Hərkəsə salam! Bugün sizə Fyodor Dostoyevskinin “Yeraltından qeydlər” qısa romanını təhlil edəcəyəm. Tehlil deməyək, çünki bu əsər haqqında həddən artıq dəyərləndirmə və təhlil var. Mənim yazacaqlarımdan qat-qat yaxşıları movcuddur. Yazmaq səbəbim bu əsəri müxtəlif vaxtlarda üç dəfə oxumuşam, incələmələrə baxmışam, araşdırmışam. Burda bunları ətraflı yazmayacam. Elə şeylər var ki, mən onu başqa cür başa düşmüşəm ya da heç başa düşməmişəm. Ona görə öz bildiyim kimi, həmçinin sitatlar üzərindən gedəcəyəm. İlk fədə 2021-də oxumuşdum bu əsəri, heçnə başa düşməmişdim. Bir il aralıqlarla yenə oxudum. Sonrada bəzi şeyləri başa düşdüm kimi hiss edirəm.
Əsərin yazıldığı tarixdə onun necə təsirli olduğunu göstərir. 1864-cü ilə çapa verilib. Bu da təxminən Fyodor Dostoyevskinin sürgündən qayıtdığı ildən beş il sonraya təsadüf edir. Ondan əvvəl saniyələr içində öləcəyini hiss etmək, sonra Sibirdə həbsxana həyatı yaşamaq, bunların yazıçıya qayıdandan sonra yazdığı əsərlərə çox təsiri olmuşdur.
Əsər iki hissədən ibarətdir. Birinci hissə, uzaq bir qohumundan miras qaldığını bildikdən sonra yeraltına çəkilən məmurun özünün yazdıqlarından ibarətdir. İkinci hissəyə isə mən “həyatından bir fraqment” deyirəm. Ən kəskin hissəsi birinci hissədir. Hər şeyin necə də güllük-gülüstanlıq olmadığını, insanın hərəkətlərinin, həyatının vahid bir düstur şəklində idarə edilə bilməyəcəyini və bunun kimi bir çox movzuda ağır danışır desək, yalan olmaz. Burada özümüzü də analiz etməyə sövq edir. İçimizdə dərinliklərdə olan mənliyin tam olmasa da qırıntılarını bir-bir üzə çıxarır.
Sitatlardan bir neçəsinə bir yerdə baxaq.
1.Hünərin var gözüyumulu, mühakiməsiz, ilkin səbəb olmadan, düşüncəni heç olmasa bu müddət üçün kənara qoyaraq hissinə qapılmağa çalış; nifrət et, ya da sev, təki əlini