Puan vermedi·208 syf.··
2025 8. kitabı
Məncə, bu kitab sadəcə bir hekayə deyil. Bu, insanın öz azadlığı ilə necə oynadığının dəhşətli bir güzgüsüdür. Niki adlı adamı düşünün: bir böcək axtarır, özünü aydın, məntiqli bir insan hesab edir. Amma bir də görürsən ki, özü də qumun dibində bir böcək kimi qapana düşüb. Mən burada ən çox onun “azad olmaq” üçün göstərdiyi ilk cəhdlərə güldüm – əlləri ilə qumu qazıb qaçmağa çalışır, amma qum onu daha da aşağı çəkir. Bu, mənə həyatımızdakı o sonsuz “qaçış planlarını” xatırladır. Nə qədər çox qaçmağa çalışırıqsa, o qədər çox batırıq. Kitabın ən vurucu tərəfi isə qadının susqunluğu idi. Onun adı belə yoxdur. Sadəcə “Qumluqdakı Qadın”. O, işləyir, qumu kürüyür, adamın yeməyini bişirir, gecələr də onunla yatır. Amma bir dəfə də olsun “mən niyə buradayam?” demir. Bu məni qəzəbləndirdi. Sonra anladım ki, bəlkə də Abe bu qadın vasitəsilə cəmiyyətdəki görünməz əməyi, bəlkə də “qadın olmağın” özünü bir növ həbsxana kimi göstərmək istəyib. Amma etiraf edim ki, Niki ilə birlikdə mən də ona qarşı həm nifrət, həm də acıma hissi keçirdim. Sonlara yaxın Niki artıq qaçmaq imkanı tapdığı halda, niyə qalır? Çünki qumun altından su çıxarmağın sirrini tapmışdı. O, artıq qumun ona verdiyi “kiçik güc”ə bağlanmışdı. Bu nöqtədə mən öz-özümə sual verdim: “Bəs mən? Gündəlik işimin, təkrarlanan həyatımın qumuna nə vaxtdan öyrəşmişəm?” Bəlkə də həqiqi əsarət fiziki divarlar deyil, bizim “alışmağımız”dır. Və nəhayət, qumun qadını əslində Niki-nin öz vicdanıdır. O, qaçdıqca, qum daha çox gəlir. O, susduqca, qadın daha çox işləyir. O, qalmağı seçəndə isə qum artıq onu boğmur, ona ev olur. Mən bu kitabı bitirəndən sonra əllərimə baxdım. Sanki ovuclarımda qum vardı. Hələ də oradadır. “Qumluqdakı qadın” azadlıq haqqında yazılmış ən qaranlıq romandır – çünki o deyir ki, azadlığın özü də bir növ
Edebiyat
Qumluqdakı QadınKobo Abe · Qanun Nəşriyyatı · 02,895 okunma
5/10
·448 syf.··
2026 7. kitabı
·
33 günde okudu
·
Okunma: 04 Nisan 2026 15:50
Açığı bunun irqçiliklə bağlı kitab olduğunu düşünmürəm çünki yaşanılan irqçiliklər, buradaki kiçik hissədən çox daha ağır və dərin olub. Bu kitaba bacı və qardaşın uşaqlıq səyahəti kimi baxıram. Kitab ümumi olaraq sakit tonda idi. Sonlarını daha çox bəyəndim. Adı da kitaba uyurdu. Mən bülbülü məsum insan olaraq gördüm. Məsum insan qaradərili obraz Tom Robinson idi. Və onun hekayəsi öldürülməsi ilə nəticələnirdi. Digər bülbül isə Boo Radley idi. Bu hekayənin nəticəsində incitilməyən,rahat bıraxılan bülbül o idi. Yenə də heyvanlara qarşı qəddar baxış buxağında olan hekayələr; quduz itin taleyi, əzilmək üzrə olan böcək, digər quşların öldürülməyə layiq olub da sadəcə bülbül öldürülərsə, günah olacaq quş olduğunu iddia edən bir tərəfi var idi.
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201988,7bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Çevrilmə
10/10
·104 syf.··
Beğendi
·
2026 4. kitabı
·
4 saatte okudu
·
Okunma: 27 Mart 2026 16:52
Bizlər istəyərək və istəmədən yaxınlarımıza və doğmalarımıza “özümüzdən” çox vermişik, veririk və verəcəyik. Cəmiyyətdə minlərlə insan öz potensialının fərqinə vardığı halda, ailəsini xoşbəxt edə bilmək üçün özünü unudaraq istəmədiyi bir sahədə çalışır. Tükənmişlik sindromu yaşayırsan. Fərqindəsən ya da deyilsən, amma yenə də dayanmadan çalışırsan. Bir səhər oyanıb özünü böcək kimi hiss edirsən: faydasız, bitmiş, tükənmiş. Həyatını ailəsinin maddi olaraq yaxşı yaşaması üçün öz şəxsi maraqlarını unudub daim işləyən Qreqor səhər çarpayısında böcək kimi oyananda belə “niyə böcəyə çevrildim?” deyə düşünmək əvəzinə işə gecikdiyi üçün əsəbiləşir. Qreqorun böcəyə çevrilməsi əslində onun işdən ayrılmasının bir ismarıcıdır. Bu ismarıcın mənası isə: "işsiz bir övlad ailə üçün zərərli və faydasız bir həşəratdan başqa bir şey deyil." deməkdir. Yazıçı demək istəyir ki, bir insan pul qazana bilmirsə, ailəsinin belə ona qarşı sevgi və düşüncələri dəyişə bilər. Anası və bacısı nə qədər mərhəmətli olsalar belə, bir müddətdən sonra evdəki “dördüncü şəxsin” varlığından narahat olurlar. Əlavə olaraq onu da düşünürəm ki, kitabda atasının Qreqora qarşı kobud və “faydasız bir övlad” kimi yanaşması bəlkə də Kafkanın öz atası ilə olan münasibətinin bir əksidir.(“#Atamaməktub”). “Çevrilmə” kitabı bu hissi yaşayan insanlar üçün bir xatırlatma, yaşamayanlar üçün isə bir siqnal kimidir mənim fikrimcə.
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019268bin okunma
10/10
·104 syf.··
Beğendi
·
2024 85. kitabı
·
6 günde okudu
·
Okunma: 03 Eylül 2024 00:00
"Dönüşüm" əsəri bir gün yuxudan oyanada artıq insan deyildə böcək olduğunu görən və həyatı bundan sonra tamamilə dəyişən Gregor Samsa haqqındandır. Gregor atasının borclarını ödəmək üçün çox sevidiyi işindən çıxıb səyyar satıcı olaraq işləməyə başlayır. Ailədə ondan başqa heç kim işləmədiyi üçün digər ailə üzvlərinin təminatlarını da o qarşılamalı olur. Lakin ailə üzvləri ilk başlarda bütün bunlara görə ona minnətdar olsalarda yavaş-yavaş bu minnətdarlıq hissi yox olur və bir cür vəzifəyə çevrilir. Lakin ailə üzvləri arasındakı bağlarda qırılma nöqtəsi məhz Gregorun böcəyə çevrilməsi ilə başlayır. Böcək olduğu üçün ailə üzvləri ondan qorxur, onu görmək belə istəmirlər. Gregor demək olar ki, otağından heç çıxmır. Bacısı Grete onun bu vəziyyətinə daha tez uyğunlaşır. Qardaşının gündəlik qayğıları ilə o məşğul olmağa başlayır. Gregor artıq işləmədiyi üçün ailə üzvlər öz rahat yaşayışlarını tərk edib işləməyə hətta öz evlərindəki bəzi otaqları kirayə verməyə məcbur olurlar. Bütün qırılma nöqtələridə bundan sonra başlayır. Ailə üvləri ,hətta bacısı da artıq Gregora baxmaq istəmir, onu bir yük olaraq görməyə başlayırlar. Kafka Dönüşüm əsərində ailəsinə və cəmiyyətə qarşı olan əksikliklərini izah etmişdir. Əsərdə Gregor Samsanın timsalında hər dönəmdə fərdlərin bir növ çevrilmə ilə qarşılaşdıqları ədəbi dillə ifadə olunub. Gregorun böcək olandan sonra yeni bədəninə uyğunlaşmaqda çətinlik çəkməsi və vəziyyəti inkar etməsi də, fərdlərin dəyişikliklərə müqavimət göstərməsini və bu dəyişiklikləri qəbul etmənin onlar üçün necə çətin olduğunu əks etdirir. Təbii ki cəmiyyətin bütün bunlara reaksiyasıda bir mənalı olmur.
DönüşümFranz Kafka · Can Yayınları · 2012268bin okunma
İnsan kimi yaşayıb, böcək kimi ölmək.
Puan vermedi·104 syf.··
2025 33. kitabı
Dönüşüm Bir səhər yuxudan oyanırsan; çox yorğun, bitkin bir şəkildə. Zəngli saatının vurmasını eşitmədiyini, işə gecikdiyini görürsən. Yerindən qalxmağa çalışırsan, amma bir şeylərin düz getmədiyinin fərqinə varırsan. Əl-ayağın nazik tüklərə, bədənin isə qara, böyük bir cismə çevrilib. Bəli, insan kimi yatıb, bir böcək kimi ayılmısan. Və düşündüyün tək şey iş üçün çıxacağın səfərə gecikməyin, müdürünə və maddi sıxıntılar içində olan ailənə bu barədə nə açıqlama verəcəyindir. Ağlından keçənlər isə "İndi yerimdən qalxsam, saat neçədə qatara çata bilərəm ?" düşüncəsidir. Yəni, bu vəziyyətdə belə öz sağlamlığının deyil, ətrafına verəcəyin açıqlamanın fikrini çəkirsən. Bunlardan xəbər tutan ailən əvvəlcə mat qalır, daha sonra isə hamı evdən əskilən gəlirin dərdinə düşür. Atan səni gördüyü #k:f203360 yerdə vurmağa, əzməyə çalışır. Anan sənin üçün pis olsa da, öz sağlamlığı onu məhdudlaşdırır. Bu vəziyyətdə sənin qayğına bacın qalır. Bir müddət bu vəziyyətdə yaşamağa davam etsən də, günü-gündən məhvə doğru gedirsən. Hər gün daha da pisləşirsən və işin ən pis yanı da odur ki, artıq bacın da sənin qayğına qalmaqdan bezmişdir. Halbuki, sən onu valideynlərinin bütün etirazlarına baxmayaraq, sırf gələcəyi daha gözəl olsun deyə konservatoriyaya belə göndərəcəkdin. Bir vaxtlar onlara görə çalışdığın, heç sevmədiyin, sənə hər zaman yuxarıdan aşağı baxan müdürünə belə dözdüyün ailənin heç bir üzvü sənin yanında deyil. Bu səni mənəvi cəhətdən çox yorur, böcəyə çevrilmiş olmağın belə sənin hisslərini öldürə bilmir. Və sonda, xaraba kimi bir otaqda; kirin, tozun və səni üzüb məhvə aparan düşüncələrin içində boğulub sonsuzluğa qovuşursan. Ailən isə səndən əsirgədiyi Dönüşüm qayğının peşmanlığını belə çəkmir, heçnə olmamış kimi yaşamına davam edir. İtib gedən isə, yaşayacağın, daha
Düşünce
DönüşümFranz Kafka · Can Yayınları · 2012268bin okunma
Franz Kafka - Çevrilmə
10/10
·104 syf.··
Beğendi
·
2025 3. kitabı
Bu kitabı Albert Camusun yadlaşma fəlsəfin oxuyandan sonra daha yaxşı başa düşə bilərsiniz. “Bir səhər Gregor qəribə yuxudan ayıldı və özünü nəhəng böcəyə çevrilmiş gördü.” Bu başlanğıcı oxuyanda çox adam sadəcə kitabın böcəyə çevrilmiş insan haqqında yazılmış mənasız kitsb olduğun düşünür. Halbuki kitab bizə fiziki çevrilmə altında psixoloji çevrilmədən danışır. Gregor oyanır, artığ insan bədənində deyil amma onu narahat eliyən bu deyil ailəsinin və müdürünün bu halı necə qarşılayacağıdır.Çünki Gregor ailəsinin bütün maddi yükünü öz üzərinə götürmüşdü və iş təbii ki onun üçün vacib idi. Lakin Gregor nə qədərr çalışsa da ailəsi üçün gəlir mənbəyindən başqa heçnə deyildi. Gregorun ana və atası onun böcəyə çevrildiyini görəndə onu qəti şəkildə qəbul etmədiklərini bildirdilər ama bacısı Gregora baxacağını dedi çünki onların arasında dərin bağlılıq vardı. Amma bu sadəcə 1-2 ay çəkdi, və Gregor yan otaqda bacısının “ Bundan azad olmalıyıq” sözlərin eşidəndə onsuzda çökmüş bədəni , psixolojiyası daha da çökdü və səhərisi gün öldü. Bundan dərhal sonra isə ailəsi maddi vəziyyətini yaxşılaşdırıb həyatına davam etdi. Əsərdə kapitalist sistem , bu sistem tərəfindən əsarətə alınmış insanların həyatı təsvir olunub. Yəni, əgər bu sistemdə insan olmağa kiçik bir ara versəniz, kiçik bir böcək olarsınız və ailəniz daxil heç kim sizi sevməz, istəməz və tiksinər. Məncə bu kitabı Kafka kimi heç kəs mükəmməl yaza bilməzdi çünki Kafka heç vaxt “ İnsanlar məni anlasın” düşüncəsiylə kitab yazmayıb. Hansı ki Müasir yazıçıların ən böyük problemi budur hal hazırda. Kafka yazdığı əsərləri gün üzünə çıxarmayıb , o dünyasın dəyişəndən sonra dostu Max çap etdirib hər birini. Heç kimin oxumacağını düşündüyü üçün bir növ öz düşüncələrin tam real şəkildə ifadə eliyib
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019268bin okunma