Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
"Azadlıq... Kəndli azadlıq dedikdə torpağı nəzərdə tutur. İnqilab, çevriliş onun üçün çörək və şorbadır, başqa heç nə. Ona təptəzə şalvar-köynək versələr, fərqli, daha yaxşı bir insanmı olacaq? Əsas sual bax budur."
Sayfa 501 - Teas Press nəşriyyatıKitabı okudu
1600 syf.
10/10 puan verdi
Heyif gec oxudum...
Möhtəşəm 1600səhifəlik səyahət. Məncə fransız və rus yazarları ədəbiyyat dünyasını öz çiyinlərində daşısalar da. Viktor Hüqo tək Səfillərlə bu işin öhdəsindən gəlib. Bu kitab qədər hadisələri incəliyinə qədər təsnif edən və heç gözləmədiyiniz halda o kiçik görsənən hadisələri bütün hekayə  boyu bir biri ilə əlaqələndirən və əsərin sonunu
Səfillər
SəfillərVictor Hugo · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201687,4bin okunma
Reklam
192 syf.
6/10 puan verdi
·
58 günde okudu
Albert Camus
Fransız yazıçı Albert Kamyu ilə ilk tanışlığım bu kitab vasitəsilə oldu.Albertin tərzi digər oxuduğum yazarlardan fərqlənir.İlk tanışlıq olduğu üçün bəzən ifadələrini tam başa düşmədim.Kamyu haqqında bunları deyə bilərəm: Əvvəla çox realist bir yazıçıdır və bunu öz ifadələrində də etiraf edib.Cümlə quruluşları olduqca mürəkkəbdir, sizi anlıq dayanıb düşünməyə və anlamağa vadar edir. • Əsərə gəldikdə isə bütövlükdə tək parça bir kitab yox, kiçik esselərdən ibarət hekayələrin məcmusudur.Esselərin ortaq bir yanını söyləyə bilərəm ki, Albert müharibə illərindəki çətinlikləri və ümumilikdə izdirab içində yaşayan şəxslərin danışan dili olmağa çalışıb.Həmçinin dövrünün ədalətsizliyini və faşizmin qəddarlığını bizlərə anlatmağa çalışır.Mən isə xüsusən "Çörək və Azadlıq" hissəsini, həmçinin də sondaki nobel mükafatını qəbul edərkən söylədiyi nitqi həvəslə oxudum.Esselər arasından bəzilərində yazarın fikri mənə qapalı qutu kimi qaldı. Çox yaxın olmayan illər sonra yenidən bu kitabı oxuyub daha yaxşı anlamaq istiyərəm.İndilik isə bəzi hissələri xaric ümumilikdə sıxıldığım və gec bitirdiyim kitablardan biri oldu. Düşünürəm ki bu tip kitabları dərk edib oxumaq üçün onlarla kitablıq bir keçmişiniz olmalıdı. #
Hə ilə Yox Arasında
Hə ilə Yox ArasındaAlbert Camus · Qanun Nəşriyyatı · 20195,4bin okunma
Çörək və Azadlıq
"Azadlıq - əzilmişlərin işidir və onun ənənəvi müdafiəçiləri həmişə bir küncə sıxışdırılmış xalqın içindən çıxanlar olub"
Nə qədər ki azaddırlar, heç bir elm onlara çörək verən deyil və axırda öz azadlıqlarını bizim ayaqlarımıza gətirib deyəcəklər: "Yaxşısı budur, bizi işlədin, amma yedirin". Nəhayət, özləri başa düşəcəklər ki, azadlıq və çörəyin yer üzündə hər adama yetərincə verilməsi ağlasığmazdır, zira onlar öz aralarında heç vaxt bölünə, yəni bir- birindən ayrıla bilməyəcəklər!
Sayfa 284Kitabı okudu
"Çörək və azadlıq"
Yalnız əgər hər şey müharibənin hərc-mərcliyində qarışmazsa, biz sonda həm ədaləti, həm də azadlığı real formasına sala bilərik. Bunun üçün, hər şeydən öncə, - qəzəbsiz, amma beynimizə yeridilən uydurmalardan imtina etməməliyik.
Reklam
"Çörək və azadlıq"
...həqiqi azadlığın əsasında imtiyazlar deyil, hər şeydən öncə vəzifə durur.
"Çörək və azadlıq"
...azadlıqla ədaləti ayırmaq, mədəniyyətlə əməyi bir-birindən ayrı salmaq qədər yanlışdı və bu əsl cinayətdi.
"Çörək və azadlıq"
İstənilən diktaturanın ilkin vəzifəsi bir həmlə ilə həm əməkçiləri, həm də ziyalıları əzməkdir.
"Azadlıq və çörək"
Azadlıq burjua uydurması deyil, burjua azadlığının özü uydurmadır, bax, belə demək lazım idi.
Reklam
"Azadlıq və çörək"
Dünya daha bir böyük ümidini itirdi və azad insanların tənhalığı başlandı.
Çörək və Azadlıq
Biz azadlıqla ədaləti birgə seçirik və inanın ki, biri olmadan digərini seçmək qeyri-mümkündür.
192 syf.
9/10 puan verdi
Kamyu - Hə ilə yox arasında... Kamyu oxuyursansa, əlində mütləq textmarkerin və yanında mütləq qeyd dəftərçən olmalıdır... Kamyu yaradıcılığını hər zaman sevmişəm. Hətta xarici görünüşcə də jönüm olan nadir yazıçılardandır. Bu kitabı ilə isə Kamyunu sevmək üçün daha yeni bir səbəbim oldu. Şəxsiyyət, düşüncə, ideya olaraq da artıq hörmət elədiyim yazıçılar siyahısına daxildir Kamyu. Qeyd eləyim ki, bu siyahı o qədər də geniş deyil. Sənətini çox sevsəmsə də, şəxsiyyətini sənətindən ayırdığım və bir birinə qarşı qoyduğum bir çox sayda yazıçı var. Kamyu isə hər iki anlamda nəzərimdə özünü təsdiqləmiş və mənimçün xüsusi sayılan yazıçılar mövqeyindədir. Kitab Kamyunun esseləri və hekayələrindən ibarətdir. Mütləq oxunulması kitablardandır. İçində düşüncələrimin əminliklə öz təsdiqini tapdığı nadir kitablardandır. Kitabdaki hər bir hekayəni çox böyük maraqla oxudum, ancaq xüsusilə Kamyunun "İsveç nitqi" (Nobel mükafatının təqdimatından sonra təşkil olunmuş yığıncaqda söylədiyi nitqi), "Çörək və azadlıq" və "Alman dostuma məktublar" esseləri təsirli oldu. Əminliklə söyləyə bilərəm ki, təkrar - təkrar vərəqləyəcəyim və kitab rəfimin ön sıralarında, hər zaman gözümün qarşısında olmasını istəyəcəyim və dönə - dönə qayıdacağım kitablar sırasına əlavə olundu.
Hə ilə Yox Arasında
Hə ilə Yox ArasındaAlbert Camus · Qanun Nəşriyyatı · 20195,4bin okunma
19 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.