Mənim bir rəsm dəftərim var. Onun adını "Ağlasığmaz aləm" qoymuşam. Mən həmişə xəyalımda canlandırdığım, amma həyata keçəcəyinə heç vaxt inanmadığım hadisələrin rəsmini ora çəkirəm. Burada oturduğum zaman içimdən keçənlər bu oldu: kaş "Ağlasığmaz aləm" adlı rəsm dəftərim indi yanımda olaydı. Həmin dəftərimə çəkdiyim xəyali mənzərələrin reallıq olduğuna inanıram.
Elə həmin anda qərara gəldim ki, dəftərdə çəkə biləcəyim ən çılğın, ən qəribə və inanılmaz rəsm özümü çəkməyim olar.
Biznes sahəsində olanların çoxunun anlamadığı həqiqət bundan ibarətdir ki, belə məsələlər xərcləri budamaqla həll olunmur. Əməkdaşlara qayğı ilə yanaşmağa artıq xərc kimi deyil, rəhbərlərin ağlına belə gəlməyəcək böyük enerji mənbəyi yaratmaq potensialı kimi baxmaq lazımdır.
Göbeklitəpə ərazisi XX əsrin 60-cı illərində İstanbul və Çikaqo arxeoloqları tərəfindən kəşf edilmiş, lakin arxeoloji qazıntılara 1995-ci ildə alman arxeoloqu Klaus Şmidtin rəhbərliyi ilə başlanılmışdır. Şmidt nəinki qazıntı aparmış, həm də qazıntıya rəhbərlik etmiş, bu işə, bütün Göbəklitəpəyə ürəyini qoymuşdur. İşə necə yanaşmasını öyrəndikcə isə peşəkarlığına və insanlığına heyran olursan. Bu yerin necə, nə cür, hansı dəyərdə olduğunu bilən adam qazıntıların birdən deyil, aramla aparılmasını bildirmiş, hətta vəsiyyət edərək bunun özündən sonrakı nəsillərə pay qalmasını istəmişdir. Mən belə fədakarlıqlar qarşısında çox həssasam. Deməli Göbəklitəpə nəinki tarixin sıfır nöqtəsi, həmçinin eqo və təkəbbürün yox olduğu yerdir.