Mən iki saat əvvəl balkonda, yelləncəyin yanında Sizin məktubunuzu aldığım vaxtdan indi daha yaxşıyam. Orada uzanmışdım, bir addım məndən uzaqda hansısa bir böcək arxası üstə yerə düşdü, o cidd-cəhdlə çalışırdı ki, ayaqları üstündə dursun, amma bacarmırdı, məmnuniyyətlə ona kömək edərdim, axı bu çox asandır: bir addım atırsan və ona yüngülcə toxunursan. Bax bu həqiqi kömək olardı, amma başım Sizin məktubu oxumağa qarışdı, dura bilmədim, bir kərtənkələ yenidən diqqətimi ətrafa yönəltdi. Kərtənkələnin yolu məhz böcəyin yanından keçirdi, böcək isə artıq tamamilə sakitləşmişdi, öz-özümə dedim ki, deməli, bu, təbii ölümlə mübarizə aparmaq barədə nadir rast gələn tamaşa idi; kərtənkələ böcəyin üstündən keçəndə təsadüfən onu çevirdi, o isə, düzdür, bir neçə dəqiqə tərpənmədi, sonra, heç nə olmamış kimi, divarla yuxarı qaçmağa başladı. Bu, hansısa bir formada məni gümrahlaşdırdı, qalxdım, süd içdim və Sizə yazdım.
Sizin Frans K.