"Cemile"
5/10
Çingiz Aytmatovun "Cemile" əsərini bitirdim. Kitabın süjeti mənim üçün sadə gəldi və tam gözlədiyim təsiri bağışlamadı. Bəzi məqamlarda əsərin dərinliyi bir qədər çatışmadı, ona görə də tam olaraq "bəyəndim" deyə bilməyəcəyəm. Lakin bir məqamı xüsusilə vurğulamalıyam: Aytmatovun təsvir etmə qabiliyyəti möhtəşəmdir! ​Mütaliə zamanı təsvir olunan kəndin havasını, sonsuz tarlaların qoxusunu, göy üzünün genişliyini hiss etməmək qeyri-mümkündür. Təbiət mənzərələri o qədər canlı, o qədər qəşəng təsvir edilmişdi ki, sırf bu təsvirlərin xətrinə oxumağa dəyərdi. ​Bəzən hekayənin özü olmasa da, o hekayənin baş verdiyi mühitin rəsmi daha çox yaddaşımıza həkk olunur. "Cemile" də mənim üçün belə bir kitab oldu. Bəlkə də "Cemile" insanın öz azadlığını, hisslərini, xoşbəxtliyini cəmiyyətin qəliblərindən üstün tutmasına görə sevilə bilər. Cəmilə sevgi uğrunda hər şeyi riskə atan cəsarətli qadın obrazı kimi də xatırlana bilər Kitabı @xgcafekitabklubu ilə birgə oxuyub müzakirə etmişdik. ️ Bəs siz bu kitabı oxumusunuz? Fikirləriniz çox maraqlıdır.
CemileCengiz Aytmatov · Ötüken Neşriyat · 201944,5bin okunma
10/10
·160 syf.··
Beğendi
·
2026 49. kitabı
·
3 günde okudu
·
Okunma: 01 Mayıs 2026 03:52
İlyas Əfəndiyevin bu əsəri mənə keçən il oxuduğum Çingiz Aytmatovun "Cəmilə" povestini xatırlatdı ( Cengiz Aytmatov , Cemile ). Hər iki əsərin ruhunda bənzər bir abu-hava var və mən "Cəmilə"ni bəyəndiyim kimi, bu əsəri də çox bəyəndim. Kitabı bitirdikdən sonra Adil və Səriyyə obrazları haqqında uzun-uzadı düşündüm. Daha əvvəlki bir yazımda "Yaxşı insan olmaq kifayət edirmi?" sualını vermişdim ( #299581303 ). Bu əsəri oxuyarkən də özümə çoxlu suallar verdim: Səriyyə niyə belə etdi? Adilin taleyi niyə belə gətirdi? Səriyyəni o vəziyyətə gətirən düşüncələrin kökündə nə dayanırdı? Adil Səriyyənin sevgisini bərpa etmək və ya yaşatmaq üçün nə edə bilərdi? Adilin bu vəziyyətdə bir çıxış yolu vardımı, yoxsa o, artıq çoxdan uduzmuşdu? Əsərin xülasəsini verməyəcəyəm ki, yazını oxuyanlar üçün spoiler olmasın. Bəlkə bu təhlildən sonra kimsə kitabı oxumaq istəyər. İnsan o qədər mürəkkəb varlıqdır ki, Adilin düşdüyü vəziyyətdə istənilən adam hər hansı bir hərəkəti edə bilərdi. Məsələn, qatil ola bilərdi. Adil sevdiyi Səriyyəni yaxud buldozerçi Qəribcanı öldürə bilərdi. İnsan mürəkkəb olduğu qədər, həyat da mürəkkəbdir. Bizə hansı taleyi yaşadacağını əvvəlcədən bilə bilmərik. Bəzən insan heç bir səhvi olmadan xoşbəxtliyin zirvəsindən yuvarlanıb uçurumun ən dibinə düşə bilər. Xoşbəxt bir həyat bir anda məhv olmuş bir ömürlə əvəzlənə bilər. Bu əsər mənə çox təsir etdi. Bəlkə də düşüncələrim birmənalı qarşılanmayacaq, amma mən özümü həm Adilin yerinə qoyub onun ağrısını hiss etməyə, həm də Səriyyənin pəncərəsindən baxıb onu anlamağa çalışdım. Əvvəlcə bir qadını tam anlamağın çətinliyini nəzərə alıb Səriyyənin yerində olmağa bir az çəkindim, lakin onun haqqında düşündükcə daxili dünyasına nüfuz
1000Kitap
Körpüsalanlarİlyas Efendiyev · Qanun nəşriyyatı · 0744 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
"Göy siçan, su ver!"
Puan vermedi·128 syf.··
2024 31. kitabı
Bəzi kitablar bizə tövsiyə olunur, bəziləri adıyla maraq oyadır, bəziləri bir oxucu rəyi və ya bir sitatla diqqətimizi çəkir. Elə kitablar da var ki, onları özümüz kəşf edirik. Beləcə hər kitab və hər yazarla tanışlığımızın hekayəsi fərqli olur. Mənim Çingiz Aytmatovun qələmi ilə tanışlığımın isə qəribə bir hekayəsi var. Hardasa 3-4 il bundan əvvəl Mərmin Kamalın bir müsahibəsi çıxdıı qarşıma. Başlıq maraqlı gəldi və oxumağa başladım. Müsahibənin bir hissəsi hədsiz diqqətimi çəkdi. - Ədəbi mühit bilirdi ki, Mövlud Mövlud sizi sevirdi. İntihar etməmişdən əvvəl sizə mesaj da yazmışdı. Bilmək olar, nə yazmışdı? - Hə, intihardan bir neçə həftə əvvəl idi, yazmışdı “Salam, necəsən,” mən ona cavab vermədim, ardınca yazdı ki, “göy siçan, mənə su ver, yoxsa susuzluqdan qırılacağıq”. Ölümündən əvvəl mesajı görmüşdüm. Fikirləşmişdim ki, Mövluddur da. Cavab verməmişdim. Mövludun intiharından sonra uzun müddət axtardım ki, göy siçan nə deməkdir. Sən demə, mən bu əsəri oxumamışam. Sonra bir gün Sevinc Elsevər bu əsəri mənə tapdı. Çingiz Aytmatovun “Dəniz qırağı ilə qaçan alabaş” povestindəndir. Oxudum o əsəri. Bildim göy siçan nə imiş. Nə isə. Keçmişə qayıtmaq imkanım olsaydı mesajı cavablayardım. Bu müsahibədən sonra "Göy siçan"ın nə olduğu mənə də çox maraqlı gəldi və mən də sözü gedən əsəri tapıb oxudum. Çingiz Aytmatovun qələmi ilə tanışlığım məhz belə başladı.  Daha sonralar onun "Gün var əsrə bərabər",  "Ağ gəmi," "Cəmilə" kimi əsərlərini də oxumaq  imkanım oldu və yazıçının qələmini çox sevdim. Hələ ondan oxumaq istədiyim çox əsər var. Bu tanışlığa görə çox sevinirəm, amma hər dəfə bu tanışlıq hekayəsi mənə çox qəribə gəlir. Bəzən fikirləşirəm ki, bəlkə də hamımızın bir “göy siçanı” var. Və hər birimiz zaman-zaman həyatımızın hansısa çətin periodlarında açıq-aşkar ya da
Dəniz Kənarıyla Qaçan AlabaşCengiz Aytmatov · Altun Kitab · 20225,8bin okunma
Puan vermedi·98 syf.·
2026 1. kitabı
Hadisələr müharibə dövründə bir kənddə baş verir. Hekayəni danışan şəxs yeniyetmə Seyiddir. O, qardaşının həyat yoldaşı Cəmilə ilə yaralı əsgər Daniyarın yaxınlaşmasını müşahidə edir. Əvvəlcə hər şey adi görünür, amma zaman keçdikcə aralarında yaranan hisslərin sadə dostluq olmadığını anlayırıq. Cəmilə evlidir, amma əri müharibədədir və onların münasibətində sevgi yoxdur. Daniyar isə sakit, həssas və dərin ruhlu biridir. Onların bir-birinə yaxınlaşması kəndin qaydalarına və cəmiyyətin gözləntilərinə ziddir. Buna baxmayaraq, Cəmilə ürəyinin səsini dinləməyi seçir.
CəmiləCengiz Aytmatov · Altun Kitab · 202344,5bin okunma
Puan vermedi·98 syf.··
2025 43. kitabı
·
7 günde okudu
·
Okunma: 16 Ekim 2025 16:25
Bu nə idi mən oxudum silsiləsindən "Cəmilə".Heç xoşlamadım əsəri.Cəmilənin evli bir qadın olduğunu kitabın lap əvvəllərindən qeyd edilməsinə baxmayaraq biz Cəmilənin adını çox insanla birgə eşidirik .Qaynı ilə bəzən qardaş ,bəzən qaynın onun haqda öz yoldaşı kimi danışmasına şahid oluruq.Hekayənin lap sonunda isə evli olmasına həyat yoldaşının müharibədə olub yaralı vəziyyətdə hospitalda olmasına baxmayaraq qaçmasını oxuyuruq.Yazıçı buna əsrlərdən gələn ənənələrin ziddinə olaraq inamla öz məhəbbətinə addımlayır kimi qələmə verir , amma müasirlik müharibədə vətəni qorumaq üçün yaralanmış ərini hospitalda qoyub özgəsinə qaçmaq deyil.
CəmiləCengiz Aytmatov · Altun Kitab · 202344,5bin okunma
8/10
·128 syf.··
Beğendi
·
2025 101. kitabı
·
1 saatte okudu
·
Okunma: 20 Eylül 2025 11:13
"... gah elektrik lampasının parlaq işığ, gah da neft lampasının titrək işartısı.. Qonsu evin işıqları sönmürdü". Cəmilə Məmmədlinin " Qonşu evin işıqları" əsəri müasir Azərbaycan hekayəçiliyində psixoloji dərinliyi və nostalji duyğusu ilə seçilən nümünədir. Əsərdə müxtəlif hekayələr və bir povest yer almışdır. Hansı ki təhlilim daha çox bu povestə əsaslanır, elə kitaba da adını verən " Qonşu evin işıqları" povesti Əsər iki uşağın bir- birinə dostluq meylindən söz açır. Əsərin əsas qəhramanının dilindən danışılan bu hekayədə biz onun uşaqlığına, itirilmiş məsumluğuna həmçinin tənha bir insanın daxili dünyası və xatirələri ilə üz- üzə qalmasına şahid oluruq. Əsərin baş qəhrəmanı anası və nənəsi ilə yaşayan çox sərt bir ailə mühitində böyüyən bir qızdır, hansı ki kənd yerində onlara gülmək belə haram sayılır. Birdə digər tərəfdən onunla yaşıd Ləman var , Ləman tam da onun istədiyi həyatı yaşayan bir qızdı. Əsərdə xüsusilə Ləmanın anası " Dilarə xala" dan söhbət açılır əslində bütün qohum qonşu onu əxlaqsız adlandırsa da, biz bir uşağın gözü ilə görüb bu qadının mehribanlığına, xoş nəvazişinə və gülər üzünə aşıq oluruq. Əsər elə bir zaman və məkanda baş verir ki, qızlar 9 illik təhsildən sonrakı təhsilin var olduğundan oxuyub hərhansısa bir peşəyə sahib ola biləcəklərindən xəbərsizdirlər. Əsər qısa olmasına baxmayaraq dövr üçün və bizim üçün o qədər əhəmiyyətli məsələlərə çox incə detallarla toxunur ki... bu iki qızın dostluğu hətta sadəcə danışması belə insanlara faciə kimi gəlir halbuki Ləmanın da əsas obrazında burada bir günahı yoxdur. Əsərdə xüsusilə diqqət çəkən bir obrazda atadır. Qızın illərlə görmədiyi döndükdən sonra da heç cür bağ qura bilmədiyi ata.. heç ata da bağ qurmağa meyl göstərmir doğurdan da" gözdən iraq olan könüldən də iraq olar" fikri keçdi
Qonşu Evin İşıqlarıCəmilə Məmmədli · Elm və Təhsil Nəşriyyatı · 20159 okunma