Son kitab.. Sarsıcı, kədərli, bir o qədər də möhtəşəm
Harry VII və son sinifdə oxuması gərəkən vaxtda mübarizə aparmaq üçün Hermione və Ron'la məktəbə getmir. Uzun müddət qaçaq yaşamalı olurlar. Bu kitabı oxuyanda Hogwarts ekspresi, dərslər üçün darıxdım desəm yeri var. Lupin və Harry'in burada çox gözəl bir dialoqu var idi. Heyif ki, filmə daxil edilməmişdi. Bu əsərdə elf Kreacher'ın, Lily'in ve Petunia'ın, Dumbledore'un hekayələri geniş şəkildə açıqlanırdı. Çoxu filmdə yox idi. Bəzi obrazların isə əslində göründükləri kimi olmadıqları üzə çıxmışdı. Axı insanlar pis və ya yaxşı deyə ikiyə ayrılmır, hər bir insanın öz rəngi, öz yaşanmışlığı, öz çıxılmazlığı var
Və savaşın içində elə bir obrazın hekayəsini eşidirik ki, bir tərəfdən təəssüf, bir tərəfdən kədər duyuruq. Bu obrazın qəlbindəki sevgi, onu pis yola atan travmaları, peşmanlıq... "Tanıdığım en cesur adam". Filmdə bu səhnə o qədər möhtəşəm təsvir olunmuşdu ki. Bir neçə gün təsirindən çıxa bilmədim. Oxuyanlar və ya izləyənlər hansı obrazdan bəhs etdiyimi bilərlər. Hətta Rowling bu obrazın ölümü üçün üzr istəmişdi
Bu kitabın filmi 2 bölüm şəklində çəkilib. Burada yenə bir detay verim. Bu əsərin sonu əslində 2, 3, 4, 5, 6 kitablar yazılmadan öncə hazırlanmışdı. Bu da bizə yazıçının necə usta bir sənətkar olduğunu göstərir