Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
192 syf.
9/10 puan verdi
Kamyu - Hə ilə yox arasında... Kamyu oxuyursansa, əlində mütləq textmarkerin və yanında mütləq qeyd dəftərçən olmalıdır... Kamyu yaradıcılığını hər zaman sevmişəm. Hətta xarici görünüşcə də jönüm olan nadir yazıçılardandır. Bu kitabı ilə isə Kamyunu sevmək üçün daha yeni bir səbəbim oldu. Şəxsiyyət, düşüncə, ideya olaraq da artıq hörmət elədiyim yazıçılar siyahısına daxildir Kamyu. Qeyd eləyim ki, bu siyahı o qədər də geniş deyil. Sənətini çox sevsəmsə də, şəxsiyyətini sənətindən ayırdığım və bir birinə qarşı qoyduğum bir çox sayda yazıçı var. Kamyu isə hər iki anlamda nəzərimdə özünü təsdiqləmiş və mənimçün xüsusi sayılan yazıçılar mövqeyindədir. Kitab Kamyunun esseləri və hekayələrindən ibarətdir. Mütləq oxunulması kitablardandır. İçində düşüncələrimin əminliklə öz təsdiqini tapdığı nadir kitablardandır. Kitabdaki hər bir hekayəni çox böyük maraqla oxudum, ancaq xüsusilə Kamyunun "İsveç nitqi" (Nobel mükafatının təqdimatından sonra təşkil olunmuş yığıncaqda söylədiyi nitqi), "Çörək və azadlıq" və "Alman dostuma məktublar" esseləri təsirli oldu. Əminliklə söyləyə bilərəm ki, təkrar - təkrar vərəqləyəcəyim və kitab rəfimin ön sıralarında, hər zaman gözümün qarşısında olmasını istəyəcəyim və dönə - dönə qayıdacağım kitablar sırasına əlavə olundu.
Hə ilə Yox Arasında
Hə ilə Yox ArasındaAlbert Camus · Qanun Nəşriyyatı · 20195,4bin okunma
"Çörək və azadlıq"
...azadlıqla ədaləti ayırmaq, mədəniyyətlə əməyi bir-birindən ayrı salmaq qədər yanlışdı və bu əsl cinayətdi.
Reklam
"Çörək və azadlıq"
İstənilən diktaturanın ilkin vəzifəsi bir həmlə ilə həm əməkçiləri, həm də ziyalıları əzməkdir.
"Çörək və azadlıq"
...həqiqi azadlığın əsasında imtiyazlar deyil, hər şeydən öncə vəzifə durur.
"Azadlıq və çörək"
Dünya daha bir böyük ümidini itirdi və azad insanların tənhalığı başlandı.
"Azadlıq və çörək"
Azadlıq burjua uydurması deyil, burjua azadlığının özü uydurmadır, bax, belə demək lazım idi.
Reklam
Çörək və Azadlıq
Biz azadlıqla ədaləti birgə seçirik və inanın ki, biri olmadan digərini seçmək qeyri-mümkündür.
Alıntılar
George Orwell - 1984 Müharibə - Sülhdür Azadlıq - Köləlikdir Cəhalət - Qüvvədir İnformasiya, təhsil, asudə vaxt və mədəniyyətə baxan həqiqət nazirliyi; müharibə ilə məşğul olan sülh nazirliyi; əsayişi qoruyan məhəbbət nazirliyi və iqtisadiyyata cavabdeh olan rifah nazirliyi... O, demək olar ki, bütün qadınları sevmirdi, xüsusilə də cavan və
"Çörək və azadlıq"
Yalnız əgər hər şey müharibənin hərc-mərcliyində qarışmazsa, biz sonda həm ədaləti, həm də azadlığı real formasına sala bilərik. Bunun üçün, hər şeydən öncə, - qəzəbsiz, amma beynimizə yeridilən uydurmalardan imtina etməməliyik.
Çörək və Azadlıq
"Azadlıq - əzilmişlərin işidir və onun ənənəvi müdafiəçiləri həmişə bir küncə sıxışdırılmış xalqın içindən çıxanlar olub"
19 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.