini bir ömür içində daşıyır. Onun “dəlixana”sı yalnız zirzəmidəki otaqlar deyil, öz içində yaratdığı və içində saxladığı sevgisiz, qarışıq, yarımçıq hisslərdir. Sonra həyatına təsadüfən Mina girir. Mina onun ananı xatırladan tək qadınıdır. Qızın bişirdiyi yeməklərdən tutmuş baxışlarına qədər, hər şey Okinin itirdiyi və heç tanımadığı anasını xatırladır. Beləcə Oki darıxdığı ana sevgisini və nifrətini eyni bədəndə cəmləyir. Onun üçün Mina nə qadındır, nə də sadəcə biri. O, keçmişin sağalmaz bir təcəssümüdür. Və.son olaraq demek istiyirəm ki: Sevgi verilmədiyi yerdə, insan ya iblis olur... ya da yarımçıq. Ölülər Dəlixanası Xəyalə Heybətzadə
1000k
Ölülər DəlixanasıXəyalə Heybətzadə · İstiqlal Nəşriyyatı · 202123 okunma
9/10
·400 syf.··
2025 7. kitabı
·
20 saatte okudu
·
Okunma: 11 Mart 2025 08:53
Qələmini bəyəndiyim bir yazarr... Kitabı başdan sona böyük maraq və səbirsizliklə oxudum . Mario Mazzanti hadisələri bir- birinə o qədər gözəl bir mahərətlə bağlayır ki... Mövzu mənim də mütaliə etməyi sevdiyim psixoloji vəziyyət olan- bipolar pozuntu, yəni şəxsiyyət ikiləşməsi mövcud olan bir seri qatildən bəhs edir . Bir bədəndə neçə ruh yaşaya bilər ? Baş rolumuzda bir - birindən ayrı xarakterə malik 10 şəxsiyyət var. Yazarın həqiqi həyatda baş verən 24 şəxsiyyət ikiləşməsi yaşayan Billy Milligan hadisəsindən ilham aldığı məlumdur. Tək kəlimə ilə nəfəs kəsici bir kitab idi. Sonu daha da maraq doğurur, otopsiya zamanı diş həkimi rentgeni ilə qatilin qaçdığı aşkarlanır. 444 basamak adlı kitab isə , On içimdəki qatil kitabının davamıdır , oxumağa səbirsizlənirəm.
On İçimdeki KatilMario Mazzanti · Sonsuz Kitap · 20171,862 okunma
Reklam
Reklam