7/10
·356 syf.··
Beğendi
·
2026 22. kitabı
·
5 günde okudu
·
Okunma: 10 Haziran 2026 14:51
Kitabın ümumi məğzi xoşuma gəldi. İç dünyayla hesablaşmalı olduğumuz məqamlar, vicdanımızın səsi, empatiya duyğumuz, İQ ilə yanaşı EQmüzün də inkişaf etməli olduğu məqamlara toxunulur. Sadəcə xarakterlər dünyagörüşsüz idi. Orxan necə olur ki, insanları anlamadan "Satış mütəxəssisi" olur? Ya da heçmi bəzi şeylərdən xəbəri yoxdur? Bəzən elə yerdə elə suallar verirdi ki, məəttəl qalırdım necə bilmir deyə. Hələ Aytəkin. İqtisadiyyat oxuyur(ki bilirik iqtisadiyyat 2ci qrupdadır və coğrafiya fənni var) ancaq coğrafi bilik sıfır. Dan ulduzunun adını belə bilmir. Belə absürd yerlər bir düşündürdü əslində məni. Məğzi bəyənib xarakterlərə isinə bilmədim. Tək sevdiyim Zahir bəy obrazı oldu. Sonu isə düşündürdü.
Dan UlduzuElçin Əzimli · Teas Press Nəşriyyat · 2019153 okunma
Özgürlük
Puan vermedi·%67 (135/200 syf.)··
6 günde okudu
·
Okunma: 09 Haziran 2026 16:50
Osho çərçivələrdən kənar düşünmə bacarığını bu kitabda da nümayiş etdirir. Oshoya görə azadlıq anlayışı heç bir dindən, ideologiyadan asılı deyil. Azad insan özünü heç bir qrupa, cəmiyyətə, dövlətə aid hiss etməməlidir, çünki bütün bunlar insan üçün məhdudiyyətlər yaradır. Osho deyir ki, insan yeni doğulanda müsəlman, xristian, yəhudi, hindu və s. kimi doğulmur, hətta adı belə olmur, bunların hamısı insana sonradan proqramlaşdırılır. Əsl azadlıq elə bunlardan azad olmaqla başlayır, amma sadəcə bu mərhələ ilə bitmir. Nələrdənsə azad olduqdan sonra əldə etdiyin azadlığı yaradıcılıq üçün istifadə etməlisən, deyir Osho. Yaratmaq üçün istifadə edilməyən azadlıq insana kədər gətirir. Həmçinin, sənin azadlığın digər insanların azadlığına mane olmamalıdır. Deyir ki, nə vaxt ki, davranışlarının, fikirlərinin proqramlaşdırılmış olduğunu, sənin robotdan fərqlənmədiyini başa düşsən, elə o gündən azadlıq üçün ilk addımı atmış olacaqsan. Maraqlı kitab idi, tez-tez düşündüyüm mövzulara toxunulub deyə yorulmadan oxudum.
Özgürlük - Kendin Olma CesaretiOsho · Butik · 2021773 okunma
Reklam
Puan vermedi·198 syf.··
2026 73. kitabı
Bu kitabı okurken, "hayatımda okuduğum en berbat kitap" diyerek okudum. Öyle ki, 198 sayfalık bu eser ancak üç haftada bitebildi. Oysaki ben, normalde üç haftada koca bir Dostoyevski romanını bitirebilirim . Kitapta ne belirgin bir olay örgüsü var ne de derinlikli yan karakterler... "Hadi şurayı da şuna bağlayalım," diyebileceğim hiçbir nokta yok. Buna karşılık, bolca küfür ve bel altı konuşma mevcut. Tipik Amerikan jargonu beni inanılmaz bunalttı; her cümlede bir lanet okuma, bir aşağılama... En sonunda "Öhh artık Holden, bir sen mi ergensin?!" dedim yani Ama J.D. Salinger, neden büyük bir yazar olduğunu tam da bu noktada belli ediyor. Kitap, Holden isminde 16 yaşındaki bir gencin bunalımla geçen birkaç gününü anlatıyor. İşte tam da bu yüzden bir olay örgüsü yok; çünkü Holden’ın kendisi bile nasıl bir ruh halinde olduğunu bilmiyor. Kardeşinin ölümü de bu bunalımın başlıca sebeplerinden biri. Fakat asıl neden, Holden'ın kendini çok yalnız hissetmesi. Herkesle konuşmak için sebepler arıyor, bazen konuşmayı da başarıyor ama ona göre yetişkinler hep yapmacık, hep ikiyüzlü. Onlar gibi olmaktan, büyümekten korkuyor. Burada da Holden'ın iç dünyası ve o meşhur metafor devreye giriyor: Çavdar tarlasında sadece çocukların oynaması ve Holden'ın, onları uçurumdan düşmekten korumak için orada beklemesi... Anlıyorsunuz ki, Amerika'da yaşayan ve ağır bir bunalım geçiren 16 yaşında bir ergenseniz, bu kitap ancak bu şekilde yazılabilirdi.
Çavdar Tarlasında ÇocuklarJ. D. Salinger · Yapı Kredi Yayınları · 202171,1bin okunma
Puan vermedi·208 syf.··
2026 15. kitabı
·
11 günde okudu
·
Okunma: 09 Haziran 2026 18:04
Bəzən insanın qarşısındakı ən böyük maneə şərait deyil, öz içindəki tərəddüd olur. Kitab mənə yeni yanaşmalar öyrətmədi, amma bildiyim bəzi həqiqətləri unutduğumu xatırlatdı. Həyatın müxtəlif dövrlərində o qədər düşünür, o qədər gözləyirik ki, addım atmağın özünü unuduruq. Halbuki çox vaxt qaçırdığımız fürsətlərin səbəbi bacarıqsızlığımız deyil, tərəddüdümüz olur. Müəllifin qələmində ən çox bəyəndiyim cəhət fikirlərini nəzəri izahlarla deyil, həyatın içindən gələn nümunələrlə əsaslandırması oldu. Oxuduqca insan özünü analiz edir, hansı məqamlarda geri çəkildiyini, hansı fürsətləri sadəcə cəsarət etmədiyi üçün əldən verdiyini düşünür. Mənim üçün “Çəkinmə, addım at” motivasiya kitabından daha çox bir xatırlatma idi. Həyat mükəmməl anı gözləyənlərə yox, ilk addımı atanlara yol açır. Bəzən insanın həyatında böyük dəyişiklik yaradan şey uzun planlar deyil, vaxtında atılmış kiçik bir addım olur. Bu kitabı bitirdikdən sonra məndə qalan əsas fikir belə oldu: həyat, planlaşdırdıqlarımızdan çox, həmin planlar üçün atdığımız real addımlardan ibarətdir. #stivçendler #çəkinməaddımat
Çəkinmə, Addım AtSteve Chandler · Parlaq İmzalar · 20251 okunma
Rövşən Abdullaoğlu - Relslər üzərinə uzanmış adam
9/10
·423 syf.··
2026 9. kitabı
·
19 günde okudu
·
Okunma: 09 Haziran 2026 15:55
Relslər üzərində uzanmış adam kitabı Rövşən Abdullaoğlunun sevərək və maraqla oxuduğum 2-ci kitabıdır. Kitabda iki bənzər taleyə malik oğlanların həyatı qatar relsləri üzərində birləşir. Hər birinin ayrı-ayrılıqda başına gələnlər və yaşadıqları hadisələr insana təsir edir. Bundan başqa kitabda təsvir olunan balkan və serb müharibəsinin acınacaqlı təfərrüatları, Adriana və Əmin obrazının onların möhkəm sevgisi fonunda başına gələn hadisələr insanı düşündürür. Əsərin əsas ideyası əsl sevginin insanı sağalda bilmək, bütün münaqişələrə, hətta müharibələrə belə sinə gərməyə güc-qüvvət vermək iqtidarında olmasıdır. Relslər Üzərinə Uzanmış AdamRelslər Üzərinə Uzanmış Adam Rövşen AbdullaoğluRövşen Abdullaoğlu
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,801 okunma
Puan vermedi·208 syf.··
2026 30. kitabı
Salam Qədirzadə - “Kəndimizdə bir gözəl var" Yazıçıdan oxuduğum dördüncü kitabdır və qələminin şirinliyinə, doğmalığına bir daha heyran qaldım. Bütün kitablarını bezmədən, ard-arda oxuya
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · Xan Nəşriyyatı · 2024318 okunma
Reklam
Reklam