Təəssüf ki tamamilə doğrudur
Valideynlər!- Famil, başını yellədi- bu tamamilə dərin mövzudur. Ancaq məncə onların hamısı yalançıdır ! " İnsanı hər halı ilə qəbul edəcək tək insan onun valideynləridir !" Bu, valideynlər haqqındaki ən uydurma yalandır. Valideyn səni olduğun kimi qəbul edəcək son insandır ! Davamlı olaraq dəyişəcəyinə ümid edər. Doğulduqdan sonra belə həyatına bir ceninin ana bətnindəki vəziyyəti kimi davam etməyini gözləyər. Sakit, nə versən onunla razılaşan və qane olan, heç bir əlavə istəyi və ya etirazı olmayan bir varlıq. Əgər dediklərinin əksinə getsən böyük ümidlə yanıldığını anlayacağın günü gözləyərlər. Və əgər getdiyin yolda uğur qazansan buna heç vaxt tam olaraq sevinməzlər. Bunu onların hər baxışında sezə bilərsən !
Yucin bu qızın qəlbini öyrənmək istəyirdi. Doğrudanmı o bu qədər dərin düşünür, onun bu qədər incə duyğuları var? Doğurdanmı onda bu qədər şairanə ruh vardı ki, təbiət onun üçün bu qədər mənalı olmuşdur?
Sayfa 564·Kitabı okuyacak
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Düşün və yaşa
Düşünməyə dəyər bir həqiqətdir ki, hər bir insan digər insan üçün dərin bir sirr və müəmmadır.
Nəhayət, Oliver elə dərin, rahat və şirin yuxuya getdi ki, bu cür yuxu, adətən, insana lap yaxın bir vaxtda keçirdiyi dərin sarsıntı və əzabdan sonra gələ bilir, bu cür sakit və şirin yuxunun pozulması özü də bir əzabdır. Əgər ölüm də belədirsə, kim o şirin yuxudan ayılıb yenidən bu həyata qayıtmaq istərdi, keçmişin acı xatirələrini yada salmaq, bugünün əziyyət və qayğılarına dözmək, gələcəyə qorxu və həyəcanla baxmaq üçün kim yenidən ayılıb mübarizə meydanına girmək istərdi?!
Sayfa 90 - Yazıçı Nəşriyyatı·Kitabı okuyor
"Unuda bilmirəm" pyesindən...
... «Mən çox əziyyətlər, çox əzablar çəkmişəm. Lakin heç bir zaman öz taleyimə acımamışam. Heç bir zaman «ah» çəkməmişəm! Süfrəmə qoyduğum halal çörəyimə heç vaxt naşükürlüklə baxmamışam. Mən heç vaxt yadlara boyun əyməmişəm. Mən həmişə dərin bir ləyaqətlə hiss etmişəm ki, həyatın ən böyük gözəlliyi, ən böyük mənası mərdlikdə, alnıaçıq olmaqdadır. »
Sayfa 225·Kitabı okuyor
Alıntı
Xoşbəxtlik bəzən çox dərinə gedib,düşünmədən edilən ürəkli addımlardadır.
Sayfa 198·Kitabı okudu