Puan vermedi·70 syf.··
2026 29. kitabı
Əsərdəki baş qəhrəmanımız olan Feniçka, 19-cu əsr avropasında, ortalama bir qadından tələb olunanların əksinə, yalnız başına səyahət etməyi, kafelərə və teatrlara tək başına getməyi, intellektual cəmiyyətdə var olmağı və cəmiyyətdəki qadından gözlənilən bütün cinsiyyət ayrımlarını rədd edən güclü, biraz da dəlisov bir obrazdır. O bir gün, Parisdəki səyahəti sırasında təsadüfən, ixtisasca psixoloq olan, mühafizəkar düşüncəli, Max Verner ilə rastlaşır. Max ilk başda Feniçka haqqında, mənfi düşünsə də, daha sonra ikilinin arasındaki dostluq artdıqca, həm Max Verner'in Qadınlara olan baxışı, həm də Feniçkanın insan münasibətlərinə olan görüşü tamamilə dəyişəcəkdir. Məncə oxumağa dəyər əsərdi, lakin Salome'nin ən yaxşı əsəridir demək olmaz. Bilirsiz ki, Salome Nietzsche, Rilke və Freud kimi adamları barmağında oynatmış biridi, ondan daha yaxşısını gözləyərdim, biraz gözləntimin altında qaldı.
FeniçkaLou Andreas-Salomé · Türkiye İş Bankası Kültür Yayınları · 20169,5bin okunma
7/10
·164 syf.··
2026 18. kitabı
·
7 günde okudu
·
Okunma: 20 Haziran 2026 10:27
Kitabda ən çox xoşuma gələn cəhət müxtəlif şəxslərin həyatında və onların yaradıcılıqlarında yeriməyin oynadığı rolla yaxından tanış olmaq oldu. Nitşedən Qandiyə qədər bir çox şəxsin düşüncə dünyasına yeriməyin necə yoldaşlıq etdiyini görmək yaradıcılıq və fiziki hərəkət arasındakı əlaqə haqqında yenidən düşünməyə vadar edir. Mənim üçün ilham verici oldu. Bununla belə, kitabın bəzi hissələrində eyni marağı qorumaqda çətinlik çəkdim. Müəllifin öz düşüncələrini ifadə etdiyi esselər zaman keçdikcə məndə təkrar hissi yaratdı. Kitabın əvvəlində fikirlər təsirli görünsə də, sonrakı bölümlərdə fərqli nümunələr və ifadələr vasitəsilə eyni məzmunun yenidən təqdim olunduğunu düşündüm. Bu səbəbdən əsər mənim üçün güclü başlanğıcdan sonra müəyyən qədər ritmini itirdi. Bütün bunlara baxmayaraq, kitab adi görünən bir fəaliyyətin – yeriməyin – azadlıq, təfəkkür və yaradıcılıqla nə qədər sıx bağlı olduğunu göstərən və oxunmağa dəyər bir kitabdır.
Yürümenin FelsefesiFrédéric Gros · Kolektif Kitap · 20179,1bin okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
9/10
·80 syf.··
2026 1. kitabı
Lev Tolstoyun “İnsan Nə ilə Yaşayır?” adlı əsəri təkcə bir hekayə deyil, həm də insanı sevgi, mərhəmət və həyatın mənası haqqında dərin düşüncələrə sövq edən dəyərli bir əsərdir. Əsər oxucunu insanlığın əsl mahiyyəti və sevginin gücü barədə düşünməyə vadar edir. Kitab Tanrı, sevgi və mərhəmət kimi ali dəyərləri sadə, lakin təsirli şəkildə qeyd edir. Əsərdən aldığım əsas nəticə odur ki, insanı insan edən ən böyük dəyər sevmək, mərhəmətli olmaq və başqalarına yaxşılıq etməkdir. Buna görə də bu əsər mənəvi dəyərləri və insanlığın əsl mənasını anlamaq baxımından çox təsirli və düşündürücü bir əsərdir. Əsəri bəyəndim, hər kəsin oxumasını tövsiyə edirəm :) Lev Tolstoy İnsan Nə İlə Yaşayır?
1000Kitap
İnsan Nə İlə Yaşayır?Lev Tolstoy · Qanun Nəşriyyatı · 2020234,5bin okunma
Şah əsərə yaraşmayan yarımçıq sonluq
10/10
·58 syf.··
Beğendi
·
2026 23. kitabı
·
24 saatte okudu
·
Okunma: 13 Haziran 2026 15:30
Spoiler ola bilər. Sveyqin oxuduğum ən sürətli və sürükləyici əsərlərindən biridir. İnsanın tək qalanda öz beyninin içində necə itdiyini çox sadə dillə izah edib. Kitaba tam bal verirəm, çünki oxuyarkən adamı tamamilə içinə çəkir və bir nəfəsə oxunulacaq kitabdır. Tək tənqidim isə sonluğu ilə əlaqəlidir. O qədər gərginlikdən və böyük gözləntidən sonra sonluq mənə bir az məntiqsiz gəldi. Dr. B.nin o qədər əziyyətdən sonra belə asanlıqla geri çəkilməsi hekayənin böyüklüyünə tam olaraq yaraşmadı. Sanki yazıçı kitabı tələsik yazıb bitirməyə çalışıb. Yenə də oxumağa və xeyirli vaxt keçirməyə dəyər.
Düşünce
SatrançStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2025279,6bin okunma
Sahil kənarında etiraf
9/10
·196 syf.··
2026 13. kitabı
Həm hekayənin daha da dərinləşməsi, həm də obrazların hisslərinə nəzər salması məni olduqca şad etdi. Bu səbəbdən əslində qiymətim 4.5☆-dur. Lakin burda yarım bal vermək olmur, təəssüf ki. Obrazımız ölü bir bədənə keçən bir canlı olsa da, artıq insani dəyər və duyğuları anlamağa, iliklərində hiss etməyə başlayıb. Bunu son bölümdə görmək mümkündür. Yoshiki ilə danışanda sevgidən bəhs etməsi elə bunun ən böyük nümunəsidir. O bir hissə sahibdir ki, ona zərər verməkdən çəkinir və beləcə dağlara geri qayıtmaq istəyir. Biz də eynilə Hikaru kimi sevdiklərimiz üçün daha yaxşısı oldusun deyəv ya qorumaq məqsədli özümüzü uzaqlaşdırırıq. Bu nə qədər ağrılı bir prosses olsa da, bəzən edəcək başqa bir seçim şansı qalmır insanın əlində. -"An' I— well, being with you has been so much fun... I might just be subatitute fer Hikaru but— you've done so much fer me. I love you, Yoshiki. I don't know what this feelin' is, if it's romantic love or platonic love. But no matter what, that's how I feel."—Hikaru
光が死んだ夏 5 [Hikaru ga Shinda Natsu 5]Mokumokuren · 角川 [Kadokawa] · 202442 okunma
Tarixin Dönüş Nöqtələri: Bəşəriyyətin Ulduzlu Saatları
7/10
·405 syf.··
2026 22. kitabı
·
10 günde okudu
·
Okunma: 12 Haziran 2026 12:06
Spoiler ola bilər. Kitabı bütövlüklə götürəndə maraqlı idi. Tarixi quru faktlar kimi deyil, maraqlı hekayələr kimi danışması xoşuma gəldi. Xüsusilə də İstanbulun fəthindəki o balaca Kerkaporta qapısı detalı və Vaterloo döyüşündəki marşal Qrouşinin tərəddüdü həqiqətən insanı valeh edir. Kiçik görünən şeylərin tarixin gedişatını necə dəyişdiyini görmək çox qəribə bir hissdir. Amma sırf subyektivliyinə görə 7 bal verdim. Sveyq hadisələri bəzən çox dramatikləşdirir, hekayə daha maraqlı alınsın deyə reallığı bir az şişirdir. Yenə də ümumi dünyagörüşünü artırmaq üçün oxunmağa dəyər.
Duygu ve Düşünce
İnsanlık Tarihinin Yıldızının Parladığı AnlarStefan Zweig · Dekalog Yayınları · 20216,8bin okunma