'Fabula hərəkətin təqlid olunmasıdır. Fabula dedikdə mən əhvalatların əlaqələnməsini, xarakterlər dedikdə iştirak edən şəxsləri nəyə görə müxtəlif cür adamlar adlandırdığımızı, fıkir dedikdə isə danışanların müəyyən bir şeyi nə ilə sübuta yetirmələrini və ya sadəcə olaraq öz mülahizələrini söyləmələrini nəzərdə tuturam'.