Oxuduğunuz ən güclü kitabın adını yazın.
Kitab tövsiyələrinizi qeyd edin, zəhmət olmasa; oxumağa dəyər hesab etdiyiniz əsərləri yazın. Təşəkkür edirəm. 📚
Məsuliyyət, Əxlaq və İnancın Sosioloji Harmoniyası ​Müştərək bir həyatı paylaşmaq sadəcə fiziki olaraq eyni məkanı bölüşmək deyil; bu, qarşılıqlı hüquq və vəzifələrin doğurduğu görünməz bir sosial müqavilədir. Cəmiyyətlərin varlığı və gələcəyi fərdlərin bu müqaviləyə — yəni bir-birlərinə qarşı olan mənəvi və hüquqi öhdəliklərinə — nə dərəcədə sadiq qalmasından asılıdır. İnsanın başqasının azadlıq sahəsinə və haqlarına hörmət etməsi daxili dünyasında "vəzifə" və "haqq" anlayışlarını müqəddəs bir dəyər kimi qəbul etməsi ilə başlayır. ​Lakin insan psixologiyası, təbiəti etibarilə, fərdi ehtirasların, sonsuz istəklərin və eqoizmin təsiri altına düşməyə meyillidir. Belə anlarda fərd öz şəxsi mənafelərini kollektivin maraqlarından üstün tuta bilir. Məhz bu məqamda fərdi maraqları cilovlayacaq, insanı öz ambisiyalarından uzaqlaşdırıb başqalarının haqlarına hörmət etməyə sövq edəcək ali bir daxili qüvvəyə — mənəvi bir tənzimləyiciyə ehtiyac yaranır. Sosial tarixdə bu rolu ən effektiv şəkildə icra edən fenomen məhz dindir. ​Kollektiv yaşamın qaçılmaz reallığı fərdlərin ortaq əxlaq normaları ətrafında birləşməsini zəruri edir. Çünki cəmiyyəti təşkil edən fərqli xarakterləri sarsılmaz və səmimi bir bağla bir arada tutan yeganə mənəvi bünövrə — əxlaqi yetkinlikdir. Əgər bir cəmiyyətdə fərdlər yüksək əxlaqi prinsipləri mənimsəyərlərsə, aralarındakı münasibətlər mexaniki qaydalardan çıxıb qarşılıqlı hörmət və daxili anlaşma müstəvisinə keçər. Bu isə sosial parçalanmaların qarşısını alaraq cəmiyyəti həqiqi bir daxili hüzura və kollektiv rifaha aparar. ​Nəticə etibarilə, sosial həyatın təməli olan əxlaq sisteminin dayanıqlı olması üçün onun mütləq şəkildə sağlam bir bünövrəyə söykənməsi şərtdir. Yaxşı ilə pisi, doğru ilə yanlışı sadəcə nisbi maraqlara görə deyil, obyektiv şəkildə
Ahlâk
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Bəzilərinizin çoxdandır gözlədiyi və elə həmin insanlar üçün maraqlı hesab etdiyim bir məsələni sizinlə bölüşmək istəyirəm. İkinci kitabım bu yay işıq üzü görəcək. Hələ Azərbaycanda olarkən yazdığım ilk kitabım "Halqa"nı 500 nüsxədə çıxarıb hamısını satmışdım. Mövzu ölkə reallığı üçün çox həssas olduğuna görə çətinliklərlə üzləşmiş, bütün nəşriyyatlardan imtina cavabı almış və məcbur qalıb yeraltı mətbəələrin birində çap etdirmişdim. Ölkədən çıxışıma da məhdudiyyət qoymuşdular, güc-bəla ilə götüzdürüb aradan çıxa bilmişdim. Mövzu: ölkədəki sosial problemlər, ilahi ədalət, seçki saxtakarlığı, Azərbaycan insanının salındığı vəziyyət Bilirəm ki, ikinci kitabımı da yenə ən azı iki yüz nəfər alıb oxuyacaq. Elə bu özü mənim üçün nəyə desən, dəyər. İkinci kitabda birincidən fərqli olaraq, ölkəni tərk etdikdən sonra gördüklərim, düşündüklərim və hiss etdiklərimi yazmışam. Budəfəki mövzu: Yadlıq və bu yadlığın insan xarakterini necə dəyişdirməsi, internet kimliyi ilə real insan arasındakı uçurum, azadlığı əldə etdikdən sonra yaranan mənəvi boşluq, insanın tək qalanda üzləşdiyi psixoloji dilemmalar. Kimə maraqlıdırsa və alıb oxumaq istəyirsə, rəyə yazar. Birinci kitabda etdiyimiz kimi, kart hesabı paylaşacam və kitabı almaq istəyənlər ödəniş edəcəklər. Yəni kitab özü özünü maliyyələşdirəcək. P.S. Birinci kitabı ikinci nəşrdə tələbələrə pulsuz paylamışdıq. Yoldaşlardan biri əlli tələbənin kitab ödənişini etmişdi. Bu kitab isə həm Azərbaycan, həm də Fransa oxucularına təqdim olunacaq. Ümid edirəm ki, uğur qazanacağıq. Dəstəyinizi gözləyəcəm. Hətta rəy yazıb paylaşmağınız və daha çox insanın qarşısına çıxmasına vasitəçilik etməyiniz də böyük köməkdir❤️
Nədənsə hər şeyin hay-küylü, reklam olunan variantına öyrəşmişik bir az... Kiməsə dəyər verməyin də mütləq gözəbatan və gurultulu olması lazımdır, elə bilirik. (aha, gözəldir, amma hər zaman səmimi deyil, bəzən də uyğun deyil, bu versiya)... Amma bəlkə də ən əfsəli heç kimin xəbəri olmadığı o sakitlikdədir..Həm də sağlam xarakter formalaşdırır, məncə, bu duruş. Heç bir tərif ummadan, görünmədən ,heç bir minnət qoymadan, davamlı olaraq bir insanın yaxud insanların yanında olmaq, yəni "mikro qəhrəmanlıq"... Yəni heç bir təşəkkür davası etmədən, daxili bir vəfa ilə dəryada bir damla misalı olmuş olsan belə...
İnsan ən çox hər gün gördüyü şeyə qarşı korlaşır. Çünki insan beyni ən böyük möcüzələri belə zamanla “adi” qəbul etməyə başlayır. Ən sevdiyin mahnını düşün. İlk dəfə dinləyəndə səni başqa bir yerə aparırdı. Hər sözü içində nəyəsə toxunurdu. İndi isə bəzən mahnının bitdiyini belə hiss etmirsən. Çünki öyrəşmisən. Və ən ağrılı tərəfi budur ki, bu korluq ən çox insan münasibətlərində özünü göstərir. Bizə dəyər verən insanları zamanla otaqdakı hava kimi qəbul edirik. Onlar var deyə rahat nəfəs alırıq, amma varlıqlarını hiss etmirik. Ta ki o hava dəyişənə qədər… Ta ki o insan səssizcə uzaqlaşana qədər… Nəfəs alanda havanın varlığını hiss etmədiyimiz kimi, bəzi insanları da yalnız yoxluqlarında hiss edirik. Və məhz o an anlayırıq ki, məsələ onların adi olması deyildi. Sadəcə biz baxa-baxa görməyi unutmuşduq.
Bəzəkli Qəfəslər: Sənət və Din Qadını Necə Həbs Etdi?
Bəşər tarixi boyunca qadın varlığının ətrafında keçilməz divarlar kimi hörülən namus, ismət və qeyrət kimi anlayışlar heç vaxt təsadüfi bir mənəvi ehtiyacdan doğmadı. Bunlar minilliklər ərzində ən kiçik detalı belə unudulmadan, həssaslıqla inşa edilən nəhəng bir nəzarət sisteminin görünən, qanuniləşdirilmiş və müqəddəsləşdirilmiş üzləri idi. Bu sistem qadını yalnız fiziki zəncirlərlə küncə sıxışdırmaqla kifayətlənmədi. O, insan ruhunun ən ali qatlarına - düşüncəyə, dinə, mifologiyaya, sənətə, estetikaya və hətta sevginin özünə belə sızaraq qadını daxildən ram etməyə çalışdı. İnsanlığın bu məsələdəki ən qorxulu tərəfi qadına qarşı sadəcə qəddar olması deyil, həm də bu qəddarlığında ağlasığmaz dərəcədə yaradıcı olmasıdır. Onu məhdudlaşdırmaq üçün quru qanunlar yazmaqla yetinməyib, qanlı mifologiyalar uydurdu, dinləri patriarxal maraqlara uyğun yozdu, şeirlər qoşdu, heyranedici rəsmlər çəkdi və hətta bədəni deformasiya edən modalar icad etdi. Ən acınacaqlısı isə odur ki, bütün bu zəncirlər dünyaya gözəllik, fədakarlıq, əxlaq və müqəddəslik adı altında, olduqca cəlbedici və etirazı qeyri-mümkün edən bir qablaşdırmada təqdim olundu. Hər şey ibtidai dövrlərin sərt fiziki güc hökmranlığı ilə başladı. İnsanlığın şəfəqində həyatda qalmaq birbaşa ov, savaş və vəhşi təbiətdən müdafiə kimi fiziki üstünlük tələb edən amillərə sıx bağlı idi. Kişinin bu bioloji əzələ üstünlüyü, zaman keçdikcə sadəcə bir fiziki fərq olaraq qalmadı, sistemli bir sosial hakimiyyətə çevrildi. Qadının hamiləlik, doğum və övlad böyütmə dövrlərindəki təbii həssaslığı isə bu sistem tərəfindən bir bioloji imtiyaz və ya həyatın davamı üçün zərurət kimi deyil, bir zəiflik və asılılıq faktoru kimi istifadə edildi. Beləcə, ilk qanun ilk yumruğun kölgəsində, "güclü olan haqlıdır" prinsipi ilə şüurlara qazındı.
1000Kitap