ces

Qış
Qarın əridiyi və bahar yağışlarının dövrəyə girdiyi vaxta qədər artıq Kabildəki hər oğlan uşağının əli üfüqi çatlar və qabarla örtülmüş olardı. Bütün qışı çərpələng uçurmuş uşaqların əlindəki hər bir çatın öz tarixçəsi vardı. Məktəb başlayanda dostlarımla yığışıb döyüş qabarlarımızı müqayisə edərdik. Kəsiklərin yeri iki həftə boyunca sağalmaz və kəskin ağrısa da, şikayətlənməzdim. Bu kəsiklər yenə də ildırım kimi tez keçib gedən sevimli fəslimizi xatırladardı bizə. Sonra hər sinfin kapitanı fit verər və uşaqlar sevimli qışın yenidən dərs vaxtilə əvəzlənməsinə dərin təəssüf hissi ilə öz siniflərinə dağılışardı.
Sayfa 64 - Əmircan·Kitabı okudu
Alıntı
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Sərhəd
Kabilin qışını sevirdim. Gecələr qar dənələrinin pəncərəmi yumşaqca döyəcləməsini, gündüzlər qara rezin uzunboğaz çəkmələrim altında qarın xırtıldamasını, külək küçəni, həyəti dolaşıb vıyıldayanda dəmir sobanın istisinə qızınmağımızı sevirdim. Amma ən çox ağaclar qarla, yollar buzla örtüləndə Baba ilə mənim aramdakı donun bir az əriməsinə sevinərdim. Bunun da səbəbi çərpələnglər idi. Baba ilə mən bir evdə, amma fərqli dünyalarda yaşayırdıq. Çərpələnglər bu iki dünya arasında bir vərəqlik sərhəd idi.
Sayfa 62 - Əmircan·Kitabı okudu
Alıntı
Uşaqlar
Uşaqlar rəngləmə albomları deyil. Sən onları sevimli rənglərinlə rəngləyə bilməzsən.
Sayfa 30 - Rəhim·Kitabı okudu
Edebiyat

ces

, bir kitap okudu
Puan vermedi·208 syf.·
2024 8. kitabı
Amanda Lovelace
7.7/10 · 2.567 okunma