Nazrin

Nazrin
@booklovern21
Kitabsevər pişik♡kitab♡çiçək Away from the world...
Psixoloq
Universitet
17 Şubat 2002
54 okur puanı
Ağustos 2022 tarihinde katıldı
Psixologiyadan bəhs
Puan vermedi·330 syf.··
2023 5. kitabı
·
14 günde okudu
·
Okunma: 28 Şubat 2023 19:29
Kitabı həm sahəsi psixologiya olan şəxslər, həm də sahəsi psixologiya olmayıb marağı olan şəxslər heç sıxılmadan oxuyacaqlarına əminəm. Çox axıcı və sürətli gedir. Məlumatlar həm elmi dildə, həm də anlaşılıqlı şəkildə yazılıb. Eləcə də həyata keçirilən testlər, tədqiqatlar bu sahəyə olan heyranlığı artırır.
Bilgi
Psiko 101Paul Kleinman · Okuyan Us Yayınları · 2019608 okunma
Axı ürəyin səsinin gözlərə ehtiyacı yoxdur....
Puan vermedi·400 syf.··
2023 4. kitabı
·
10 günde okudu
·
Okunma: 15 Şubat 2023 20:31
Kitabı oxuduğum zaman çox fərqli hisslər yaşadım. Bəzən kədər, bəzən sevinc, bəzən də qəzəb hissi.. Xüsusilə həkimin arvadı daha çox diqqətdə idi və onun təmənnasız etdiyi yardımlar ona qarşı rəğbət hissini artırır. Çox qəşəng alıntılar aldım əsərdən. Əsər kor insanlar üzərindən ifadə edilsə də, əslində günümüz insanların davranışlarını əks etdirir. İnsanların bir-birinə kömək etməsi, tək qoymaması, eləcə də, fürsətdən istifadə edib qadınları təcavüz etməkləri, olan bütün yeməyi saxlayıb ətrafdakılara verməməkləri, bəzən çox laqeyd yanaşmaqları, sanki insanlar görmür deyə hər yeri çirkləndirə biləcəkləri...bütün bunlara cəmiyyət içində də rast gəlirik.
İnsan ve Toplum
KorluqJosé Saramago · Qanun Nəşriyyatı · 2016131,7bin okunma
TED kimi danış
Puan vermedi·280 syf.··
2023 3. kitabı
·
18 günde okudu
·
Okunma: 15 Şubat 2023 20:31
Kitabı oxumazdan əvvəl ted çıxışlarını dinlədiyim zamanla kitabı oxuduğumda ted çıxışlarını dinlədiyim zaman arasında çoxx böyük fərq var Danışanların bədən dilinə, slaydlarına da diqqət edirəm və mövzuya necə giriş etdiklərini, eləcə də hansı şəkildə sonlandırdıqlarına daha yaxşı nəzər yetirirəm. Kitabda ted çıxışları haqqında daha geniş və maraqlı hekayələr kitaba marağı artırır.
Bilgi
Ted Gibi KonuşCarmine Gallo · Aganta Kitap · 20153,321 okunma
Douson və Amandanın əvəzsiz sevgisi
Puan vermedi·308 syf.··
2022 47. kitabı
·
5 günde okudu
·
Okunma: 14 Aralık 2022 22:10
Tam da payız-qış aylarında oxunacaq romantik əsərdir. Möhtəşəm vibe verir insana. Yeniyetmə vaxtlarında bir-birlərini sevən gənclər müəyyən səbəblərdən dolayı bir arada qala bilmirlər. Vəə 24 il sonra yenidən qarşılaşırlar. O sırada onların arasında keçən hadisələri unutmaq mümkünsüzdür. Və Dousonun sevgisinə olan sədaqəti insana tam başqa hisslər yaşadır.
Romantik
Ən DəyərlimNicholas Sparks · Yay Yayınları · 0115 okunma
Şəxsi inkişaf
Puan vermedi·126 syf.··
2022 48. kitabı
·
8 günde okudu
·
Okunma: 18 Aralık 2022 20:07
"Qurbağa yemək" necə mükəmməl bir şeydir, bunu sadəcə bu kitabı oxuyanlar bilər, xüsusilə də ən çirkin və böyük olanını Kitabda günlük həyatımızda və gələcək üçün planlarımıza nail olmağımız üçün zamanı idarə etməyimizin efektiv üsulları qələmə alınıb. Ən sevdiyim hissə ABCD üsuludur. Eləcə də, məcburi efektivlik qanunudur. Kitabdan əla alıntını paylaşmasam olmaz "Həyatınıza heç bir faydası olmayan əhəmiyyətsiz, kiçik işləri yubadın, başqalarına həvalə edin və ya təxirə salın.
O Qurbağanı Ye!Brian Tracy · Qanun Nəşriyyatı · 01,610 okunma