Vaxt keçəcək, dövr edəcək,
Qan-qadalı hərb bitəcək,
Yağıları qovacağıq bu torpaqdan.
Mütləq geri alınacaq
Şuşa, Ağdam,
Geri alacağıq
Kəlbəcəri,
Laçını da,
Qarabağa bütün
Yollar açılacaq.
Hərb bitəcək, ağrıları
Göynədəcək zaman-zaman.
Övladları həlak olan
Analarsa bu dəhşətə
Dözməyəcək...
Hərb bitəcək,
Amma onun üstümüzdən
Getməyəcək kölgələri.
Görən necə böyüyəcək
Məmləkətin yüzlər ilə, minlər ilə,
Yetim-yetim körpələri?..
Neyləyəcək sevdiyini
Qurban verən sevgililər?..
Qəlblərində həsrət, qübar,
Nə vaxtacan qara geyib
Ağlayacaq nişanlılar?..
Hərb bitəcək, ağrıları
Odlayacaq sinəmizi...
Şəhidlərin göynəkləri
Kəsməyəcək...
"Eskiden dünyadaki en tuhaf insan olduğumu düşünürdüm ama sonra düşündüm ki dünyada çok fazla insan var, bu yüzden benim gibi bazı açılardan tuhaf hisseden ve defolu olan birileri olmalı. Onu hayal edebilirdim ve aynı şekilde onun da beni hayal ettiğini. Eh, umarım oralarda bir yerdeysen ve bunu okuyorsan bil ki, evet, doğru, ben buradayım ve senin kadar tuhafım."