Geri döndü: otaq, çamadanlar, bir-iki başqa şey, bir qucaq köhnəlmiş, oxumaqdan
didik-didik olmuş kitab... Kişiyə yaşamaq üçün çox şey lazım olmur. Belə
qarmaqarışıq zəmanədə çox şeyə öyrəşmək yaxşı deyil. Ya atıb gedirsən, ya da özünlə aparmalı olursan. Getmək isə hər gün gözlənilirdi. Tək yaşamağının da
səbəbi bu idi. Yola çıxanda, gərək, səni burada saxlayan heç nə olmasın, ürəyinin
yarısı qalmasın.