Puan vermedi·173 syf.··
2026 17. kitabı
Bəhram Əhməd - “Paramneziya” Bu gün sizə Bəhram Əhmədin "Paramneziya" kitabı barədə danışacam. Bu, yazıçıdan oxuduğum ikinci kitabdır. İlk oxuduğum "Vorkuta əkizləri" pis deyildi, bəyənmişdim. Amma mənə görə, yazıçının bu kitabı birincidən qat-qat yüksək səviyyədədir. Sözsüz ki, zövqlər müxtəlifdir, amma mənim fikrim budur. Bu kitabı mənə hədiyyə edən dostuma təşəkkür edirəm bir daha. Bildiyim qədərilə hal-hazırda satışda yoxdur və tapılması bir az çətindir. Amma təhlilə başlamazdan öncə dərhal bir məqamı vurğulamaq istəyirəm: bu kitabı harda görsəniz, mütləq şəkildə alın və oxuyun. Bu il oxuduğum və sonunda rəsmən "vau" dediyim, heyran qaldığım ən yaxşı kitablardan biridir. Bunu öncədən deyim, biləsiniz. Kitabın mövzusuna gəlincə, qarşımızda kiçik həcmli, bir oturuşa, bir nəfəsə oxuyub bitirə biləcəyiniz hekaye var. Elə buna görə də mövzu haqqında çox ətraflı danışıb, spoiler vermək istəmirəm. Hadisələrin mərkəzində Nərmin adlı bir psixoloq, həyat yoldaşı və övladı dayanır. Kənardan hər şey olduqca normal görünür və standart, sakit bir ailə həyatı sürürlər. Lakin günlərin bir günü onun qəbuluna Sevda adında bir qadın gəlir. Məhz bu görüşdən sonra Nərminin bütün dünyası alt-üst olur. O, öz keçmişinin və yaşadıqlarının görünməyən tərəflərini, gizli qalan əsl həqiqətlərini öyrənməyə başlayır. Sevda xanımın nə danışdığını və bu görüşün Nərminin həyatını necə dəyişdiyini bilmək üçün isə bu kitabı mütləq oxumaq lazımdır. Ümumiyyətlə, mən bu tərz psixoloji triller kitablarını çox sevirəm. Müəllifin məni ustalıqla aldatmasına, kitab boyu ilk səhifədən son səhifəyə qədər böyük bir yalana inandırmasına heyranam. Çünki kitabin sonunda o yalanın əsl üzünü, gizlənən həqiqəti sənə elə çarpıcı ve heyratamiz şəkildə göstərir ki, donub qalırsan. Bir sözlə kitab "tərs köşə" - mən
ParamneziyaBəhram Əhməd · 048 okunma
10/10
·324 syf.··
Beğendi
·
2026 14. kitabı
·
6 günde okudu
·
Okunma: 22 Haziran 2026 12:57
Alex Michaelidesin "Sessiz Hasta" kitabını bitirdim və çox bəyəndim. Kitabın sonuna qədər hadisələrin necə bitəcəyini təxmin etməyə çalışdım, amma sonluq məni tamamilə ters köşə etdi. Açığı, belə bir son gözləmirdim.Kitabın psixoloji tərəfi çox güclü idi. Hadisələr irəlilədikcə personajları daha yaxşı tanıdığını düşünürsən,amma,sonda hər şey dəyişir. Mənə görə hadisələrin bu nöqtəyə gəlməsində ən böyük günah Gabrielin idi.Həm Aliciaya xəyanət etməsi,həm də onun qorxularını ciddiyə almaması faciənin əsas səbəblərindən biri oldu. Sonluğun bir qədər açıq qalması da maraqlı idi.Theonun sonrakı taleyi tam məlum olmur və bu barədə düşünməyə davam edirsən.Ümumilikdə, məni həm düşündürən, həm də təəccübləndirən bir kitab oldu. Psixoloji triller sevənlərə rahatlıqla tövsiyə edərdim. Alex Michaelides Sessiz Hasta
1000Kitap
Sessiz HastaAlex Michaelides · Domingo Yayınevi · 202312,9bin okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Öz'ünü aşmaq üçün
10/10
·372 syf.·
2026 10. kitabı
Kitab Ağalar Məmmədovun çoxsaylı məqalələrinin ümumi toplusundan ibarətdir və açığı, nə bu kitabdan, nə də Ağalar Məmmədovdan xəbərim var idi. Açığı, kitabın kontentindən çox daşıdığı mənəvi dəyəri nəzərə alaraq, 10/10 verməyim qaçınılmaz idi, çünki maraq dairəmə uyğun olaraq hədiyyə olunmuşdu, yəni ki, mənə uyğun və uğurlu hədiyyə idi deyə 10/10 düşür. Əsasən fəlsəfi mövzular əhatəsində qələmə alınıb, ən çox diqqətimi çəkənlər din/islam, ekzistensializm və siyasət mövzuları oldu. İllər əvvəl qələmə alınmış məqalələrin günümüz problemləri ilə səsləşdiyi məqamların çox olması məyus edici idi. Cəmiyyətimizin (müşahidələrimə əsasən) əvvəlki dövrlərə nisbətən daha tolerant olduğunu düşünürəm və bu bir qədər yeni generasiyanın yeni ailə modeli yaratması ilə bağlıdır. "Köhnə düşüncəli azərbaycan kişisi/qadını" yeni generasiyalarla əvəzlənir, zəncirlər qırılır, insanların fərqindəliyi artır. Kitab və filosof barəsində araşdırarkən qarşıma o qədər bir-birinə zidd örnəklər çıxdı ki. Filosofa qarşı münasibət də bir-biri ilə ziddiyyət təşkil edir, ya fikirləri bəyənilir və sevilir, ya da lənətlənir. Düşünürəm ki, bu sırf səsləndirdiyi fikirlərin özü ilə bağlıdır, çünki onlara qarşı neytral qalmaq mümkün deyil və hər insanın həyatının bir dönəmində düşündüyü və ya düşünməli olduğu fikirlərdir. Məsələn, ölüm məqaləsi – məni dərindən sarsan bir məqalə oldu. Ağalar Qut qeyd edir: "Ölüm individualdır, hər kəs özü təcrübə etməlidir." Bildiyin bir faktı kimsə yenidən xatırladanda gözünün önündəki bir şeyi görə bilirsən, gözün açılır. Ölüm üzərinə düşünməkdən qaçırıq, bəzən ölümü xatırladan dindən də qaçırıq, dinə yalnız çarəsizlik anlarında və ya yenə başqa birinin ölümü vasitəsilə üz tutub yada salırıq. Kim öləcəyini xatırladan bir vasitəni həyatının mərkəzinə qoymaq istəyər ki?
AşmaAğalar Məmmədov · Qanun Nəşriyyatı · 201228 okunma
Sevgi, nifrət, şeytan!
Puan vermedi·464 syf.··
2026 2. kitabı
Rus klassik ədəbiyyatından məni həmişə maraqlandıran F.Dostoyevski olub. Kitablarını, əsərlərini gördükcə həmişə alıb, oxumaq istəmişəm. Master və Marqarita əsəri də tələbəlik illərimdə yenidən məhşurlaşmışdı, hamı tərifləyir, bir-birinə tövsiyyə edirdi. Amma uzun təsvirlər, klassik rus ədəbiyyatı nümunəsi olması məni həmişə kitabdan yan qaçırırdı. Bugün oxudum və bitirdim. Bir neçə aydır ki, fasilələrlə oxuyuram. Təqribən iki ay. Məncə bu kitabı başa düşməkçün onu sürətli oxumaq mümkün deyil. Çünki 3 əsas hekayə bir-biri ilə elə incə iplərlə bərkidilib ki, onu yalnız diqqət və səbrlə oxuduqda başa düşmək mümkündür. Əslində sujet xətləri sevgini, həmin dövrdəki rus incəsənəti, ədəbiyyatındakı yolsuzluqları, insanların riyakarlığını, ilahi qüvvələrin cəzalandırma texnikalarını birləşdirir. Master və Margarita isə sevgi nümunəsi kimi əsərin əvvəlindən sonuna qədər davam edir. Lakin bu sevgi də saf, təmiz deyildi. Evli qadın və realist masterin sevgi oyununda dəfələrlə uduzub, qazandığı bir hekayəsi var. Uzun bir yola çıxmaq istəsəniz, oxuyun. Tövsiyyə edirəm.! Master və Marqarita Mihail Bulgakov
Master və MarqaritaMihail Bulgakov · “Əli və Nino” Nəşriyyatı · 201410,1bin okunma
17 yaşından yetkinliyə: Paşanın böyümə hekayəsi
9/10
·392 syf.··
Beğendi
·
2026 14. kitabı
·
5 saatte okudu
·
Okunma: 20 Haziran 2026 19:02
Mahbud Siracinin “Tehranın damları” əsəri ilk baxışda bir sevgi romanı kimi görünür. Lakin romanın dərin qatlarına endikdə onun əslində bir gəncin yeniyetməlikdən yetkinliyə keçidini, həyatın sərt həqiqətləri ilə qarşılaşmasını və daxili dəyişimini görürük. Əsərin baş qəhrəmanı Paşa, romanın əvvəlində Tehranın damlarında dostu Əhmədlə birlikdə gələcək haqqında xəyallar quran, həyatın gözəlliyinə inanan, məsum və xəyalpərəst bir gəncdir. Tehranın damları onun üçün sadəcə bir məkan deyil, azadlığın, ümidin və insanın özünü sərbəst hiss etdiyi bir dünyanın simvoludur. (Mənə görə Dam məfhumu burda göy üzü ilə yer arasındaki o boşluğun gətirdiyi xoşbəxtliyi simvolizasiya edir) Paşanın həyatı Zariyə duyduğu sevgi ilə yeni bir rəng qazansa da, onun həqiqi dəyişimi qarşılaşdığı ağır sınaqlarla başlayır. Doktorun siyasi səbəblərlə həbs edilməsi və ölümü Paşanın dünyaya baxışını dəyişir. O, ilk dəfə anlayır ki, dünya hər zaman ədalətli deyil və bəzən yaxşı insanlar da siyasi sistemin və ictimai şəraitin qurbanına çevrilə bilirlər. Romanın ən təsirli hissələrindən biri xəstəxana bölməsidir. Mənə görə, Paşanın həqiqi böyüməsi məhz burada başlayır. O, yalnız bədənindəki yaralarla deyil, daxilindəki günah hissi, kədər və itki duyğusu ilə də mübarizə aparır. Nənəsi ilə olan söhbətləri vasitəsilə həyatın hər zaman insanın istədiyi kimi davam etmədiyini, bəzi itkilərin qəbul edilməli olduğunu və insanın bütün ağrılarına baxmayaraq yoluna davam etməli olduğunu anlayır. Əsərdə məktəb mühiti də diqqət çəkən məqamlardandır. Məktəb cəmiyyətin kiçik bir modeli kimi göstərilir; burada güc münasibətləri, qaydalar və insanın öz fikrini ifadə etmə mübarizəsi görünür. Bu təcrübələr də Paşanın ədalət anlayışının formalaşmasına təsir edir. Mənim fikrimcə, “Tehranın damları”nın ən
Tehranın DamlarıMahbod Serajı · Qanun Nəşriyyatı · 2021607 okunma
9/10
·480 syf.··
2026 130. kitabı
Pavese heç vaxt bu sətirlərin çap olunacağını düşünməyib. O, sadəcə özüylə danışır, öz ağrısını, öz çaşqınlığını kağıza tökür. Və ən pisi odur ki, mən bu sətirləri oxuyarkən artıq onun sonunu bilirəm – 1950-ci ildə, bu gündəliyi bitirəndən az sonra o, özünə qəsd edəcək. Yəni mən əlimdə tutduğum bu kitabda, sanki bir insanın ölüm hökmünü öz əliylə yazdığı gizli bir etirafnaməni oxuyuram. Bu, insanı çox qəribə bir hala salır. Mənə elə gəlir ki, Pavese üçün “yaşama uğraşı” ifadəsi məhz bir “zanaət”dir, “məşğuliyyət”dir. O, yaşamağı sanki bir peşə kimi görür: səhər durub işə getmək kimi, nəfəs almağı, sevməyi, yazmağı bir əmək kimi qəbul edir. Amma burada faciəvi bir ziddiyyət var – o, bu peşəni sevmir, buna qabiliyyəti olmadığını düşünür, amma yenə də hər gün durub o işi görməyə çalışır. Düşünürəm ki, məhz bu ziddiyyət onu yazmağa məcbur edir. Əgər həqiqətən yaşamağı bacarsaydı, bu gündəliklər heç vaxt olmazdı. Kitab boyu onu iki şeyin arasında parçalandığını görürəm: bir tərəfdə intihar düşüncəsi, o biri tərəfdə isə duyğulara, təbiətə, yazmağa olan bağlılığı. O, dağlara, tənhalığa, kənd həyatına vurğundur, amma şəhərdə, insanların arasında boğulur. Sevgi məsələsinə gəldikdə isə, məncə Pavese öz xoşbəxtliyinin ən böyük düşmənidir. O, qadınları elə bir ideala çevirir ki, heç bir canlı insan bu ideala çata bilməz. O, sevgini bir “məsələ” kimi həll etməyə çalışır, amma sevgi həll olunacaq bir tənlik deyil. Və bu uyğunsuzluq onu hər dəfə daha da kədərləndirir. Ən çox onun özünə qarşı olan amansız dürüstlüyünə heyran qalıram. Pavese heç vaxt özünü yaxşı göstərməyə çalışmır. O, qorxaqlığını, eqoizmini, acizliyini çılpaq şəkildə ortaya qoyur. Elə bil deyir: “Baxın, mən bu qədər zəifəm, bu qədər səhv edirəm, amma bəlkə də bu zəifliklərimi yazmaq mənim yeganə qurtuluşumdur”.
Yaşama UğraşıCesare Pavese · Can Yayınları · 20212,597 okunma