Dini hekayələrə fərqli baxış
Puan vermedi·139 syf.··
2026 14. kitabı
·
4 günde okudu
·
Okunma: 07 Haziran 2026 10:00
Müqəddəs Tarixin Üsyankar Şahidi.     Jose Saramago "Qabil" Jose Saramago ilə Adəm və Həvvanın yaradılışına doğru səhayətə çıxıb, Nuh Peyğəmbərin insanlıq yox olarkən gəmi ilə xilas etdiyi seçilmişlərin hekayəsinə fərqli baxış bucağı ilə baxırıq. Jose Saramago sorğulayıb: Tanrı özü narsistlik edərkən, haqsızlıq edərkən, niyə yaratdığı bəndələrinin günahlarına göz yummur...?! Dini kitablardan bildiyimiz xarakterleri daha fərqli təsvir edib yazıçı və hətta bəzi yerlərdə təhqirdəndə istifadə edib... Tanrını, dini inancları, dini kitablardakı müqəddəs sayılan xarakterləri insest əlaqələr və pornoqrafiya üzərindən sorğulamaq insanların, müqəddəs inanclarına savaş açmaqdır. Kitabda sevdiyim və sevmədiyim qisimlər oldu. Kitabın əsas qəhrəmanı Qabil qardaşını öldürdükdən sonra Tanrı tərəfindən cəzalandırılır və zamanda səyahət edərək bir çox hadisələrə şahid olur. Qardaşını öldürərkən belə günahı Tanrıda görür. Hər bir insan azad iradəli olaraq yaradılıb və bu iradəmiz ilə etdiyimiz mənfi hərəkətlərin günahını Tanrının üzərinə atmaq məsuliyyətdən qaçmaqdır... Həqiqi iman kor-koranə inanmaqla deyil, sorğulamaqla başlayır. Amma nəyi və necə sorğulayırıq , ən əsas olan necə anlayırıq...?! İlahi ədalət ilə insani ədalət üst-üstə düşməyəndə, İnsan bəzən inandığı ilə mübarizə aparır. Bəsit və Ağrılara hesablanmış baxış prizmalardından baxdıqda, kimisə günahlandırmaq o qədər asan gəlir. Xüsusən də, "Tanrı və Şeytan"ı. Emosiya və Histeriyaya görə edilən hər hərəkətin, işlədilən hər ifadənin kvantik təsirləri və qarşılıqları var. İnsanın Tanrıçılıq oynamaq həvəsi, qarşisı alınmaz fəsadlara yol açıb daima. Hal-hazırda dünyada baş verən proseslər buna bariz nümunədir.
KabilJosé Saramago · Kırmızı Kedi Yayınevi · 201814,3bin okunma
Dante Alighieri – The Divine Comedy
Puan vermedi
Bəzi əsərlər var ki, onları sadəcə oxumaq olmur; onları anlamağa, hiss etməyə və üzərində düşünməyə çalışırsan. “The Divine Comedy” mənim üçün məhz belə əsərlərdən biri oldu. İlk baxışda bu əsər Cəhənnəm, Əraf və Cənnətə edilən mistik bir səyahət kimi görünə bilər. Lakin oxuduqca anlayırsan ki, Dante yalnız axirət dünyasını təsvir etmir. O, insanın qorxularını, günahlarını, ümidlərini və mənəvi axtarışını poetik bir dillə qələmə alır. Əsər eyni zamanda insanın qaranlıqdan işığa doğru olan daxili səyahətidir. Dantenin yaratdığı dünya son dərəcə təfərrüatlı və təsirlidir. Xüsusilə Inferno hissəsində qarşılaşdığı obrazlar və onların taleləri uzun müddət yadda qalır. Hər cəza, hər məkan və hər personaj müəyyən bir simvol daşıyır və əsəri sadəcə bir hekayədən daha artıq bir şeyə çevirir. Kitabı oxuyarkən məni ən çox təsirləndirən məqamlardan biri onun yüzilliklər əvvəl yazılmasına baxmayaraq, insan təbiəti haqqında söylədiklərinin bu gün də aktuallığını qoruması oldu. Günah, vicdan, ədalət, sevgi, peşmançılıq və ümid kimi mövzular əsərin hər səhifəsində hiss olunur. Bu baxımdan The Divine Comedy yalnız orta əsr ədəbiyyatının deyil, dünya ədəbiyyatının ən böyük əsərlərindən biri hesab olunur. Əsər bəzən mürəkkəb və çoxsaylı istinadlarla zəngin olduğu üçün diqqətli oxu tələb edir. Lakin göstərilən səbr öz bəhrəsini verir. Çünki kitab yalnız bir dövrün düşüncə tərzini deyil, insanın özünü anlamaq cəhdini də əks etdirir. The Divine Comedy mənim üçün sadəcə bir klassik deyil, həm də insan ruhunun və mənəvi axtarışının möhtəşəm poetik təsviri oldu. Bəzi kitablar zamana məğlub olur, bəziləri isə əsrlər keçsə də öz gücünü qoruyur. Dante Alighierinin bu əsəri məhz ikinci qrupdandır. 8/10
İlahi KomedyaDante Alighieri · Alfa Yayınları · 2021239 okunma
Reklam
9/10
·240 syf.··
Beğendi
·
2026 19. kitabı
·
11 günde okudu
·
Okunma: 13 Haziran 2026 00:18
Kitabı oxuyub bitirdim, çox bəyəndim və bu haqda fikirlərimi yazmaq istədim; çalışdım ki, bacardığım qədər qısa tutum. Prometheus filmində eşitdiyim "Cəhənnəmdə hökm sürmək, cənnətdə xidmət etməkdən yaxşıdır" sözü, məni Con Miltonun İtirilmiş Cənnət əsərinə aparan ilk addım oldu. Kitab oxumaq öncələri sıxıcı olsa da, daha sonra çox daha axıcı oldu. Əsəri bitirdiyimdə məni ən çox düşündürən mövzu, insan təbiətinin o böyük çıxmazı oldu: Məcburi bir bağlılıq, yoxsa azad iradə? ​Əsərdə Şeytanın azad iradəyə yanaşması, sərhədləri öncədən çəkilmiş bir mükafat-cəza oyununa şərik olmaq deyil, o oyunun qaydalarını kökündən rədd etməkdir. Tanrı tərəfi, hər şeyin yaxşı qalması üçün mütləq bir nizamı və tabeçiliyi tələb edərkən; Şeytan, Cənnətin gətirdiyi o hazır rahatlıqdan imtina edir və başqasının yazdığı ssenaridə iradəsiz bir varlıq olmağı qəbul etmir. Bu baxımdan, kitabda təsvir olunan Şeytan obrazını Yevgeni Zamyatinin "Biz" əsərindəki I-330 xarakterinə çox bənzədirəm; hər ikisi mütləq və məcburi bir nizamın gətirdiyi "xoşbəxtlikdən" imtina edərək, fərdi azadlığın xaosunu seçən üsyankarlardır. ​Adəm üzərindən qurulan azad iradə anlayışı isə tam bir ziddiyyətdir. Tanrı insana ağıl və məntiq verib onu seçimlərində sərbəst buraxdığını söyləyir; ancaq nəyin yaxşı, nəyin pis olduğuna öncədən yenə özü qərar verir. Əgər bir seçimin sonunda ağır cəzalar gözləyirsə, orada gerçək bir azadlıqdan bəhs etmək çətindir. Üstəlik, Başmələk Mikayılın Adəmə gələcəkdə nəslinin çəkəcəyi acıları göstərdiyi hissədə bu ədalətsizlik daha da dözülməz bir hal alır. Bir nəfərin səhvini hələ doğulmamış məsum nəsillərin ödəməsi hansı ədalət sisteminə uyğundur? Günahın irsi olduğu bir nizam quran güc gerçəkdən "ədalətli" sayıla bilərmi? ​Miltonun bu əsəri tamamilə Xristianlığın "İlk Günah" (Original Sin)
Kayıp CennetJohn Milton · Pegasus Yayıncılık · 20151,443 okunma
Puan vermedi·636 syf.··
2025 13. kitabı
yalan demiyecem oxuyarken ureyim sixildi cox darixdirici geldi mene cunki klassika sevmirem(( Əsərin baş qəhrəmanı Rodion Raskolnikov adlı gənc tələbədir. O, kasıblıq içində yaşayır və dünyanı dəyişmək üçün “xüsusi insanlar”ın cinayət etməyə haqqı ola biləcəyini düşünür. Bu fikirlə yaşlı sələmçi qadını öldürür. Ancaq cinayətdən sonra vicdan əzabı, qorxu və psixoloji gərginlik onun həyatını cəhənnəmə çevirir. Sonunda o, Sonya adlı saf və imanlı bir qızın təsiri ilə cinayətini etiraf edir və cəza çəkmək üçün Sibirə sürgün edilir. Orada isə yeni bir mənəvi doğuluş yaşayır. Əsərin əsas mövzuları: Vicdan və günah Ədalət və cəza İnsan psixologiyası Yoxsulluq və sosial ədalətsizlik Sevgiylə mənəvi dirçəliş
Cinayət və CəzaFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2013194,3bin okunma
10/10
·1724 syf.··
Beğendi
·
2026 7. kitabı
·
53 günde okudu
·
Okunma: 23 Nisan 2026 13:04
Viktor Hüqonun ölməz əsəri olan "Səfillər" dünya ədəbiyyatının ən möhtəşəm və ən çox oxunan romanlarından biri, 1800 səhifəlik əsər və unudulmaz bir səyahət...1862-ci ildə nəşr olunan bu əsərlə məncə Viktor Hüqo fıransız ədəbiyyatını zirvələrə daşıdı.. Roman, XIX əsr Fransa cəmiyyətindəki sosial bərabərsizliyi, yoxsulluğu və ədalət sisteminin çətinliklərini ön plana çıxarır..Bu əsər barədə şərh yazanda çətinlik çəkirəm, çünki hardan başlayım harda bitirim bilmirem o qədər inanılmaz və möhtəşəmdiki her bir seifesi her bir cümlesi həyat dersidi..Hüqo "Sefillər"lə demək istəyir ki, cəmiyyət insanları mühakimə etmək yerinə, onları bu vəziyyətə salan səbəbləri cahillik, yoxsulluq kimi ədalətsiz qanunlararadan qaldırmalıdır. Sevgi və fədakarlıq dünyanı xilas edə biləcək yeganə qüvvədir.Əsərdə ən yüksək məhkəmə insanın öz vicdanıdır. Valjanın hər dəfə seçim qarşısında qalanda məsələn, başqasının yerinə özünü təslim etməsi keçirdiyi daxili sarsıntılar göstərir ki, insan yalnız öz vicdanına sadiq qalanda həqiqətən azad olur.Romanın ən güclü tərəfi "qaranlığın içindəki işıq" axtarışıdır. İstər Jan Valjanın daxili mübarizəsi olsun, istərsə də gənclərin barrikadalardakı inqilabı, Hüqo vurğulayır ki, nə qədər zülm olsa da, azadlıq və daha yaxşı bir dünya üçün mübarizə dayandırılmamalıdır...
Sefiller (2 Cilt Takım)Victor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 2025105,3bin okunma
9/10
·372 syf.··
Beğendi
·
2026 17. kitabı
·
13 günde okudu
·
Okunma: 31 Mart 2026 11:12
Sonuncu İstintaq kitabı sadəcə müharibə kitabı deyil, daha çox insanın içində gedən müharibədən bəhs edir. Məncə, burada müharibə arxa fondur, əsas məsələ isə insanın daxili müharibəsidir. Kitabın ən sevdiyim tərəfi isə hadisələri tək tərəfli göstərmir, hekayəyə iki düşmənin gözü ilə baxırıq. Burada fikir anlayışı dəyişir, çünki qarşı tərəf də qorxur, səhv edir. Bu da “düşmən” anlayışını dağıdır və məcbur edir ki, məsələni daha çılpaq görəsən. Kitabda bəyəndiyim hissələrdən biri isə vicdan və seçim üzərində qurulub. Buradakı müharibə insanın kim olduğunu, onun seçimlərində ortaya çıxarır. Heç kəs tam günahsız deyil, sadəcə kimin hansı anda nəyi seçdiyi fərqi yaradır və sonda açıq bir hökm yoxdur. Ədalət anlayışı bulanıq qalır, çünki yazar burada “doğru budur” demir, səni öz içində qərar verməyə məcbur edir. Yəni məsələ müharibə deyil, məsələ sən bu vəziyyətdə olsaydın nə edərdin və bunun bədəlini necə ödəyərdin.
Sonuncu İstintaqVasif Zahidov · Teas Press · 202618 okunma
Reklam
Reklam