Kitab Sabahattin Ali'nin ən çox sevilən və bəyənilən əsərlərindən biri olduğu üçün və eyni zamanda müəllifin qələmini sevdiyim üçün gözləntim yüksək idi.Bununla belə,düşünürəm ki,bəzən hamının təriflədiyi və buna görə həvəslə alıb oxumağa başladığımız kitab,bizim üçün xəyal qırıqlığı olur.Əvvəla əsərin məğzi,oxucuya çatdırmaq istədiyi əsas ideya,hətta məncə əsərin adı belə çox mənalıdır.Lakin,hadisələrin gedişatında bir sıxıcılıq hissiyyatı var idi,bir sözlə axmırdı.Bunun səbəbini əsərdə düşüncələrin təsvirinə çox yer verilməsində axtarıram,buna görə də həyəcanlandığım yerlər çox az idi.
Əsərdən çıxardığım nəticə o oldu ki,hər insanın içində o və ya bu şəkildə adlandırdığı bir şeytan var,ancaq onu dinləməmək,səsini boğmaq,iradəli olmaq,ona üstün gəlmək gücündə olmaq bizim əlimizdədir.Zənnimcə,sonda Ömər də iradəsiz olduğu üçün öz şeytanına tam tabe oldu və boyun əydi.Bununla bir daha gücün iradəyə bağlı olduğunu daha yaxşı anladım.