Pərviz Seyidli - ‘Məktublar arxasında’
Bu kitabı mənə 2025-ci ildə əziz dostum Tural hədiyyə etmişdi. Elə o vaxt oxuyub çox bəyənmişdim, hətta keçən il oxuduğum ən möhtəşəm 10 kitab arasında idi. Bu gözəl kitaba görə həm dostuma, həm də yazıçıya təşəkkür edib keçirəm təhlilə.
Sakit həyat tərzi sürən və insanları sanki bir kitab kimi oxumağı bacardığını düşünən bir yazıçı təsəvvür edin. Günlərin bir günü qadın həbsxanasından bir məktub alır. Məktubu yazan qadın müəllifin sadiq bir oxuyucusu olduğunu, kitablarının ora qədər gedib çıxdığını və çox sevildiyini deyir. Bu sirli qadının kimliyi yazıçımıza o qədər maraqlı gəlir ki, onların məktublaşması aylarla davam edir. Nəhayət, həmin qadın əfvə düşüb azadlığa çıxır və birbaşa yazıçının ünvanına gəlir. Ondan çox ciddi bir məsələdə kömək istəyir. Bax, əsl hadisələr də məhz bu xahişdən sonra başlayır. Bundan sonrasını danışıb spoiler vermək istəmirəm, sadəcə oxuyun - deyirəm.
İlk səhifələrdən kitab oxucunu ələ almağı bacarır. Yazıçının yerli ədəbiyyatımızda bəlkə də çox az rast gəldiyimiz o çox şirin və səmimi cümlə qurmaq bacarığını dərhal hiss etmək olur. Qurulan cümlələr oxucunu mövzuya daha çox bağlayır. Mən deyərdim ki, bu cür əsərlər oxucuda yerli ədəbiyyata qarşı böyük bir həvəs və maraq oyadır. Kaş ki, bu tərz kitablarımızın sayı çox olsun.
Yazıçının söz bazasının genişliyi hər sətirdə özünü büruzə verir. Bəzi məqamlarda dayanıb öz-özümə deyirdim ki, "doğrudan da, bir fikir necə bu qədər səlis və gözəl ifadə oluna bilər?". İnsanı "bu cümləni necə düşünüb, necə qurub?" deyə düşündürən bir peşəkarlıq var ortada. Bu mədəni və səliqəli fikirləri oxuduqca adamın içindən "vau, yazıçı nə gözəl deyib" demək keçir. Hələ o möhtəşəm alıntılar, bənzətmələr, metaforalar - zövq ala-ala oxuyurdum. Bəzi cümlələri oxuyanda dayanıb