İnsanların bir-birini sevməsi nəyə desən,
dəyər! Məhəbbət dünyada olan şeylərin ən möcüzəlisi, həm də ən sadəsidir. Bunu mən bu gün, gecə əriyib çiçək açan kollara dönəndə, küləkdən çiyələk ətri gələndəduydum və bildim ki, sevməyən adam bu dünyaya məzuniyyətə gəlmiş ölüdür. Onun da quruca adı, doğulduğu ayı, ili var, vəssalam... Sevməyən adam üçün, əslində, ölüm yaxşıdır.
“ Var-dövləti dəyər hesab etmirəm, əsl dəyər ağıldır. Yəni zadəganlığı da bu cür görürəm. Yuxarı təbəqə pozulduqda enir və aşağıya çevrilir; aşağı təbəqə özünü maarifləndirdikdə və yüksəlməyə can atdıqda isə yuxarıya çevrilir. Bu, sadəcə olaraq, təbiətin qanunudur...”
‘’ … Lakin çirkab arasında yaşayan müqəddəslər isə əsl möcüzədir! Elə bu möcüzə xatirinə yaşamağa dəyər! İyrənc haqsızlıq mühitindən doğan yüksək əxlaqi idealı görmək, böyümək və hələ də çirklə örtülmüş gözlərinlə gözəlliyinin ilk əlamətlərini: zəiflikdən, əxlaqsızlıqdan, miskinlikdən və heyvani kobudluqdan həm qüdrət, həm də mənəvi nəcibliyin doğduğunu görmək lazımdır.’’